"Azərbaycan ordusu tarixi şəhərə çatdı" - “Le Monde” noyabrın 6-da ermənilərin Şuşadan qaçdığını yazıb

07 noyabr, 2020 20:46

“Azərbaycan Ordusu tarixi şəhərə çatdı, hansı ki, Bakının sentyabrın 27-dən başladığı hücumun əsas məqsədi də bu idi. Gərgin döyüşlər onların üstünlüyü ilə davam edir.”

Azsiyasət.com xəbər verir ki, bu məlumat Fransanın məşhur “Le Monde” qəzetinin bugünkü sayında dərc edilib. Qəzet yazır ki, Şuşanı müdafiə edən erməni birləşmələri pərən-pərən düşüblər: 

“Şuşanı müdafiə edənlər dağınıq haldadırlar. Onlar bir-birinə sıxılaraq, üzülmüş, qan içində olan onlarla yaralıları hərbi təcili yardım maşınlarında Stepanakertdəki (Xankəndi-red.) hospitala aparırlar. Digərləri isə döyüşə girib-girməyəcəklərini bilmədən, tükənmiş şəkildə dağdan enirlər. Yol boyu artilleriya və snayper atəşi altında tələsik atılan avadanlıqlar var.”

Qəzetin reportajında deyilir ki, noyabrın 6-sı Şuşa uğrunda gedən döyüşlərin qırılma nöqtəsinə çevrilib: “Bu, qırılma gününə çox oxşayır. Hətta Stepanakert bunu etiraf etməsə də, noyabrın 6-sı cümə axşamı baş verən döyüşlər Azərbaycan qüvvələrinin xeyrinə oldu.”

Daha sonra qəzet yazır ki, Ermənistandan Xankəndinə gedən yol hələ noyabrın 4-dən bağlıdır. Və artıq bir həftədir ki, Azərbaycan Silahlı Qüvvələri Şuşanın həndəvərindədir: 

“Qarabağın (qondarma “dqr”-red.) əsgərləri Şuşa ilə Stepanakert arasındakı yolun sol tərəfindən Azərbaycan artilleriyasının və snayperlərinin hücumuna məruz qalır. Artıq bir həftədir ki, Qarabağı geri qaytarmaq məqsədi daşıyan Azərbaycan Ordusu Şuşanın yaxınlığına çatıb. Əsas cəbhə bir müddət Karin Tak (Daşaltı-red.) yaxınlığındakı meşələrdə getdi. Daha sonra xüsusi təyinatlılar 3 gün Şuşa ətrafındakı yollara gecə hücumları təşkil edərək, şəhərin müdafiə qabiliyyətini yoxladılar. Stepanakerti Şuşa və Laçın vasitəsilə Ermənistanla birləşdirən əsas yol isə noyabrın 4-dən bağlıdır.”

Sonda qəzet münaqişənin tarixinə nəzər salır və bildirir ki, 1991-ci ilə qədər Şuşa Azərbaycanın əsas tarixi mədəniyyət mərkəzlərindən biri olub.

23 oktyabr

18:42 - Maya dəyəri 5,7 manat olan mal əti 17 manata satılıb - Azərbaycanda heç kəs bazara nəzarət edə bilmir18:40 - Vuçiç məğlub oldu - Serbiyada ələbələr qalib gəldi18:38 - DİN və Baş Prokurorluq kafedəki qətllə bağlı məlumat yaydı

22 oktyabr

15:50 - Banklar kimlərə və niyə kredit vermir? - "Qara siyahı" ilə bağlı bilinməyənlər - ARAŞDIRMA15:47 - Ermənistan yeni Konstitusiya üçün növbədənkənar seçkiyə gedir15:45 - Paşinyan Azərbaycanla sülh sazişi üçün - Yeni tarix açıqladı15:31 - Şəhidin maaşı hələ də ailəsinə verilir - VİDEOMATERİAL

15 oktyabr

11:04 - Paşinyana sülh sazişini imzalamaq üçün vaxt verilib? 11:00 - Bakıdakı toplantının əhəmiyyəti nədir? 10:51 - Azərbaycanda bankların mənfəəti açıqlanıb

14 oktyabr

17:23 - Veysəloğlu Şirkətlər Qrupunun əməkdaşlarımızın övladları Prezident təqaüdünə layiq görülüblər

08 oktyabr

17:19 - Veysəloğlu MMC-nin Mərkəzi Sınaq Laboratoriyasının akkreditasiya sahəsi genişləndirilib - FOTOLAR

07 oktyabr

11:09 - "Neftin qiyməti 200 dollar olacaq" - "Financial Times"11:06 - Azad edilmiş ərazilərimizdə 32 kütləvi məzarlıq tapılıb11:05 - Azərbaycanı təhqir edən hesablar bağlanmalıdır

01 oktyabr

09:52 - Qondarma rejimin "televiziyası" bağlandı09:45 - Sumqayıtda 13 tibb işçisi bir gündə işdən çıxarılıb - Ölkədə ixtisar müəmması davam edir

29 sentyabr

19:07 - Döyüşdə iştirak edən hərbçilərə ikiqat ödəniş müddəası çıxarılır

27 sentyabr

17:24 - "Onun arvadını hamı tanıyır" - Zaxarova17:14 - Azərbaycana qarşı kampaniyaya qoşulan türkiyəli professor üzr istədi17:11 - ABŞ-nin daha bir məxfi silahı İranın əlinə keçdi17:09 - Husilərə görə Ər-Riyadda məktəblər bağlandı

21 sentyabr

13:05 - Veysəloğlu Şirkətlər Qrupu Qarabağda təhsilin inkişafına dəstək verəcək - FOTOLAR11:22 - Təhsildəki mafiya - Bu dəfə 3 milyonluq olimpiada biznesini araşdırdıq11:18 - Azərbaycana yük gətirib, yük aparan ölkələrin siyahısı

14 sentyabr

13:55 - Polşa da müharibəyə cəlb olunur? 13:43 - İranda minlərlə insan ölkənin müdafiəsinə qoşulur13:28 - İrəvan Azərbaycan qazından asılı qalacaq13:25 - Vüsal Şilderin qətli ilə bağlı məhkəmə başladı

09 sentyabr

11:21 - Avropanın yeni sağını kim formalaşdırır: Tramp, Bannon və İsrail detalı gündəmdə - "Milliyet"