Şarl Mişel Azərbaycan və Ermənistana yeni çağırış edib

31 iyul, 2024 13:55

Avropa İttifaqı Şurasının prezidenti Şarl Mişel Ermənistan və Azərbaycan arasında davamlı sülhün bərqərar olunmasına yönəlmiş səyləri təzələyir.

Bu barədə “Politico” nəşri məlumat yayıb.

Nəşrlə danışan iki yüksək səviyyəli diplomat Mişelin bu ayın əvvəlində Böyük Britaniyada Avropa Siyasi Birliyinin sammiti çərçivəsində Ermənistan və Azərbaycan liderləri ilə ikitərəfli görüşlər keçirdiyini təsdiqləyib.

“Politico” yazır ki, bu görüşlər barədə əvvəllər məlumat verilməmişdi, Ermənistan və Azərbaycan bir-birini sammit çərçivəsində liderlər səviyyəsində görüşməkdən imtina etməkdə suçlayırdılar.

Mişel həmçinin hər iki tərəfə məktub yazıb və onları danışıqlar masasına qayıtmağa və sərhədlərin delimitasiyası kimi məsələlərdə irəliləyiş əldə edərək, sülh sazişini yekunlaşdırmağa çağırıb.

Nəşr qeyd edir ki, çoxdan gözlənilən razılaşmanın baş tutmadığından və aylarla davam edən diplomatik səylər dalana dirəndikdən sonra Brüsseldə məyusluq artıb.

Mişellə görüşlərinə baxmayaraq, Ermənistanın baş naziri Nikol Paşinyan və Azərbaycan Prezidenti İlham Əliyev bir-biri ilə danışıqlar masası arxasına əyləşmək fürsəti tapa bilməyiblər.

“Politico” yazır ki, Britaniyadakı görüşlər Mişelin rəhbərlik etdiyi aylarla davam edən danışıqlardan sonra və Qərbin yalnız diplomatik həllin regiona sülh gətirə biləcəyi barədə xəbərdarlıqlarına baxmayaraq baş verib.

“İndi gərginlik yenidən yüksəlir və ötən həftə Azərbaycanın Müdafiə Nazirliyi Ermənistanı iki ölkənin ümumi sərhədi boyunca təxribatlar törətməkdə ittiham edib və özünümüdafiə üçün əllərində olan bütün vasitələrdən istifadə edərək lazımi cavab tədbirləri görəcəyi ilə hədələyib. Ermənistan bu ittihamların həqiqətə uyğun olmadığını bildirir.

Azərbaycan iki tarixi rəqib arasında güc balansı yaratmaq cəhdi ilə Fransa kimi Aİ ölkələrinin İrəvana verdiyi hərbi dəstəyi də tənqid edib”, - nəşr yazıb.

İyulun 22-də Aİ Şurası Ermənistan Silahlı Qüvvələrinə 10 milyon avro məbləğində ilk yardımın göstərilməsinə qərar verib.

23 oktyabr

18:42 - Maya dəyəri 5,7 manat olan mal əti 17 manata satılıb - Azərbaycanda heç kəs bazara nəzarət edə bilmir18:40 - Vuçiç məğlub oldu - Serbiyada ələbələr qalib gəldi18:38 - DİN və Baş Prokurorluq kafedəki qətllə bağlı məlumat yaydı

22 oktyabr

15:50 - Banklar kimlərə və niyə kredit vermir? - "Qara siyahı" ilə bağlı bilinməyənlər - ARAŞDIRMA15:47 - Ermənistan yeni Konstitusiya üçün növbədənkənar seçkiyə gedir15:45 - Paşinyan Azərbaycanla sülh sazişi üçün - Yeni tarix açıqladı15:31 - Şəhidin maaşı hələ də ailəsinə verilir - VİDEOMATERİAL

15 oktyabr

11:04 - Paşinyana sülh sazişini imzalamaq üçün vaxt verilib? 11:00 - Bakıdakı toplantının əhəmiyyəti nədir? 10:51 - Azərbaycanda bankların mənfəəti açıqlanıb

14 oktyabr

17:23 - Veysəloğlu Şirkətlər Qrupunun əməkdaşlarımızın övladları Prezident təqaüdünə layiq görülüblər

08 oktyabr

17:19 - Veysəloğlu MMC-nin Mərkəzi Sınaq Laboratoriyasının akkreditasiya sahəsi genişləndirilib - FOTOLAR

07 oktyabr

11:09 - "Neftin qiyməti 200 dollar olacaq" - "Financial Times"11:06 - Azad edilmiş ərazilərimizdə 32 kütləvi məzarlıq tapılıb11:05 - Azərbaycanı təhqir edən hesablar bağlanmalıdır

01 oktyabr

09:52 - Qondarma rejimin "televiziyası" bağlandı09:45 - Sumqayıtda 13 tibb işçisi bir gündə işdən çıxarılıb - Ölkədə ixtisar müəmması davam edir

29 sentyabr

19:07 - Döyüşdə iştirak edən hərbçilərə ikiqat ödəniş müddəası çıxarılır

27 sentyabr

17:24 - "Onun arvadını hamı tanıyır" - Zaxarova17:14 - Azərbaycana qarşı kampaniyaya qoşulan türkiyəli professor üzr istədi17:11 - ABŞ-nin daha bir məxfi silahı İranın əlinə keçdi17:09 - Husilərə görə Ər-Riyadda məktəblər bağlandı

21 sentyabr

13:05 - Veysəloğlu Şirkətlər Qrupu Qarabağda təhsilin inkişafına dəstək verəcək - FOTOLAR11:22 - Təhsildəki mafiya - Bu dəfə 3 milyonluq olimpiada biznesini araşdırdıq11:18 - Azərbaycana yük gətirib, yük aparan ölkələrin siyahısı

14 sentyabr

13:55 - Polşa da müharibəyə cəlb olunur? 13:43 - İranda minlərlə insan ölkənin müdafiəsinə qoşulur13:28 - İrəvan Azərbaycan qazından asılı qalacaq13:25 - Vüsal Şilderin qətli ilə bağlı məhkəmə başladı

09 sentyabr

11:21 - Avropanın yeni sağını kim formalaşdırır: Tramp, Bannon və İsrail detalı gündəmdə - "Milliyet"