BBC və "Sputnik"in Bakıdakı nümayəndəlikləri ləğv edildi
24 fevral, 2025 11:33

BBC və “Rossiya Segodnya”nın (“Sputnik-Azərbaycan”) nümayəndəlikləri ləğv edilib.
Bu barədə Azərbaycan Xarici İşlər Nazirliyinin (XİN) Mətbuat xidməti idarəsinin rəisi Ayxan Hacızadə bildirib.
XİN rəsmisinin sözlərinə görə, onlar yalnız bir müxbir vasitəsilə akkreditasiyadan keçə bilərlər.
Eyni zamanda, Ayxan Hacızadə qeyd edib ki, “Amerikanın Səsi” radiosunun isə müxbir akkreditasiyası ləğv edilib.