Azərbaycan Ordusu Şuşa şəhərinə tam nəzarət edir - Müdafiə Nazirliyi

08 noyabr, 2020 21:33

Ermənistan tərəfi Şuşa döyüşlərindəki uğursuzluğunu ört-basdır etmək və öz cəmiyyətini sakitləşdirmək məqsədilə guya Şuşaya yenidən nəzarəti ələ keçirmək barədə dezinformasiya yayır.

Azsiyasət.com xəbər verir ki, bu barədə Azərbaycan Müdafiə Nazirliyindən məlumat verilib.

"Bəyan edirik ki, Azərbaycan Ordusu Şuşa şəhərinə tam nəzarət edir", - deyə açıqlamada bildirilir.