Ruhani Azərbaycanın əks-hücum əməliyyatını dəstəklədi

04 noyabr, 2020 12:44

Öz ərazi bütövlüyünü bərpa etmək Azərbaycanın haqqıdır.

İRNA xəbər verir ki, bunu İran prezidenti Həsən Ruhani Nazirlər Kabinetinin iclasında deyib.

Ruhaninin sözlərinə görə, İranın Xarici İşlər Nazirliyi bununla əlaqədar öz planını Azərbaycan, Ermənistan, Türkiyə və Rusiyaya təklif edib. O əlavə edib ki, İran bu planının qarşıdurmalara son qoyacağını və sülh ilə nəticələnəcəyinə ümid edir