Azərbaycanlı gizli milyonçular Maltanın "qızıl pasportu"nu ala bilməyəcək

29 aprel, 2025 16:47

Malta daha investisiya müqabilində pasport verə bilməyəcək.

Bu barədə Avropa Məhkəməsi qərar verib.

Qərarda qeyd olunur ki, "qızıl pasportlar"ın verilməsi mahiyyətcə Avropa vətəndaşlığının əldə edilməsini sadə kommersiya əməliyyatına qədər endirir. Yəni pul ödəyib pasport almaq olur.

Avropa Komissiyası Malta hökumətinin illərdir ki, gerçəkləşdirdiyi proqramda korrupsiya risklərini görərək, proqramın ləğv olunmasını tələb edib.

"Financial Times"ın xəbərinə görə, Avropa Məhkəməsi Maltanın "qızıl pasportlar" vermək sxeminin Avropa qanunlarını pozduğuna qərar verib və ölkəyə bu təcrübədən əl çəkməyi əmr edib.

"Üzv dövlət əvvəlcədən müəyyən edilmiş ödənişlər və ya sərmayələr müqabilində vətəndaşlıq və əslində Avropa vətəndaşlığı verə bilməz, çünki bu, vətəndaşlığın əldə edilməsini sadəcə kommersiya əməliyyatına çevirmək deməkdir", - məhkəmə bildirib.

2023-cü ildə Avropa Komissiyası Maltanın investisiya üçün vətəndaşlıq proqramı ilə bağlı məhkəməyə müraciət etdi. Brüssel hesab edirdi ki, pasportların satışı üzv ölkələr arasında qarşılıqlı etimada əsaslanan "Avropa İttifaqı vətəndaşlığının mahiyyətini" sarsıdır.

Malta vətəndaşlığını əldə edən insanlar istənilən Avropa İttifaqı ölkəsində yaşamaq və işləmək, həmçinin Avropa seçkilərində səs vermək hüququ qazanırlar.

Brüsselin təzyiqi ilə Bolqarıstan və Kipr daha əvvəl "qızıl pasport" proqramlarını ləğv etmişdilər. Malta isə vətəndaşlığın bir ildən üç ilədək rezident statusundan sonra əldə oluna biləcəyini bildirərək, yalnız şərtləri sərtləşdirməyə qərar verdi.

Avropa İttifaqı rəsmiləri hesab edir ki, bu cür sxemlər korrupsiya, çirkli pulların yuyulması və vergidən yayınma riskləri yaradır.

Malta 2019-cu ildə "qızıl pasport" almış 3 min xarici ölkə vətəndaşının adlarını açıqlamışdı. Siyahıda əsasən postsovet məkanından olanlar üstünlük təşkil edirdi. Buna kimi Malta hökuməti sərmayə müqabilində vətəndaşlıq verdiyi şəxslərin adlarını məxfi saxlayırdı.

2019-cu ildə Malta vətəndaşlığı alan məşhur oliqarxlardan biri də "Forbes"ın milyarderlər siyahısında yer alan "Texnonikol"un yaradıcısı Sergey Kolesnikovdur.

Varlı ruslar arasında Malta pasportuna sahib olanlardan Adriana Melnikova, Sergey Boqdançikov, Vedernikov, Anton Strekalov, Andrey Zinovyev və gürcü Georgi Çumburidzenin adları vardı.

Siyahıda "qızıl pasport" alanlar arasında həmvətənlərimiz də vardı. Maltanın "qızıl pasportu"na sahib azərbaycanlılar sırasında Ayxan Məmmədbəyli, Bəşir Cabbarov, Bəylər Məmmədov və Yusif Cabbarov vardı. Sonradan açıqlanan siyahılarda da azərbaycanlıların adına rast gəlinirdi.

Qeyd edək ki, Malta öz pasportunu əcnəbilərə müəyyən şərtlərlə verir. Belə ki, Malta vətəndaşı olmaq istəyənlər əvəlcə həmin ölkənin Milli İnvestisiya Fonduna 650 min avro vəsait köçürməli, iqtisadiyyatına isə 150 min avro sərmayə yatırmalıdır.

Bununla yanaşı, Malta pasportunu daşımaq üçün 350 min avro da əmlaka xərclənməli, yaxud ildə 16 min avro pul verib, 5 illik kirayə müqaviləsi imzalanmalıdır. 2020-ci ilin oktyabrından sonra isə Malta vətəndaşlığını rezident formasında 1 ildən 3 ilə kimi verilirdi və artıq "qızıl pasport"a sahib olmağa çalışanlar dərin hüquqi yoxlamalara da məruz qalırdılar.  Malta vətəndaşı olmaq üçün 2,5 milyon manata qədər pul xərcləmək lazım gəlirdi.

Malta 2014-cü ilin yanvarından vətəndaşlığın satışına başlayıb. "İnvestisiya əvəzində Malta vətəndaşlığı" proqramını hökumət 2013-cü ilin noyabrında qəbul edib və Avropa Komissiyası da onu təsdiqləyib. Proqrama görə, Malta (eləcə də bu ölkənin 2004-cü ildən üzv olduğu Avropa Birliyi) vətəndaşlığını 650 min avro ödəməklə almaq olar. Bu məbləğin 70 faizi Maltanın Milli İnkişaf və Sosial Siyasət Fonduna, qalanı isə birbaşa dövlət büdcəsinə gedir.

O zaman bir ildə ölkənin dövlət büdcəsinə 500 milyonluq gəlir gəldiyi qeyd olunurdu.

Xatırladaq ki, Azərbaycan vətəndaşlarının ikili vətəndaşlığı qadağan edilib. "Azərbaycan Respublikasının vətəndaşlığı haqqında" qanunun 10-cu maddəsində ikili vətəndaşlıqla bağlı məsələyə konkret yanaşma əks olunub.

Belə ki, Azərbaycan vətəndaşı olan şəxsin ikili vətəndaşlığı olduqda (Azərbaycan Respublikası vətəndaşlığı ilə yanaşı, digər dövlətin - dövlətlərin vətəndaşı olduqda) həmin şəxsin xarici dövlətin vətəndaşlığına mənsubiyyəti, ölkəmizin beynəlxalq müqavilələrində nəzərdə tutulmuş və ya Konstitusiyamızın 109-cu maddəsinin 32-ci bəndinə müvafiq surətdə həll edilmiş hallar istisna olmaqla tanınmır.

10-cu maddənin ikinci hissəsinə görə, xarici dövlətin vətəndaşlığını qəbul etmiş Azərbaycan vətəndaşı Xarici İşlər Nazirliyi (AR XİN) və Dövlət Miqrasiya Xidmətinə (AR DMX) 1 ay müddətində yazılı məlumat verməlidir. Belə məlumatı verməyən şəxslər Cinayət Məcəlləsi ilə nəzərdə tutulmuş qaydada məsuliyyət daşıyırlar(musavat.com). 

17 avqust

12:03 - "Türkiyəni satın alaram" deyən iş adamı həbs edildi - Evindən narkotik tapıldı12:00 - Ermənistan Azərbaycana 17 milyon dollar ödədi

13 avqust

17:56 - Avtomobil idxalı kəskin azaldı, qiymətlər isə artdı

10 avqust

19:43 - "Avropa Rusiyadan qaz idxalını artırır" - "Welt am Sonntag"19:37 - "Azərbaycan bizə kömək oldu" - Pezeşkian19:35 - 10 milyon dövriyyəsi olan mərc şəbəkəsi ifşa edildi - VIDEO

03 avqust

11:52 - Kimin evində varsa, varlanacaq - Heç belə qiymətə olmamışdı11:49 - Azərbaycan ən güclü hərbi donanmaya sahib olub - "Forbes"11:46 - Azərbaycan Rusiyadan kibrit idxalını artırıb - Qiymət 21% bahalaşıb

30 iyul

11:35 - Veysəloğlu Şirkətlər Qrupunun sponsorluğu ilə şəhid övladları üçün keçirilən "Zəfər" Amerika Yay Düşərgəsi uğurla başa çadı - FOTOLAR

13 iyul

13:08 - Hakan Fidanın müqayisəsi təəccüblüdür - İran XİN13:06 - Azərbaycanın potensial daxili riskləri yoxdur13:04 - "Etibar Pirverdiyevin mənə qəzəbinin səbəbini bilmirəm"

01 iyul

20:13 - Tramp Türkiyədən nə istəyir? - CNN20:09 - Kiyev "İsgəndər"lə vuruldu20:07 - Azərbaycanlılar ən çox bu ölkələrin vətəndaşları ilə evlənir20:05 - Prezident ABŞ Senatının Xarici Əlaqələr Komitəsinin üzvünü qəbul edib - FOTO

25 iyun

19:16 - "ABŞ memorandumun iki bəndini pozub" - İran

19 iyun

11:29 - "Veysəloğlu" nümayəndə heyəti "Şölen"in Qaziantepdəki yeni zavodunun açılışında iştirak edib

16 iyun

17:17 - Veysəloğlu Şirkətlər Qrupu "Süni Zəka Dövründə Liderlik" mövzusunda forum keçirib - FOTOLAR

12 iyun

14:14 - Veysəloğlu Şirkətlər Qrupu AYİB-in 35-ci İllik Toplantısı və Biznes Forumunda təmsil olunub - FOTO

06 iyun

19:24 - "Ermənistan Rusiyasız mövcud ola bilməz" - Samvel Ayvazyan19:20 - "Azərbaycanda sülh sazişi imazalanmalı, Türkiyə ilə sərhəd açılmalıdır"19:17 - Azərbaycanda bank rəhbərləri nə qədər qazanır: İllik 20 milyonu keçir - SİYAHI19:15 - Paşinyanın partiyası seçkilərdə qalib gəldi

30 may

13:27 - Neft bazarında kəskin eniş - Bakı neftinin qiyməti belə dəyişdi13:23 - İranın Trampdan tələb etdiyi şərt..13:20 - Rusiyanın Ermənistandakı səfiri Moskvaya çağırıldı

18 may

19:12 - "Araz" supermarketlər şəbəkəsi yeni nəsil Tədarükçü Əməkdaşlıq Platformasını təqdim edib - FOTOLAR

16 may

18:42 - Azərbaycanın neft ixrac etdiyi ölkələr - SİYAHI