ABŞ-dan Minsk Qrupunun gələcək formatına münasibət
17 avqust, 2024 13:39
ABŞ Azərbaycan və Ermənistanla istənilən formatda işləməyə hazırdır.
ABŞ Dövlət Departamenti ATƏT-in Minsk qrupunun gələcək formatı və bununla bağlı Amerika tərəfinin mövqeyi ilə bağlı erməni mediasının sorğusuna cavabında deyib:
“ABŞ hökuməti Ermənistan və Azərbaycanın uzunmüddətli və şərəfli sülh razılaşması əldə etmək səylərini dəstəkləyir. Biz hər iki tərəflə tərəflərin razılaşa biləcəyi və irəliləyiş əldə edə biləcəkləri istənilən formatda işləməyə hazırıq”.