Ermənistan itkilərinin cüzi hissəsini açıqladı: 1221 ölü

09 noyabr, 2020 11:03

Ermənistan Müdafiə Nazirliyi uzun fasilədən sonra Qarabağa ölən hərbçilərinin yeni siyahısını dərc edib.

Azsiyasət.com Ermənistan KİV-nə istinadən xəbər verir ki, siyahıda 44 hərbçinin adı və soyadı var.

Ümumilikdə, Ermənistan tərəfi 1221 hərbi qulluqçusunun ölümü rəsmən təsdiqləyib.

Xatırladaq ki, nüfuzlu hərbi mənbələr Ermənistan ordusunun Qarabağda ən azı 5 min hərbi qulluqçusunu itirdiyini və rəsmi Yerevanın bunu xalqdan gizlətdiyini yazır.