ABŞ Çinlə "müharibə"də uduzur

14 aprel, 2025 13:28

ABŞ və Çin arasında "ticarət müharibəsi" davam edir. Aprelin 10-da ABŞ bütün Çin məhsullarına tətbiq olunan gömrük rüsumlarını 125%-dən 145%-ə yüksəldib. Buna cavab olaraq Çin ertəsi gün ABŞ mallarına olan rüsumları 84%-dən 125%-ə qədər artırıb.

ABŞ-ın ticarət naziri Hovard Latnik bildirib ki, Vaşinqton Pekinlə ticarət münasibətləri barədə "yumşaq dialoq" aparmağa başlayıb. Bu danışıqların vasitəçilər üzərindən həyata keçirildiyi qeyd olunub.

Daha sonra Tramp geri addım atıb. ABŞ administrasiyası elektronika, o cümlədən smartfon və kompüterləri qarşılıqlı rüsumlardan azad etmək qərarına gəlib. "Bloomberg" yazır ki, bu qərar “istehlakçılar üçün qiymət şokunu potensial olaraq yumşaldacaq” və həmçinin "Apple" və "Samsung" kimi böyük korporasiyaların xeyrinə ola bilər. Güzəştlər, həmçinin noutbuklar, sərt disklər, kompüter prosessorları və çiplər üçün nəzərdə tutulub.

Qərbdə bir çox ekspert ABŞ-nin "ticarət müharibəsi"ndə uduzacağını düşünür.

Çin iqtisadiyyatını araşdıran "Dragonomics" şirkətinin tədqiqatlar direktoru Artur Kreber "Financial Times" nəşrində dərc olunan məqaləsində bildirib ko, Trampın Çinə qarşı başladığı "ticarət müharibəsi" uğursuzluqla nəticələnəcək.

Onun fikrincə, Trampın təşəbbüs etdiyi bu mübarizənin uğursuzluğa düçar olacağına dair üç əsas səbəb var.

Birinci səbəb: ABŞ-ın etibarsız imici

Kreberə görə, hazırkı şəraitdə dünyanın əksər ölkələri anlayır ki, Donald Tramp hakimiyyətdə olduğu müddətdə ABŞ beynəlxalq arenada etibarlı tərəfdaş deyil. “Heç bir sağlam düşüncəli lider Çin əleyhinə aparılan bu xaç yürüşündə Trampa qoşulmaq istəməz”, – deyə ekspert vurğulayır. Bu isə Vaşinqtonun müttəfiqlərdən məhrum olması deməkdir.

İkinci səbəb: ABŞ-ın "utanverici" geri addımı 

Məqalədə bildirilir ki, Tramp administrasiyası tarifləri artırmaq niyyətində olsa da, maliyyə bazarlarının kəskin reaksiyası bu planlardan geri çəkilməyə vadar edib. Kreber bu addımı “ABŞ-ın qarşılıqlı tarif siyasətindən utanverici şəkildə geri çəkilməsi” kimi dəyərləndirir və qeyd edir ki, belə qərarlar Trampın mövqeyini zəiflədir.

Üçüncü səbəb: Çin iqtisadiyyatının dayanıqlılığı

Ekspertə görə, Çin hakimiyyəti uzunmüddətli iqtisadi mübarizəyə hazırdır. Trampın tarif artımları nəticəsində ABŞ bazarında Çinə olan tələbat azalsa da, Çin bunu daxili istehlakla kompensasiya edə bilər. “Çin artıq ABŞ-dan idxala ehtiyac duymur. Beşillik ixrac nəzarəti proqramı sayəsində o, ABŞ texnologiyasından asılı olmayan məhsullar istehsal etməyi öyrənib”, - Kreber əlavə edib.

23 oktyabr

18:42 - Maya dəyəri 5,7 manat olan mal əti 17 manata satılıb - Azərbaycanda heç kəs bazara nəzarət edə bilmir18:40 - Vuçiç məğlub oldu - Serbiyada ələbələr qalib gəldi18:38 - DİN və Baş Prokurorluq kafedəki qətllə bağlı məlumat yaydı

22 oktyabr

15:50 - Banklar kimlərə və niyə kredit vermir? - "Qara siyahı" ilə bağlı bilinməyənlər - ARAŞDIRMA15:47 - Ermənistan yeni Konstitusiya üçün növbədənkənar seçkiyə gedir15:45 - Paşinyan Azərbaycanla sülh sazişi üçün - Yeni tarix açıqladı15:31 - Şəhidin maaşı hələ də ailəsinə verilir - VİDEOMATERİAL

15 oktyabr

11:04 - Paşinyana sülh sazişini imzalamaq üçün vaxt verilib? 11:00 - Bakıdakı toplantının əhəmiyyəti nədir? 10:51 - Azərbaycanda bankların mənfəəti açıqlanıb

14 oktyabr

17:23 - Veysəloğlu Şirkətlər Qrupunun əməkdaşlarımızın övladları Prezident təqaüdünə layiq görülüblər

08 oktyabr

17:19 - Veysəloğlu MMC-nin Mərkəzi Sınaq Laboratoriyasının akkreditasiya sahəsi genişləndirilib - FOTOLAR

07 oktyabr

11:09 - "Neftin qiyməti 200 dollar olacaq" - "Financial Times"11:06 - Azad edilmiş ərazilərimizdə 32 kütləvi məzarlıq tapılıb11:05 - Azərbaycanı təhqir edən hesablar bağlanmalıdır

01 oktyabr

09:52 - Qondarma rejimin "televiziyası" bağlandı09:45 - Sumqayıtda 13 tibb işçisi bir gündə işdən çıxarılıb - Ölkədə ixtisar müəmması davam edir

29 sentyabr

19:07 - Döyüşdə iştirak edən hərbçilərə ikiqat ödəniş müddəası çıxarılır

27 sentyabr

17:24 - "Onun arvadını hamı tanıyır" - Zaxarova17:14 - Azərbaycana qarşı kampaniyaya qoşulan türkiyəli professor üzr istədi17:11 - ABŞ-nin daha bir məxfi silahı İranın əlinə keçdi17:09 - Husilərə görə Ər-Riyadda məktəblər bağlandı

21 sentyabr

13:05 - Veysəloğlu Şirkətlər Qrupu Qarabağda təhsilin inkişafına dəstək verəcək - FOTOLAR11:22 - Təhsildəki mafiya - Bu dəfə 3 milyonluq olimpiada biznesini araşdırdıq11:18 - Azərbaycana yük gətirib, yük aparan ölkələrin siyahısı

14 sentyabr

13:55 - Polşa da müharibəyə cəlb olunur? 13:43 - İranda minlərlə insan ölkənin müdafiəsinə qoşulur13:28 - İrəvan Azərbaycan qazından asılı qalacaq13:25 - Vüsal Şilderin qətli ilə bağlı məhkəmə başladı

09 sentyabr

11:21 - Avropanın yeni sağını kim formalaşdırır: Tramp, Bannon və İsrail detalı gündəmdə - "Milliyet"