"Azərbaycan tam qələbənin bir addımlığındadır" - Sergey Markov

08 noyabr, 2020 20:59

"Azərbaycan Prezidenti İlham Əliyev bəyan etdi ki, Azərbaycan Ordusu Şuşanı işğaldan azad edib. Bu, müharibənin əsas məqamıdır. Demək olar ki, ikinci Qarabağ müharibəsi Azərbaycanın tam qələbəsi ilə başa çatdı".

Azsiyasət.com xəbər verir ki, bu barədə özünün “Facebook” səhifəsində Rusiyanın ictimai xadimi, politoloq, Siyasi Araşdırmalar İnstitutunun baş direktoru Sergey Markov yazıb.

O bildirib: “Şuşa Dağlıq Qarabağın paytaxtı Xankəndi ilə Ermənistan ərazisi arasında yerləşir. İndi şimal yolu Xankəndidən olan qaçqınlarla doludur. Azərbaycan Ordusu qaçqınlara heç bir təcavüz göstərmir. İndi Ermənistanın müharibəni dayandırmaq şansı var. Əgər Paşinyan Ermənistanın bütün ordusunun, - bu ordu yaxın vaxtlarda Dağlıq Qarabağda mühasirəyə alınacaq, - Dağlıq Qarabağdan çıxarılması barədə əmr verərsə, o halda hərbi əməliyyatlar dayanar və sülh danışıqları başlanar. Əks halda, müharibə özlərinin baş nazirlərinə qorxaraq sadiq olan mühasirəyə düşmüş erməni qoşunlarının sonadək qırılmasına gətirib çıxara bilər. Qırğın heç kimə lazım deyil”.

Politoloqun vurğuladığı kimi, Azərbaycan Prezidenti İlham Əliyev dəfələrlə bəyan edib ki, ermənilər Azərbaycan ərazilərində sakit yaşaya bilərlər, orada onlara təhlükə yoxdur. “Azərbaycan müasir çoxmillətli və çoxkonfessiyalı ölkədir ki, onun ideologiyası multikulturalizmdir və orada hazırda təqribən 30 min erməni yaşayır. Bütün xalqlar güclü dövlətin müdafiəsi altındadır. Dağlıq Qarabağ ermənilərinə, məsələn, İtaliyada Cənubi Tirolda və digər ölkələrdə olduğu kimi mədəni muxtariyyət təmin olunacaq. Onlar öz kilsələrində sakitcə dua edə biləcəklər”, - deyə politoloq qeyd edib.

Politoloq əmindir ki, Dağlıq Qarabağda müharibə hər halda tezliklə başa çatacaq. “Hamıya aydındır ki, Azərbaycan yaxın vaxtlarda Dağlıq Qarabağın bütün ərazisində öz suverenliyini tam bərpa edəcək. Prezident İlham Əliyev Dağlıq Qarabağın xilaskarı kimi Azərbaycan üçün milli qəhrəmana çevrilir. Azərbaycan tam qələbənin bir addımlığındadır”, - deyə sonda S.Markov bildirib

23 oktyabr

18:42 - Maya dəyəri 5,7 manat olan mal əti 17 manata satılıb - Azərbaycanda heç kəs bazara nəzarət edə bilmir18:40 - Vuçiç məğlub oldu - Serbiyada ələbələr qalib gəldi18:38 - DİN və Baş Prokurorluq kafedəki qətllə bağlı məlumat yaydı

22 oktyabr

15:50 - Banklar kimlərə və niyə kredit vermir? - "Qara siyahı" ilə bağlı bilinməyənlər - ARAŞDIRMA15:47 - Ermənistan yeni Konstitusiya üçün növbədənkənar seçkiyə gedir15:45 - Paşinyan Azərbaycanla sülh sazişi üçün - Yeni tarix açıqladı15:31 - Şəhidin maaşı hələ də ailəsinə verilir - VİDEOMATERİAL

15 oktyabr

11:04 - Paşinyana sülh sazişini imzalamaq üçün vaxt verilib? 11:00 - Bakıdakı toplantının əhəmiyyəti nədir? 10:51 - Azərbaycanda bankların mənfəəti açıqlanıb

14 oktyabr

17:23 - Veysəloğlu Şirkətlər Qrupunun əməkdaşlarımızın övladları Prezident təqaüdünə layiq görülüblər

08 oktyabr

17:19 - Veysəloğlu MMC-nin Mərkəzi Sınaq Laboratoriyasının akkreditasiya sahəsi genişləndirilib - FOTOLAR

07 oktyabr

11:09 - "Neftin qiyməti 200 dollar olacaq" - "Financial Times"11:06 - Azad edilmiş ərazilərimizdə 32 kütləvi məzarlıq tapılıb11:05 - Azərbaycanı təhqir edən hesablar bağlanmalıdır

01 oktyabr

09:52 - Qondarma rejimin "televiziyası" bağlandı09:45 - Sumqayıtda 13 tibb işçisi bir gündə işdən çıxarılıb - Ölkədə ixtisar müəmması davam edir

29 sentyabr

19:07 - Döyüşdə iştirak edən hərbçilərə ikiqat ödəniş müddəası çıxarılır

27 sentyabr

17:24 - "Onun arvadını hamı tanıyır" - Zaxarova17:14 - Azərbaycana qarşı kampaniyaya qoşulan türkiyəli professor üzr istədi17:11 - ABŞ-nin daha bir məxfi silahı İranın əlinə keçdi17:09 - Husilərə görə Ər-Riyadda məktəblər bağlandı

21 sentyabr

13:05 - Veysəloğlu Şirkətlər Qrupu Qarabağda təhsilin inkişafına dəstək verəcək - FOTOLAR11:22 - Təhsildəki mafiya - Bu dəfə 3 milyonluq olimpiada biznesini araşdırdıq11:18 - Azərbaycana yük gətirib, yük aparan ölkələrin siyahısı

14 sentyabr

13:55 - Polşa da müharibəyə cəlb olunur? 13:43 - İranda minlərlə insan ölkənin müdafiəsinə qoşulur13:28 - İrəvan Azərbaycan qazından asılı qalacaq13:25 - Vüsal Şilderin qətli ilə bağlı məhkəmə başladı

09 sentyabr

11:21 - Avropanın yeni sağını kim formalaşdırır: Tramp, Bannon və İsrail detalı gündəmdə - "Milliyet"