"Ermənistan işğal etdiyi bütün əraziləri Azərbaycana qaytarmalıdır" - İranın dini lideri

03 noyabr, 2020 13:13

Ermənistan işğal etdiyi Azərbaycanın bütün ərazilərini Azərbaycana qaytarmalıdır. 

İRNA xəbər verir ki, bunu İranın dini lideri Ayətulla Seyid Əli Xamenei bugünkü müraciətində bildirib. 

Dini liderin sözlərinə görə, bununla da Azərbaycan əraziləri işğaldan azad edilməlidir. Xamenei əlavə edib ki, beynəlxalq sərhədlərə riayət olunması zəruridir.