"Rusiya Ermənistanı "Tramp yolu"nun yaradılmasında dəstəkləyir" - Overçuk
15 avqust, 2025 12:56

“İrəvan bunu zəruri hesab edirsə, Rusiya Ermənistanı “Tramp yolu”nun (Zəngəzur dəhlizi - red.) yaradılması planlarında dəstəkləyir”.
TASS xəbər verir ki, bunu Rusiyanın Baş nazirinin müavini Aleksey Overçuk deyib.
“Ermənistan bizim strateji müttəfiqimizdir və əgər Ermənistan nəyinsə onun üçün yaxşı olduğunu hesab edirsə, əlbəttə, biz burada Ermənistanı dəstəkləyirik”, - Overçuk qeyd edib.