Rusiyaya gizli hərbi texnika ötürən azərbaycanlı kimdir? - MƏHKƏMƏ

23 sentyabr, 2025 14:20

Latviyanın paytaxtı Riqada Qərbin Rusiyaya tətbiq etdiyi sanksiyaları pozmaqda ittiham olunan şəxslərin məhkəmə prosesi başlayıb.

Hadisədə ittiham olunan qruplaşmanın rəhbərinin Əli Xəlilov adlı azərbaycanlı olduğu bildirilir.

İstintaq materiallarına görə, qruplaşma Qərb sanksiyalarını pozaraq Rusiya ordusuna “Starlink” internet modulları və digər hərbi təyinatlı avadanlıqlar satıb. Məlumata görə, Əli Xəlilov uzun müddətdir Riqada yaşayır.

Prokurorluğun bildirdiyinə görə, Əli Xəlilov sxemin əsas təşkilatçısı olub, digər şəxslərə tapşırıqlar verib. Onunla birlikdə Danila Qotsulyak, Alen Navitskas və Mariya Mixeyeva da ittiham olunur. Onlar Əli Xəlilovun göstərişləri ilə hesablar açıblar, malların daşınmasını izləyiblər və avadanlıqları təhvil alıblar.

İstintaqın gedişində məlum olub ki, qruplaşma "SpaceX" şirkətinə məxsus 60-dan artıq “Starlink Mini Kit” avadanlığını qanunsuz yolla Rusiyaya ötürüb. Avadanlıqlar yük və sərnişin daşıyan sürücülərin köməyi ilə gizli şəkildə sərhəddən keçirilib. Məlumatlar Latviya ictimai televiziyasının “De facto” proqramında səsləndirilib.

Prokurorun sözlərinə görə, bu avadanlıqlardan 45-i Moskvadakı məşhur “Qorbuşka” bazarında satılıb. Daha sonra cihazlar Çeçen bölmələri ilə əlaqəli şəxslərin əlinə keçib və işğal altındakı Luqansk bölgəsinə göndərilib.

İttihama əsasən, Əli Xəlilov bəzi cihazların giriş məlumatlarını da rus tərəfinə ötürüb.

Qruplaşmanın fəaliyyəti yalnız “Starlink”lə məhdudlaşmayıb. İstintaq materiallarında Rusiyaya müxtəlif hərbi təyinatlı malların da keçirildiyi göstərilir. Buraya hərbi çantalar və silah karkasları, optik nişangahlar və kalibratorlar, güllələrin sürətini ölçən xronoqraflar, ballistik kalkulyatorlu portativ meteoroloji stansiyalar daxildir.

Bundan əlavə, iddialara görə, Əli Xəlilov Bolqarıstan və Almaniya üzərindən şirkətlər quraşdıraraq Polşadan güllə və giliz alıb, Rusiyaya göndərib.

Prokurorluq hesab edir ki, ümumi sövdələşmələrin məbləği 200 min avrodan çoxdur. ABŞ şirkətlərindən birinə verilən sifarişin dəyəri isə 100 min avro təşkil edib.

Məhkəmə iclasında Əli Xəlilov və digər ittiham olunanların ifadələri dinlənilir. Hazırda o, Riqanın Mərkəzi həbsxanasında saxlanılır. Prokuror hesab edir ki, mallar birbaşa Rusiya Silahlı Qüvvələrinin əlinə keçib, lakin qəti hökm yalnız məhkəmə tərəfindən veriləcək.

Latviyanın Dövlət Təhlükəsizlik Xidməti bildirir ki, qruplaşmanın fəaliyyəti 2024-cü ilin iyunundan oktyabrınadək davam edib. Hələ də müəyyən edilməmiş bir neçə nəfərin işə qarışdığı güman olunur.

23 oktyabr

18:42 - Maya dəyəri 5,7 manat olan mal əti 17 manata satılıb - Azərbaycanda heç kəs bazara nəzarət edə bilmir18:40 - Vuçiç məğlub oldu - Serbiyada ələbələr qalib gəldi18:38 - DİN və Baş Prokurorluq kafedəki qətllə bağlı məlumat yaydı

22 oktyabr

15:50 - Banklar kimlərə və niyə kredit vermir? - "Qara siyahı" ilə bağlı bilinməyənlər - ARAŞDIRMA15:47 - Ermənistan yeni Konstitusiya üçün növbədənkənar seçkiyə gedir15:45 - Paşinyan Azərbaycanla sülh sazişi üçün - Yeni tarix açıqladı15:31 - Şəhidin maaşı hələ də ailəsinə verilir - VİDEOMATERİAL

15 oktyabr

11:04 - Paşinyana sülh sazişini imzalamaq üçün vaxt verilib? 11:00 - Bakıdakı toplantının əhəmiyyəti nədir? 10:51 - Azərbaycanda bankların mənfəəti açıqlanıb

14 oktyabr

17:23 - Veysəloğlu Şirkətlər Qrupunun əməkdaşlarımızın övladları Prezident təqaüdünə layiq görülüblər

08 oktyabr

17:19 - Veysəloğlu MMC-nin Mərkəzi Sınaq Laboratoriyasının akkreditasiya sahəsi genişləndirilib - FOTOLAR

07 oktyabr

11:09 - "Neftin qiyməti 200 dollar olacaq" - "Financial Times"11:06 - Azad edilmiş ərazilərimizdə 32 kütləvi məzarlıq tapılıb11:05 - Azərbaycanı təhqir edən hesablar bağlanmalıdır

01 oktyabr

09:52 - Qondarma rejimin "televiziyası" bağlandı09:45 - Sumqayıtda 13 tibb işçisi bir gündə işdən çıxarılıb - Ölkədə ixtisar müəmması davam edir

29 sentyabr

19:07 - Döyüşdə iştirak edən hərbçilərə ikiqat ödəniş müddəası çıxarılır

27 sentyabr

17:24 - "Onun arvadını hamı tanıyır" - Zaxarova17:14 - Azərbaycana qarşı kampaniyaya qoşulan türkiyəli professor üzr istədi17:11 - ABŞ-nin daha bir məxfi silahı İranın əlinə keçdi17:09 - Husilərə görə Ər-Riyadda məktəblər bağlandı

21 sentyabr

13:05 - Veysəloğlu Şirkətlər Qrupu Qarabağda təhsilin inkişafına dəstək verəcək - FOTOLAR11:22 - Təhsildəki mafiya - Bu dəfə 3 milyonluq olimpiada biznesini araşdırdıq11:18 - Azərbaycana yük gətirib, yük aparan ölkələrin siyahısı

14 sentyabr

13:55 - Polşa da müharibəyə cəlb olunur? 13:43 - İranda minlərlə insan ölkənin müdafiəsinə qoşulur13:28 - İrəvan Azərbaycan qazından asılı qalacaq13:25 - Vüsal Şilderin qətli ilə bağlı məhkəmə başladı

09 sentyabr

11:21 - Avropanın yeni sağını kim formalaşdırır: Tramp, Bannon və İsrail detalı gündəmdə - "Milliyet"