Azərbaycan ordusunun artıq məhv etdiyi silahlara görə Ovanisyanla Sərkisyan “atışmağa” başladı - Kim daha çox silah almışdı?

06 noyabr, 2020 12:41

Ermənistan Müdafiə Nazirliyinin nümayəndəsi Arsurun Ovanisyanla keçmiş prezident Serj Sərkisyan arasında publik məkanda “atışma” başlayıb. Azsiyasət.com erməni KİV-lərinə istinadən xəbər verir ki, buna səbəb Ovanisyanın dünən Ermənistan İctimai Televiziyasına verdiyi müsahibədir. Həmin müsahibədə Ovanisyan demişdi ki, Ermənistan əslində son iki ildə, Paşinyanın hakimiyyətə gəlməsindən sonra Rusiyadan daha çox və daha müasir silahlar alıb, nəinki əvvəlki hakimiyyətlərin dövründə.

Həmin açıqlamaya Serj Sərkisyan özü cavab verməsə də onun ofisi açıqlamaya yayıb: “Ovanisyan ya rəqəmlərlə tanış deyil, ya qəsdən reallığı təhrif edir. Onun danışdıqlarının reallıqla heç bir əlaqəsi yoxdur, amma ölkə müharibə vəziyyətində olduğuna görə, düşmənin Şuşanın qapısı ağzına çatdığı bir vaxtda Respublika partiyası indiki vəziyyətə görə günahkarlar axtarmağı yersiz hesab edir. Lakin biz müharibədən sonra bu mövzuya qayıdacağıq”.

Öz növbəsində Ovanisyan Serj Sərkisyana Facebook üzərindən cavab verib. O, Ermənistan ordusunun 2012-2018 və 2018-2020-ci illərdə hansı silahlar aldığı barədə bu dəfə konkret rəqəmlərlə bəhs edib. Məsələn, o bildirir ki, 2012-2018-ci illərdə yeni rabitə vasitələri və radiostansiyalar alınıb, amma son iki ildə bunlardan üç dəfə çox alınıb.

2012-2018-ci illərdə məhdud sayda tank əleyhinə vasitələr, məsələn, “Kornet” raket kompleksləri alınıb. Son iki ildə isə bu komplekslərdən beş dəfə çox alınıb. 2012-2018-ci illərdə “Smerç” reaktiv yaylım atəşi kompleksləri alınıb, amma son iki ildə onların sayı artırılıb, döyüş sursatları da dəfələrlə artıb. 2012-2018-ci illərdə Ermənistana yeni nəsil ballistik raketlər verilib, amma son iki ildə Ermənistan dördüncü nəsil Su-30SM qırıcıları alıb.

2012-2018-ci illərdə Ermənistana az sayda hava hücumundan müdafiə sistemləri alıb. Son iki ildə isə onların sayı üçqat artırılıb, o cümlədən ən yaxşı hava hücumundan müdafiə sistemlərindən olan “Tor-M” alınıb. 2012-2018-ci illərdə Ermənistan məhdud sayda yeni nəsil radioelektron mübarizə qurğuları alıb, amma onlar işləməyib və xarab çıxıb. Bu qurğuları 2020-ci ildə təmir etdirmək mümkün olub. Və onlara dəfələrlə çox sayda daha güclü və daha müasir radioelektron mübarizə qurğuları əlavə edilib.

2012-2018-ci illərdə Ermənistana məhdud sayda PUA idxal edilib, amma son iki ildə onların sayı 5 dəfə artırılıb. Habelə Ovanisyan bildirir ki, Paşinyan hakimiyyətə gələndən sonra aviasiyanın yenidən silahlandırılmasına dair məxfi müqavilə  bağlanıb, TOS-1A “Solntsepyok” ağır odsaçanları alınıb və s.

“Hələlik bu qədər. Amma bunlar hamısı deyil, sadəcə özümü saxlayıram, mən daha çox informasiya kütləsinə malikəm”,-o bildirib.

Qeyd edək ki, Arsusun Ovanisyan Serj Sərkisyanın dövründə Müdafiə Nazirliyinin mətbuat xidmətinin rəhbəri idi.

Onun bəhs etdiyi, həm Sərkisyanın, həm Paşinyanın dövründə alınan hərbi texnikanın, o cümlədən hava hücumundan müdafiə sistemlərinin, radioelektron mübarizə qurğularının, “Smerç” reaktiv yaylım atəşi sistemlərinin və digərlərinin böyük əksəriyyəti sentyabrın 27-dən bu yana gedən döyüş əməliyyatlarının gedişində ordumuz tərəfindən məhv edilib.

virtualaz.org

23 oktyabr

18:42 - Maya dəyəri 5,7 manat olan mal əti 17 manata satılıb - Azərbaycanda heç kəs bazara nəzarət edə bilmir18:40 - Vuçiç məğlub oldu - Serbiyada ələbələr qalib gəldi18:38 - DİN və Baş Prokurorluq kafedəki qətllə bağlı məlumat yaydı

22 oktyabr

15:50 - Banklar kimlərə və niyə kredit vermir? - "Qara siyahı" ilə bağlı bilinməyənlər - ARAŞDIRMA15:47 - Ermənistan yeni Konstitusiya üçün növbədənkənar seçkiyə gedir15:45 - Paşinyan Azərbaycanla sülh sazişi üçün - Yeni tarix açıqladı15:31 - Şəhidin maaşı hələ də ailəsinə verilir - VİDEOMATERİAL

15 oktyabr

11:04 - Paşinyana sülh sazişini imzalamaq üçün vaxt verilib? 11:00 - Bakıdakı toplantının əhəmiyyəti nədir? 10:51 - Azərbaycanda bankların mənfəəti açıqlanıb

14 oktyabr

17:23 - Veysəloğlu Şirkətlər Qrupunun əməkdaşlarımızın övladları Prezident təqaüdünə layiq görülüblər

08 oktyabr

17:19 - Veysəloğlu MMC-nin Mərkəzi Sınaq Laboratoriyasının akkreditasiya sahəsi genişləndirilib - FOTOLAR

07 oktyabr

11:09 - "Neftin qiyməti 200 dollar olacaq" - "Financial Times"11:06 - Azad edilmiş ərazilərimizdə 32 kütləvi məzarlıq tapılıb11:05 - Azərbaycanı təhqir edən hesablar bağlanmalıdır

01 oktyabr

09:52 - Qondarma rejimin "televiziyası" bağlandı09:45 - Sumqayıtda 13 tibb işçisi bir gündə işdən çıxarılıb - Ölkədə ixtisar müəmması davam edir

29 sentyabr

19:07 - Döyüşdə iştirak edən hərbçilərə ikiqat ödəniş müddəası çıxarılır

27 sentyabr

17:24 - "Onun arvadını hamı tanıyır" - Zaxarova17:14 - Azərbaycana qarşı kampaniyaya qoşulan türkiyəli professor üzr istədi17:11 - ABŞ-nin daha bir məxfi silahı İranın əlinə keçdi17:09 - Husilərə görə Ər-Riyadda məktəblər bağlandı

21 sentyabr

13:05 - Veysəloğlu Şirkətlər Qrupu Qarabağda təhsilin inkişafına dəstək verəcək - FOTOLAR11:22 - Təhsildəki mafiya - Bu dəfə 3 milyonluq olimpiada biznesini araşdırdıq11:18 - Azərbaycana yük gətirib, yük aparan ölkələrin siyahısı

14 sentyabr

13:55 - Polşa da müharibəyə cəlb olunur? 13:43 - İranda minlərlə insan ölkənin müdafiəsinə qoşulur13:28 - İrəvan Azərbaycan qazından asılı qalacaq13:25 - Vüsal Şilderin qətli ilə bağlı məhkəmə başladı

09 sentyabr

11:21 - Avropanın yeni sağını kim formalaşdırır: Tramp, Bannon və İsrail detalı gündəmdə - "Milliyet"