“Qaçqınkom” ləğv ediləcək, yoxsa... - Açıqlama

04 noyabr, 2020 01:03

Azərbaycan Ordusunun bir aydan artıq müddətdə apardığı Vətən müharibəsi və əldə olunan misilsiz zəfərləri böyük qələbənin çox da uzaqda olmadığından xəbər verir.

30 ilə yaxın müddətdə işğal altında olan torpaqlarımızın  qaytarılması həm də ölkədə böyük bir qayıdış prosesinin başlanması ilə nəticələnəcək. Azad edilən torpaqlarımızın təmizlənməsindən və orada təhlükəsizliyin bərpa edilməsindən sonra 1 milyondan artıq məcburi köçkünün ata yurduna qayıtması prosesi gözlənilir. Həmçinin həmin təbəqənin məcburi köçkün statusunun ləğvi də gözlənilir. Artıq azad edilən ərazilərdə yenidənqurma və infrastrukturun bərpası işlərinə başlanılıb, yolların, elektrin enerjisinin bərpası istiqamətində iş aparılır.

Bəs görəsən, bütün bu məsələlərin həlli ilə yanaşı, artıq əvvəlki funksiyaları gündəmdən düşən Qaçqın və Məcburi Köçkünlərin İşləri  üzrə Dövlət Komitəsi də ləğv olunacaqmı? Yoxsa böyük qayıdış dövründə də bu qurumun fəaliyyətinə ehtiyac olacaq? Ümumilikdə, bu prosesdə hansı qurumlar iştirak edəcək və məcburi köçkünlərlə bağlı hansı qərarlar ola bilər?

Fazil Mustafa: “Məcburi köçkün olan vətəndaşlarımız öz torpaqlarına köçürülən andan o status itirilir”

Azsiyasət.com xəbər verir ki, mövzu ilə bağlı “Yeni Müsavat”a danışan deputat Fazil Mustafa torpağı işğaldan azad olunan vətəndaşların köçürülməsi ilə bağlı ayrıca qanun qəbul olunmasını bildirdi: 

“Bu proses qaçqınlara aid deyil, çünki qaçqın deyəndə Ermənistandan gəlmiş vətəndaşlarımız nəzərdə tutulur. Ona görə də onların torpaqları hələ azad edilməyib. Biz gərək Ermənistanda onlar üçün ya muxtariyyət, ya da torpaq məsələsini həll edək ki, onların da məsələsi çözülsün. Ancaq məcburi köçkünlər Qarabağ və onun ətrafında olan rayonlardan köçməyə məcbur edilən vətəndaşlarımızdır. Onların azad olunan torpaqlara qaytarılması istiqamətində ciddi addımlar atılmalıdır. Bununla bağlı ayrıca qanun da qəbul olunmalıdır. Çünki bu böyük bir prosesdir. Bu qanunda həm onların hüquqları, həm də burada olan müəyyən problemlərin həlli ilə bağlı məsələlər öz həllini tapmalıdır. Çünki məcburi köçkünlərin illərdir yerləşdiyi yaşayış evləri, obyektlər var. Müxtəlif vətəndaşlar illərdir gözləyirlər ki, evləri boşaldılsın. Bütün bunlar da qanunvericiliklə tənzimlənməlidir. Bunun hansı formada olacağı ilə bağlı indidən ictimai müzakirələr aparılmalıdır və həmin icmaların təmsilçilərinin iştirakı ilə optimal variant tapılmalıdır. Çünki onların əksəriyyətinə dövlət ev verib və yeni azad olunan torpaqlarda da dövlət ev tikib onları köçürəcəksə, o zaman dövlətin burada çəkdiyi məsrətflər və başqa məsələlər fərqli istiqamətə yönəldilməlidir. Burada məcburi köçkünlərin şəxsi mülkiyyətindən söhbət getmir, o toxunulmazdır, dövlət təmin etdiyi əmlak üzərində optimal bir qərar qəbul olunmalıdır. Bu məsələ ictimai müzakirədən keçməlidir, konsensusla ümumi maraqların təmin olunması ilə qərar qəbul olunmalıdır. Oraya təkcə məcburi köçkünlər getməyəcək, həmçinin könüllülərin  köçməsi də nəzərdə tutulur. Başqa yerlərdən də insanlar da həmin torpaqlara köçüb yaşaya bilərlər. Onlar üçün də ayrıca şəraitin yaradılması düşünülməlidir. Bu məsələlər ictimai müzakirə olunmalıdır ki, kimsə incidilməsin və daha rahat şəraitdə məskunlaşmanı həyata keçirək”.

F.Mustafa vurğuladı ki, bu prosesin həyata keçirilməsi təkcə Qaçqın və Məcburi Köçkünlərin İşləri  üzrə Dövlət Komitəsinin deyil, digər bir çox qurumların, o cümlədən azad olunmuş rayonların yerli icra hakimiyyəti orqanlarının üzərinə düşür: “Müvafiq icra hakimiyyəti orqanlarının görəcəyi işlər də böyükdür. Onlar köçüb həmin ərazilərdə fəaliyyət göstərəcəklər. Hansı rayon işğaldan azad edilibsə, həmin rayonun icra başçısı öz aparatı ilə birgə o əraziyə köçməlidir. Onların da birgə iştirakı ilə plan hazırlanmalıdır, konkret hansı vaxta və müddətə bu ərazilər bərpa olunacaqsa, işlər bitən kimi dərhal həmin insanların oraya köçürülməsi təmin olunmalıdır. Burada iş adamlarının və çevrəsinin də rolu vacibdir, onlar hansı sürətlə bu prosesi həyata keçirəcəklər, övlət bu prosesi hansı sürətlə həyata keçirəcək- bütün bunların həllini tapması vacibdir”.

Deputat onu da vurğuladı ki, məcburi köçkünlərin bu statusunun ləğvi ilə bağlı danışmaq hələ tezdir: “Bu vətəndaşlarımız öz torpaqlarına köçürülən andan o status itirilir. Ancaq hələ ki köçürmə prosesi baş tutmayıbsa, onların bu statusunun ləğvi mümkün deyil. Lakin konkret olaraq kimsə köçməkdən imtina edəcəksə, hansısa neqativ situasiya ortaya çıxacaqsa, o zaman bu status avtomatik olaraq onlardan alınmalıdır”.

İbrahim Mirzəyev: “Bununla bağlı qərar ya Nazirlər Kabineti, ya da Prezident Administrasiyasi tərəfindən verilə bilər”

Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin Beynəlxalq əməkdaşlıq, ictimaiyyət və mətbuat xidməti departamentinin direktoru İbrahim Mirzəyev də mövzu ilə bağlı bildirdi ki,  bu proses böyük bir dövlət proqramı çərçivəsində həyata keçirilə bilər:  “Repartasiya ilə bağlı heç nə deyə bilmərəm, çünki bu barədə bizdə bir məlumat yoxdur. Ola bilər ki, bu böyük bir dövlət proqramı olsun”.

Qaçqın və Məcburi Köçkünlərin İşləri  üzrə Dövlət Komitəsinin ləğv edilməsi və ya  böyük qayıdış prosesində iştirak edəcəyi ilə bağlı məsələyə gəlincə, İ.Mirzəyev bildirdi ki, bu, Nazirlər Kabinetinin qərarı əsasında müəyyən oluna bilər: “Biz Nazirlər Kabinetinin tabeliyində olan icraedici qurum olaraq özümüzlə bağlı qərar verə bilmərik.  Bununla bağlı qərar ya Nazirlər Kabineti, ya da Prezident Administrasiyasi tərəfindən verilə bilər”.

25 iyun

19:16 - "ABŞ memorandumun iki bəndini pozub" - İran

19 iyun

11:29 - "Veysəloğlu" nümayəndə heyəti "Şölen"in Qaziantepdəki yeni zavodunun açılışında iştirak edib

16 iyun

17:17 - Veysəloğlu Şirkətlər Qrupu "Süni Zəka Dövründə Liderlik" mövzusunda forum keçirib - FOTOLAR

12 iyun

14:14 - Veysəloğlu Şirkətlər Qrupu AYİB-in 35-ci İllik Toplantısı və Biznes Forumunda təmsil olunub - FOTO

06 iyun

19:24 - "Ermənistan Rusiyasız mövcud ola bilməz" - Samvel Ayvazyan19:20 - "Azərbaycanda sülh sazişi imazalanmalı, Türkiyə ilə sərhəd açılmalıdır"19:17 - Azərbaycanda bank rəhbərləri nə qədər qazanır: İllik 20 milyonu keçir - SİYAHI19:15 - Paşinyanın partiyası seçkilərdə qalib gəldi

30 may

13:27 - Neft bazarında kəskin eniş - Bakı neftinin qiyməti belə dəyişdi13:23 - İranın Trampdan tələb etdiyi şərt..13:20 - Rusiyanın Ermənistandakı səfiri Moskvaya çağırıldı

18 may

19:12 - "Araz" supermarketlər şəbəkəsi yeni nəsil Tədarükçü Əməkdaşlıq Platformasını təqdim edib - FOTOLAR

16 may

18:42 - Azərbaycanın neft ixrac etdiyi ölkələr - SİYAHI18:37 - Avropa texnologiyaları gizli yollarla Rusiyaya ötürülüb?18:31 - Prezident WUF13-də çıxış edir - VİDEO/FOTOLAR

12 may

14:15 - "Azərbaycanla zəifləyən mədəni əlaqələri yenidən canlandırmağın vaxtıdır" - Rusiya XİN14:13 - Anklavlarla bağlı bir neçə variant nəzərdən keçirilir14:12 - Azərbaycan iqtisadiyyatı cüzi böyüdü14:10 - Veysəloğlu Şirkətlər Qrupunun rəhbər heyəti Fəxri xiyabanda Ümummilli Liderin xatirəsini anıb - FOTOLAR

28 aprel

15:04 - Ölkə başçısı Bəxtiyar Allahverdini "Tərəqqi" medalı ilə təltif edib14:56 - Prezidentdən 5 dövlət qurumuna tapşırıq - SİYAHI14:54 - Ermənistan bu kəndi Gürcüstana verib?14:47 - Zelenski İsraili sanksiyalarla hədələyib14:28 - "Senior Talks" layihəsinin davamı: Aydın Veysəloğlu ADA tələbələri ilə yenidən görüşdü - FOTOLAR

27 aprel

13:10 - İranın gizli gücü - Rusiya sabitliyin əsas səbəbini açıqladı13:05 - Pakistan və İrandan mühüm iqtisadi addım - Yeni tranzit dəhlizi açıldı13:01 - Azərbaycanla sərhədin delimitasiyası tezliklə davam etdiriləcək - Paşinyan

13 aprel

12:22 - Azərbaycana gəlmiş ermənilərlə görüşdən nə əldə edildi? 12:18 - 300 milyonluq uyğunsuzluq12:12 - Paşinyan və Qarabağ ermənisinin söhbəti - "Belə də davam edin"