Ərdoğan və Putin Qarabağı müzakirə etdilər

08 noyabr, 2020 00:02

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanla Rusiya Federasiyasının Prezidenti Vladimir Putin arasında telefon danışığı olub.

Azsiyasət.com xəbər verir ki, bu barədə Türkiyə liderinin dəftərxanası məlumat yayıb. Məlumata görə, dövlət başçıları Dağlıq Qarabağda yaranan vəziyyəti müzakirə ediblər.

Ərdoğan Ermənistanın Azərbaycanın işğal etdiyi ərazilərindən çıxması zəruriliyini bildirib. Türkiyənin dövlət başçısı qeyd edib ki, Azərbaycanın əks-hücum əməliyyatı onun öz ərazisi ilə məhdudlaşır.