Serbiyadan gətirilib başımıza atılan minomyotlar və səfir Eldar Həsənovun səhlənkarlığı

21 iyul, 2020 11:49

Düşmənlə üz-üzə döyüşdüyümüz zamanda dost saydığımız bəzi ölkələr arxadan kürəyimizə xəncər sancıb. Söhbət Serbiyanın Gürcüstan üzərindən Ermənistana göndərdiyi minomyotlardan gedir. Həmin minomyotları da Tovuzda gedən ağır döyüşlərdə düşmən başımıza yağdırıb. Dünən axşamdan yayılan bu ciddi məlumatı iki ölkədən heç biri təkzib etməyib.


Bu gün isə Serbiyanın Bakıdakı səfiri XİN-ə dəvət olunubsa, deməli, məlumatın doğruluğuna qəti şübhə yeri qalmır. Mənim diqqətimi bu məsələdə tamamilə başqa bir detal cəlb etdi. Həmin ölkədəki bizim səfirimizin kimliyi və nə işlə məşğul olması?
Bilməyənlərin nəzərinə çatdırım ki, bu personanın adı Eldar Həsənovdur. O, hazırda iqamətgahı Belqrad şəhərində olmaqla Azərbaycanın Serbiya Respublikasında, Monteneqroda və Bosniya və Herseqovinada fövqəladə və səlahiyyətli səfiri vəzifələrini icra edir.
Uzun müddətdir ki, həmin Balkan ölkələrinə hansı müsbət hadisə verirsə, birbaşa Eldar Həsənovun adı ilə bağlayırlar. Hətta az qalırdılar desinlər ki, Ramil Səfərov da Eldar Həsənovun mahir və uzaqgörən diplomatik gedişlərinin sayəsində ömürülük həbsdən azad edilərək, Bakıya göndərilib.
Həmin coğrafiyada xırda bir uğura imza atılan kimi, dərhal Həsənovun nəzarətində olan saytlar, siyasilər, hətta partiyalar hərəkətə keçir, baş verənləri sabiq baş prokuror olan, indiki səfirin adı ilə bağlamaq üçün "ayı xidmətləri" ortaya qoyulurdu.
Nədənsə, Serbiya ilə bağlı yaşanan indiki xoşagəlməz vəziyyətlə əlaqəli həmin adamlardan səs çıxmır, tam sükutdur. Bu dəfə mən haqlı olaraq sual edirəm: Eldar Həsənov orada nə işlə məşğul olub ki, Ermənistan gedib uzaq Balkan ölkəsində belə "konsert" verib? Bu, hansısa xırda bir əşya deyil ki, istənilən erməni biznesmen gedib pulunu verib alsın və sonra qoyub avtomobilinin yük yerinə ölkəsinə gətirsin.
Söhbət böyük həcmdə olan silah müqaviləsi əsasında reallaşan minomyot tranşından gedir. Doğrudan da, ölkəmizin həmin ölkədəki diplomatik missiyasının bu həcmdə olan silah razılaşmasından xəbərdar olmadığı təəccübsüz qarşılana bilməz. Axı, bunu bilmək, bu barədə ölkənin əlaqədar qurumlarına məlumat vermək birbaşa səfirimizin səlahiyyətinə aid olan məsələdi.
Bizim Serbiyada istehsal olunan həmin minomyotlardan başımıza yağandan sonra xəbər tutmağımızda səfirimizin məsuliyyəti yoxdurmu? Təbiidir ki, var! Prezident bugünlərdə etdiyi çıxışında XİN-in fəaliyyətini sərt tənqid etdi.
Bu hadisə sübut etdi ki, Eldar Həsənova da həmin tənqidlərdən böyük pay düşür. Adam öz sevdiyi işlə məşğul olamayada həmişə belə olur. Ya dövlət işindən ayrılıb, gəlib ölkəyə marağında olduğun siyasi proseslərə, səni siyasi lider kimi qəbul edənlərə yön verməlisən, ya da həmin postu daha peşəkar, işləmək həvəsində olan şəxslər üçün boşaltmalısan.
Mütləq mənada XİN-də aparılan islahatların ilkin mərhələsi xaricdə fəaliyyət göstərən diplomatik korpuslarımızı əhatə etməlidir. Əks halda biz daha bir Serbiya nümunəsi ilə üz-üzə qala bilərik...

Məhəmmədəli Qəribli 
 

23 oktyabr

18:42 - Maya dəyəri 5,7 manat olan mal əti 17 manata satılıb - Azərbaycanda heç kəs bazara nəzarət edə bilmir18:40 - Vuçiç məğlub oldu - Serbiyada ələbələr qalib gəldi18:38 - DİN və Baş Prokurorluq kafedəki qətllə bağlı məlumat yaydı

22 oktyabr

15:50 - Banklar kimlərə və niyə kredit vermir? - "Qara siyahı" ilə bağlı bilinməyənlər - ARAŞDIRMA15:47 - Ermənistan yeni Konstitusiya üçün növbədənkənar seçkiyə gedir15:45 - Paşinyan Azərbaycanla sülh sazişi üçün - Yeni tarix açıqladı15:31 - Şəhidin maaşı hələ də ailəsinə verilir - VİDEOMATERİAL

15 oktyabr

11:04 - Paşinyana sülh sazişini imzalamaq üçün vaxt verilib? 11:00 - Bakıdakı toplantının əhəmiyyəti nədir? 10:51 - Azərbaycanda bankların mənfəəti açıqlanıb

14 oktyabr

17:23 - Veysəloğlu Şirkətlər Qrupunun əməkdaşlarımızın övladları Prezident təqaüdünə layiq görülüblər

08 oktyabr

17:19 - Veysəloğlu MMC-nin Mərkəzi Sınaq Laboratoriyasının akkreditasiya sahəsi genişləndirilib - FOTOLAR

07 oktyabr

11:09 - "Neftin qiyməti 200 dollar olacaq" - "Financial Times"11:06 - Azad edilmiş ərazilərimizdə 32 kütləvi məzarlıq tapılıb11:05 - Azərbaycanı təhqir edən hesablar bağlanmalıdır

01 oktyabr

09:52 - Qondarma rejimin "televiziyası" bağlandı09:45 - Sumqayıtda 13 tibb işçisi bir gündə işdən çıxarılıb - Ölkədə ixtisar müəmması davam edir

29 sentyabr

19:07 - Döyüşdə iştirak edən hərbçilərə ikiqat ödəniş müddəası çıxarılır

27 sentyabr

17:24 - "Onun arvadını hamı tanıyır" - Zaxarova17:14 - Azərbaycana qarşı kampaniyaya qoşulan türkiyəli professor üzr istədi17:11 - ABŞ-nin daha bir məxfi silahı İranın əlinə keçdi17:09 - Husilərə görə Ər-Riyadda məktəblər bağlandı

21 sentyabr

13:05 - Veysəloğlu Şirkətlər Qrupu Qarabağda təhsilin inkişafına dəstək verəcək - FOTOLAR11:22 - Təhsildəki mafiya - Bu dəfə 3 milyonluq olimpiada biznesini araşdırdıq11:18 - Azərbaycana yük gətirib, yük aparan ölkələrin siyahısı

14 sentyabr

13:55 - Polşa da müharibəyə cəlb olunur? 13:43 - İranda minlərlə insan ölkənin müdafiəsinə qoşulur13:28 - İrəvan Azərbaycan qazından asılı qalacaq13:25 - Vüsal Şilderin qətli ilə bağlı məhkəmə başladı

09 sentyabr

11:21 - Avropanın yeni sağını kim formalaşdırır: Tramp, Bannon və İsrail detalı gündəmdə - "Milliyet"