Ağdamda düşmən qüvvələri məhv edildi - Müdafiə Nazirliyi

05 noyabr, 2020 20:45

"Cəbhənin Ağdam istiqamətində gedən döyüşlərdə Azərbaycan Ordusunun bölmələri tərəfindən Ermənistan silahlı qüvvələrinin 41-ci artilleriya alayının batareyalarına atəşlə zərər vurulub. Nəticədə şəxsi heyət arasında ölən və yaralananlar var. 

Atəş zərbəsi ilə düşmənin xeyli sayda sursatı partladılıb, artilleriya qurğuları tam sıradan çıxarılıb".

Azsiyasət.com xəbər verir ki, bu barədə Müdafiə Nazirliyindən məlumat verilib.