ABŞ-da seçkilərin nəticəsi regiona nə vəd edir? - Azərbaycandan reaksiyalar

04 noyabr, 2020 23:11

Noyabrın 3-də ABŞ-da keçirilən prezident seçkilərinin nəticəsi hələlik bəlli deyil. Mübarizə Respublikaçılar Partiyasını təmsil edən, hazırkı prezident Donald Tramp və Demokratlar Partiyasından namizəd Co Bayden arasında gedir.

Bəs bu seçkilərin nəticələri Azərbaycanın yerləşdiyi regiona, Dağlıq Qarabağ münaqişəsinə necə təsir edə bilər?

Politoloq Hikmət Hacızadə "Azadlıq" radiosuna bildirib ki, artıq ümumi Amerika elitasında özünütəcrid düşüncəsi formalaşıb: "Bunun da mənası budur ki, "dünya öz işi ilə məşğul olsun, biz də öz işimizlə", bu gün üçün Amerikaya lazım olmayan münaqişələrə müdaxilə olunmasın. Belə bir ümumi fikir var. Buna səbəb kimi həm də ABŞ-ın böyüməkdə olan dövlət borcu da göstərilir".

H.Hacızadə deyir ki, seçkilərin nəticələrindən böyük dəyişikliklər gözləmir. İnsan haqlarına gəlincə, politoloq bunu təzadlı məsələ adlandırır. 

O qeyd edir ki, adətən, ABŞ-da demokratlar insan haqları barədə çox danışırlar, bəyanatlar verirlər, amma əməldə heç nə etmirlər. Onun fikrincə, demokratlardan fərqli olaraq respublikaçılar bu barədə az danışır, amma diktaturalara ciddi zərbələr vururlar: "SSRİ-nin dağılması, bu ittifaqın tərkibində olan respublikaların və Şərqi Avropa ölkələrinin azad olması məhz respublikaçıların hakimiyyəti dövrünə təsadüf etdi".

Qarabağ və ətraf ərazilərdə sentyabrın 27-dən başlayan əməliyyatlara gəlincə, politoloq vurğulayır ki, bura ABŞ tərəfindən hər hansı müdaxilə, yaxud sanksiya gözlənilmir. Onun fikrincə, bu, ancaq o halda baş verə bilər ki, hər iki tərəf mülki əhaliyə münasibətdə kütləvi qırğınlar törətmiş olsun: "İndiki halda bu yoxdur, Azərbaycan özünü təmkinlə aparır".

Politoloq Nəsimi Məmmədli də ABŞ-da seçkilərin nəticələrinin istər Qarabağ probleminin həllində, istərsə də insan hüquq və azadlıqları sahəsində ciddi rol oynayacağını güman etmir: "10-15 il öncə belə məsələlər daha aktual idisə, indi xeyli dərəcədə arxa plana keçib. Xüsusilə Qafqaz regionu ilə bağlı güman etmirəm ki, ABŞ siyasətində hansısa dəyişikliklər baş versin". Onun fikrincə, ABŞ-ın Cənubi Qafqazla bağlı siyasətində yeni prioritetlər yoxdur və yaxın dövr üçün də gözlənilmir.

Deputat Sabir Rüstəmxanlı da mövzu ilə bağlı "Turan" agentliyinə bildirib ki, dövlət olaraq ABŞ-ın siyasəti hakimiyyətə kimlərin gəlməsi ilə müəyyən edilmir. O, kimin seçilməsindən asılı olmayaraq siyasətdə hansısa kəskin dəyişiklik olacağını gözləmir.

Deputat deyir ki, D.Tramp hakimiyyəti diqqəti daha çox ölkənin daxili siyasətinə cəmlədi, daha yaxşı həyat şəraiti əsas devizi olub.

S.Rüstəmxanlı hesab edir ki, əksinə, demokratlar demokratik dəyərlər adı altında daha çox dünyadakı proseslərə müdaxilə etmək istəyirlər: "Belə bir mövqe dünyaya da, ABŞ-a da sərf etmir". 

Deputatın vurğulamasına görə, D. Tramp Qarabağ məsələsində neytrallığı qoruyurdu, C.Bayden də seçiləcəyi halda buna əməl etməlidir.

23 oktyabr

18:42 - Maya dəyəri 5,7 manat olan mal əti 17 manata satılıb - Azərbaycanda heç kəs bazara nəzarət edə bilmir18:40 - Vuçiç məğlub oldu - Serbiyada ələbələr qalib gəldi18:38 - DİN və Baş Prokurorluq kafedəki qətllə bağlı məlumat yaydı

22 oktyabr

15:50 - Banklar kimlərə və niyə kredit vermir? - "Qara siyahı" ilə bağlı bilinməyənlər - ARAŞDIRMA15:47 - Ermənistan yeni Konstitusiya üçün növbədənkənar seçkiyə gedir15:45 - Paşinyan Azərbaycanla sülh sazişi üçün - Yeni tarix açıqladı15:31 - Şəhidin maaşı hələ də ailəsinə verilir - VİDEOMATERİAL

15 oktyabr

11:04 - Paşinyana sülh sazişini imzalamaq üçün vaxt verilib? 11:00 - Bakıdakı toplantının əhəmiyyəti nədir? 10:51 - Azərbaycanda bankların mənfəəti açıqlanıb

14 oktyabr

17:23 - Veysəloğlu Şirkətlər Qrupunun əməkdaşlarımızın övladları Prezident təqaüdünə layiq görülüblər

08 oktyabr

17:19 - Veysəloğlu MMC-nin Mərkəzi Sınaq Laboratoriyasının akkreditasiya sahəsi genişləndirilib - FOTOLAR

07 oktyabr

11:09 - "Neftin qiyməti 200 dollar olacaq" - "Financial Times"11:06 - Azad edilmiş ərazilərimizdə 32 kütləvi məzarlıq tapılıb11:05 - Azərbaycanı təhqir edən hesablar bağlanmalıdır

01 oktyabr

09:52 - Qondarma rejimin "televiziyası" bağlandı09:45 - Sumqayıtda 13 tibb işçisi bir gündə işdən çıxarılıb - Ölkədə ixtisar müəmması davam edir

29 sentyabr

19:07 - Döyüşdə iştirak edən hərbçilərə ikiqat ödəniş müddəası çıxarılır

27 sentyabr

17:24 - "Onun arvadını hamı tanıyır" - Zaxarova17:14 - Azərbaycana qarşı kampaniyaya qoşulan türkiyəli professor üzr istədi17:11 - ABŞ-nin daha bir məxfi silahı İranın əlinə keçdi17:09 - Husilərə görə Ər-Riyadda məktəblər bağlandı

21 sentyabr

13:05 - Veysəloğlu Şirkətlər Qrupu Qarabağda təhsilin inkişafına dəstək verəcək - FOTOLAR11:22 - Təhsildəki mafiya - Bu dəfə 3 milyonluq olimpiada biznesini araşdırdıq11:18 - Azərbaycana yük gətirib, yük aparan ölkələrin siyahısı

14 sentyabr

13:55 - Polşa da müharibəyə cəlb olunur? 13:43 - İranda minlərlə insan ölkənin müdafiəsinə qoşulur13:28 - İrəvan Azərbaycan qazından asılı qalacaq13:25 - Vüsal Şilderin qətli ilə bağlı məhkəmə başladı

09 sentyabr

11:21 - Avropanın yeni sağını kim formalaşdırır: Tramp, Bannon və İsrail detalı gündəmdə - "Milliyet"