"Mənim oğlumu erməni raketi öldürdü!" - Anna Mehrabyan

03 noyabr, 2020 22:07

Daha əvvəl xəbər verdiyimiz kimi, 17 oktyabrda Ermənistan silahlı qüvvələri tərəfindən Gəncə şəhərinə raket hücumu nəticəsində Rusiya vətəndaşı, 2007-ci il təvəllüdlü Mayakov Artur Vasilyeviç ağır yaralanmışdı. Sonradan gənc aldığı xəsarətlərdən dünyasını dəyişdi.

"Bloknot-Stavropol" nəşri bildirir ki, mərhum Arturun anası - Stavropol sakini Anna Mehrabyan oğlunun cəsədinin Yessentukiyə aparılmasında israr edir.

“Arturun atası dünyasını dəyişəndə ​​beş aylıq hamilə idim. Uşaq Gəncədə - Azərbaycanda nənə və babasının, digər qohumlarının olduğunu bilirdi. Uşağı özüm böyüdüb tərbiyə etdim. Qohumlar Azərbaycandan gəldilər və bizdə qonaq oldular”, - deyə Anna Mehrabyan bildirib.

Bir dəfə Artur tətil üçün Azərbaycana getmək istədiyini deyib. Atasının yaşadığı şəhəri görmək və qəbiristanlıqda onun məzarına baş çəkmək istəyib. Anna Mehrabyan, oğlunu onun arxasınca gələn nənəsi ilə birlikdə Gəncəyə göndərib.

"Mənə dedi ki, "Ana, Azərbaycanda xoşuma gəlsə, orada qalacağam”. Cavabında ondan soruşdum: "Bəs mən?". Artur Gəncədə daha yaxşı olacağını, atasının olduğu yerlərdə olmaq istədiyini söylədi ”, - deyə qadın xatırlayıb.

İki il yarım Artur Gəncədə yaşayıb, oxuyub. Yeniyetmə Yessentukiyə evə getməli imiş, ancaq pandemiya başladı. Sərhədlər qapadıldı, sonra döyüş əməliyyatları başladı. Narahat olan Anna Mehrabyan səfirlik və nazirliyə müraciət etdi.

“O vaxt bir aydı uşağımı görmürdüm. Məni inandırdılar ki, vəziyyət nəzarət altındadır, hər şey yaxşıdır və yerli sakinlərə toxunulmur. Arturun xalası mütləq onunla birlikdə gələcəyini söylədi”, - deyə Yessentuki sakini vurğulayıb.

17 oktyabrda ailəni böyük kədər bürüdü. Gecə evə mərmi atdılar, bina çökdü. Artur ağır yaralandı və komaya düşdü , 24 oktyabr tarixinə qədər o vəziyyətdə qaldı. Həkimlər yeniyetmənin həyatını xilas edə bilmədilər.

“Ötən gün təsadüfən uşağımın öldüyünü bildim. Axıra qədər inanmırdım. Bunun doğru olmadığını düşünürdüm. Sonra adını gördüm. 17 oktyabrdan komada olub”, - deyə A.Mehrabyan izah edir.

Virtualaz.org-a məlum olub ki, Artur Mayakovun yatdığı xəstəxanadan Anna Mehrabyana bir neçə dəfə zəng edərək oğlunu ziyarət edə bilməsi üçün gəlməsini təklif ediblər. Lakin Anna Mehrabyan gəlməyib…

23 oktyabr

18:42 - Maya dəyəri 5,7 manat olan mal əti 17 manata satılıb - Azərbaycanda heç kəs bazara nəzarət edə bilmir18:40 - Vuçiç məğlub oldu - Serbiyada ələbələr qalib gəldi18:38 - DİN və Baş Prokurorluq kafedəki qətllə bağlı məlumat yaydı

22 oktyabr

15:50 - Banklar kimlərə və niyə kredit vermir? - "Qara siyahı" ilə bağlı bilinməyənlər - ARAŞDIRMA15:47 - Ermənistan yeni Konstitusiya üçün növbədənkənar seçkiyə gedir15:45 - Paşinyan Azərbaycanla sülh sazişi üçün - Yeni tarix açıqladı15:31 - Şəhidin maaşı hələ də ailəsinə verilir - VİDEOMATERİAL

15 oktyabr

11:04 - Paşinyana sülh sazişini imzalamaq üçün vaxt verilib? 11:00 - Bakıdakı toplantının əhəmiyyəti nədir? 10:51 - Azərbaycanda bankların mənfəəti açıqlanıb

14 oktyabr

17:23 - Veysəloğlu Şirkətlər Qrupunun əməkdaşlarımızın övladları Prezident təqaüdünə layiq görülüblər

08 oktyabr

17:19 - Veysəloğlu MMC-nin Mərkəzi Sınaq Laboratoriyasının akkreditasiya sahəsi genişləndirilib - FOTOLAR

07 oktyabr

11:09 - "Neftin qiyməti 200 dollar olacaq" - "Financial Times"11:06 - Azad edilmiş ərazilərimizdə 32 kütləvi məzarlıq tapılıb11:05 - Azərbaycanı təhqir edən hesablar bağlanmalıdır

01 oktyabr

09:52 - Qondarma rejimin "televiziyası" bağlandı09:45 - Sumqayıtda 13 tibb işçisi bir gündə işdən çıxarılıb - Ölkədə ixtisar müəmması davam edir

29 sentyabr

19:07 - Döyüşdə iştirak edən hərbçilərə ikiqat ödəniş müddəası çıxarılır

27 sentyabr

17:24 - "Onun arvadını hamı tanıyır" - Zaxarova17:14 - Azərbaycana qarşı kampaniyaya qoşulan türkiyəli professor üzr istədi17:11 - ABŞ-nin daha bir məxfi silahı İranın əlinə keçdi17:09 - Husilərə görə Ər-Riyadda məktəblər bağlandı

21 sentyabr

13:05 - Veysəloğlu Şirkətlər Qrupu Qarabağda təhsilin inkişafına dəstək verəcək - FOTOLAR11:22 - Təhsildəki mafiya - Bu dəfə 3 milyonluq olimpiada biznesini araşdırdıq11:18 - Azərbaycana yük gətirib, yük aparan ölkələrin siyahısı

14 sentyabr

13:55 - Polşa da müharibəyə cəlb olunur? 13:43 - İranda minlərlə insan ölkənin müdafiəsinə qoşulur13:28 - İrəvan Azərbaycan qazından asılı qalacaq13:25 - Vüsal Şilderin qətli ilə bağlı məhkəmə başladı

09 sentyabr

11:21 - Avropanın yeni sağını kim formalaşdırır: Tramp, Bannon və İsrail detalı gündəmdə - "Milliyet"