Bu kəndlər də işğaldan azad edildi - Prezident açıqladı

04 noyabr, 2020 18:37

Azərbaycan Ordusu daha bir neçə kəndi Ermənistan işğalından azad edib. 

Azsiyasət.com xəbər verir ki, bu barədə Prezident İlham Əliyev tvitterdə məlumat yayıb:

"Müzəffər Azərbaycan Ordusu Cəbrayıl rayonunun Mirək, Kavdar, Zəngilan rayonunun Məşədiismayıllı, Şəfibəyli, Qubadlı rayonunun Başarat, Qarakişilər, Qaracallı kəndlərini işğaldan azad etmişdir.

Eşq olsun Azərbaycan Ordusuna! Qarabağ Azərbaycandır!"