Azərbaycanın "qara siyahı"sına düşən qadın ABŞ Kəşfiyyat İdarəsinin rəhbərliyinə gəlir

15 noyabr, 2024 16:14

ABŞ-ın yeni seçilmiş prezidenti Donald Tramp Konqresin Nümayəndələr Palatasının keçmiş üzvü Tulsi Qabbardı Mərkəzi Kəşfiyyat İdarəsinin direktoru təyin edəcək.

Trampın bu haqda açıqlaması ölkədə birmənalı qarşılanmayıb. İraq müharibəsinin veteranı və istefada olan podpolkovnik Tulsi Qabbard Ukrayna müharibəsi ilə bağlı əks mövqeyi və Rusiyaya loyal münasibətilə tanınır. O, eyni zamanda ABŞ-dakı erməni lobbisi ilə də yaxın əlaqələrə malikdir.

Trampın Tulsi Qabbardla bağlı açıqlaması erməni dairələrini sevindirib. Ermənistan KİV-ləri onun təyinatı barədə xəbəri rəğbətlə tirajlayıblar. Ermənistanın "Hraparak" qəzeti yazır ki, T.Qabbard ABŞ-dakı erməni strukturları ilə kifayət qədər sıx əlaqələr saxlayır. 2017-ci ildə Amerika Erməni Komitəsinin təşkil etdiyi konfrans çərçivəsində Ermənistana gəlib və o vaxt işğal altında olan Qarabağa qanunsuz səfər edib.

Tulsi Qabbard Qarabağa qanunsuz səfəri zamanı Xankəndinin girişindəki "Biz və bizim dağlar" abidəsinin önündə şəkil də çəkdirmişdi. O, əslən Havaydandır və bu ştat 2016-cı ildə qondarma "Dağlıq Qarabağ"ın "müstəqilliyini" tanımışdı.

Tulsi Qabbard 2017-ci ildə Qarabağa qanunsuz səfər etdiyinə görə, Azərbaycan Xarici İşlər Nazirliyinin “qara siyahı”sına da salınıb və arzuolunmaz şəxs elan edilib.

 

23 oktyabr

18:42 - Maya dəyəri 5,7 manat olan mal əti 17 manata satılıb - Azərbaycanda heç kəs bazara nəzarət edə bilmir18:40 - Vuçiç məğlub oldu - Serbiyada ələbələr qalib gəldi18:38 - DİN və Baş Prokurorluq kafedəki qətllə bağlı məlumat yaydı

22 oktyabr

15:50 - Banklar kimlərə və niyə kredit vermir? - "Qara siyahı" ilə bağlı bilinməyənlər - ARAŞDIRMA15:47 - Ermənistan yeni Konstitusiya üçün növbədənkənar seçkiyə gedir15:45 - Paşinyan Azərbaycanla sülh sazişi üçün - Yeni tarix açıqladı15:31 - Şəhidin maaşı hələ də ailəsinə verilir - VİDEOMATERİAL

15 oktyabr

11:04 - Paşinyana sülh sazişini imzalamaq üçün vaxt verilib? 11:00 - Bakıdakı toplantının əhəmiyyəti nədir? 10:51 - Azərbaycanda bankların mənfəəti açıqlanıb

14 oktyabr

17:23 - Veysəloğlu Şirkətlər Qrupunun əməkdaşlarımızın övladları Prezident təqaüdünə layiq görülüblər

08 oktyabr

17:19 - Veysəloğlu MMC-nin Mərkəzi Sınaq Laboratoriyasının akkreditasiya sahəsi genişləndirilib - FOTOLAR

07 oktyabr

11:09 - "Neftin qiyməti 200 dollar olacaq" - "Financial Times"11:06 - Azad edilmiş ərazilərimizdə 32 kütləvi məzarlıq tapılıb11:05 - Azərbaycanı təhqir edən hesablar bağlanmalıdır

01 oktyabr

09:52 - Qondarma rejimin "televiziyası" bağlandı09:45 - Sumqayıtda 13 tibb işçisi bir gündə işdən çıxarılıb - Ölkədə ixtisar müəmması davam edir

29 sentyabr

19:07 - Döyüşdə iştirak edən hərbçilərə ikiqat ödəniş müddəası çıxarılır

27 sentyabr

17:24 - "Onun arvadını hamı tanıyır" - Zaxarova17:14 - Azərbaycana qarşı kampaniyaya qoşulan türkiyəli professor üzr istədi17:11 - ABŞ-nin daha bir məxfi silahı İranın əlinə keçdi17:09 - Husilərə görə Ər-Riyadda məktəblər bağlandı

21 sentyabr

13:05 - Veysəloğlu Şirkətlər Qrupu Qarabağda təhsilin inkişafına dəstək verəcək - FOTOLAR11:22 - Təhsildəki mafiya - Bu dəfə 3 milyonluq olimpiada biznesini araşdırdıq11:18 - Azərbaycana yük gətirib, yük aparan ölkələrin siyahısı

14 sentyabr

13:55 - Polşa da müharibəyə cəlb olunur? 13:43 - İranda minlərlə insan ölkənin müdafiəsinə qoşulur13:28 - İrəvan Azərbaycan qazından asılı qalacaq13:25 - Vüsal Şilderin qətli ilə bağlı məhkəmə başladı

09 sentyabr

11:21 - Avropanın yeni sağını kim formalaşdırır: Tramp, Bannon və İsrail detalı gündəmdə - "Milliyet"