Ukraynanın bütün böyük şəhərləri partladıldı - SİYAHI

26 avqust, 2024 10:57

Ukraynanın demək olar ki, bütün böyük şəhərlərində partlayışlar baş verib.

Bu barədə məlumat teleqram kanallarında yayılıb.

Kiyevdə Julyanı hava limanı yaxınlığında iki partlayış baş verib. Kiyevin bir neçə bölgəsinin sakinləri silsilə partlayışlardan sonra elektrik enerjisinin kəsildiyini bildiriblər.

Bundan başqa, Xmelnitski və Lvov vilayətində, Vinnitsa, Krivoy Roq, Kropivnitski, Lutsk, Dnepr və Odessada partlayışlar qeydə alınıb.