Avropabın müsəlman məsələsi və ya Makronun yeni dünyəvi səlib yürüşü

09 noyabr, 2020 11:52

Türkiyə Prezident Administrasiyasının sözçüsü İbrahim Kalın son məqaləsində Fransa Prezidenti Emmanuel Makronun İslam siyasətini tənqid edib və onu qərb sivilizasiyası ilə müsəlman dünyası arasında uçurum yaratmaqda günahlandırıb.

Azsiyasət.com xəbər verir ki, İbrahim Kalının “Əl-Cəzirə”də yayımlanan “Avropanın müsəlman məsələsi və yeni dünyəvi səlib yürüşü” adlı məqaləsində Fransa Prezidentinin İslam dünyasına qarşı qütbləşmə siyasəti apardığını, həmçinin Avropanın müsəlman icmasına “başqaları” kimi yanaşdığını vurğulayıb.

“Bu gün “müsəlman məsələsi” sürətlə 19-cu əsr Avropasındakı “yəhudi məsələsi”nə çevrilir. İslam və müsəlman icmalarına qarşı mənfi münasibət getdikcə dini tolerantlıq, plüralizm və demokratiya üçün məhdudiyyətlər qoyur”,- deyə Kalın qeyd edib.

Müəllif qeyd edir ki, Makron, “Avropanın ruhunu qurtarmaq” üçün dünyəvi səlib yürüşünə şüurlu bir şəkildə liderlik edirmiş kimi görünsə də səhv addımlar atır, çünki bir başa ekstremistlərin əlinə oynayır.

İslam peyğəmbərinin münkircəsinə zövqsüz cizgi filmlərini yayımlamaq və onları qorumaq ifadə azadlığını müdafiə etmək deyil, özü özlüyündə ekstremist bir hərəkətdir.

Pensilvaniya Universitetinin alimi Anne Nortonun “Müsəlman məsələsi haqqında” adlı kitabından sitat gətirən müəllif bildirib ki, 19-cu əsrdə yəhudi sualı, ağıl, tolerantlıq və inklüzivlik kimi aydınlanma dəyərləri üçün bir sınaq idi.

“Avropa yalnız yüzillik ayrıseçkiliyə və təqiblərə məruz qalan yəhudilərə bərabər münasibət göstərərək ağıl, fəzilət və azadlığa söykənən bir mədəniyyət olduğunu iddia edə bilərdi. Bu gün Qərbdəki İslam və müsəlman icmalarına münasibət, Qərb cəmiyyətlərinin tərəfdarı olduqlarını iddia etdikləri demokratik və plüralist dəyərlər üçün bir sınaqdır.

Makron İslamın bütün dünyada böhran yaşadığını elan edərək və “Şarli Hebdo” jurnalının İslam Peyğəmbərinin cizgi filmlərini yenidən nəşr etməsini müdafiə edərək, yalnız İŞİD, “Əl-Qaidə” və bənzər qruplara şiddəti işə salmaq və böyütmək üçün yeni imkanlar yaratmır, eyni zamanda bütün müsəlman dünyasını incidir.

Makron dünyəvi Fransanın öz dəyərlərinə şübhə etdiyi bir vaxtda müsəlmanlardan dini dəyərlərindən imtina etmələrini tələb edir. Dini dəyərlərinizi itirdiyiniz üçün başqalarının da onlardan imtina etmələrini istəmək siyasətinizi daha ağlabatan və hörmətli etməz. Peyğəmbərimiz, müsəlmanlar üçün yaşadıqları yerlərin dünyəvilik, müasirlik, maarifləndirmə və ya texnoloji tərəqqi  ilə nə qədər dəyişməyindən asılı olmayaraq ən müqəddəs və hörmətli insan olaraq qalır. Buna hörmət etmək ekstremizmlə uzlaşma deyil, mənəvi və siyasi borcdur.

Makron İslam dininə qarşı yeni bir dünyəvi səlib yürüşündə çıxış etməkdə və müsəlman azlıq icmalarını Qərb sivilizasiyasında “başqaları” kimi təqdim etməkdə bəzi siyasi üstünlüklər axtara bilər. Ancaq bu axtarış ölkəsinin və bölgədəki başqalarının üzləşdiyi böhranı azaltmağa kömək etməyəcəkdir.

Makron Fransa Respublikasının “dəyərlərinə” uyğun gəlməsi üçün İslamı islah etməyə çağırır, hansı ki, Fransa cəmiyyəti bu dəyərlərə inamını itirib.

Bununla belə özünə şübhə etmə, dərin imperialist impulslardan çəkindirmir.

Söhbət yalnız Makronun siyasi intiqam hissi ilə hərəkət etməsi ilə əlaqəli olsaydı, işləri həll etmək daha asan olardı, amma məsələ daha dərinə gedir. Davranışı və ritorikası post-maarifləndirmə dövrünün rasionalist təkəbbürünü əks etdirir - müasir dünyəvi dünyanın antitezi kimi İslam və müsəlmanlara hücum edərək Qərb rasionalizmini xarabalıqlarından qurtarmaq istəyən bir düşüncə tərzi.

Bu kobud dünyəvilik və Avro-mərkəzçilik problemin bir hissəsidir.

Fransız xristianlığı, fransız yəhudiliyi, fransız hinduizmi kimi çağırışlar eşitmədiyimiz halda, fransız islamı çağırışlarını necə izah etmək olar?

Makron istədiyini əldə edə bilər, ya da edə bilməz, ancaq özünün qazdığı siyasi xəndəklər onsuz da ifrat sağçıları tərəfindən davamlı hücuma məruz qalan Avropanın əsas siyasi cərəyanını daha da pozacaqdır. Bu, Makron siyasətinin ruhudursa, şübhəsiz ki, Makronun universitetdə dərs aldığı Fransız filosofu Pol Rikonun daha düşünülmüş və şərhçi siyasətindən çox uzaqdır.

Dünya müsəlmanları, müasir dünyəvi Qərb mədəniyyətinin pisliklərinə qarşı mübarizə adı altında dinlərini manipulyasiya edən ekstremistləri və terrorçuları qınayır və pisləyirlər.

Bir müsəlman olaraq bir neçə zorakı ekstremistin əli ilə inancımın vəhşiləşdirilməsini rədd etmək mənim başqaları qarşısında borcumdur. Ən çox müsəlmanları öldürən və İslamı digər düşmənlərindən daha çox zədələyən İŞİD, “Əl-Qaidə” terror qrupları kimi təşkilatları yetiştirən ictimai və dini mühitə qarşı mübarizə aparmalıyam. Burada qeyri-müəyyənlik yoxdur.

Ancaq siyasi elitalar tərəfindən ifadə azadlığı adına “Şarli Hebdo” cizgi filmlərinin yayımlanması və sanksiyalaşdırılmaması dünyadakı bütün müsəlmanların mənəviyyatına və ağlına qarşı bir başqa zorakılıq aktıdır. Bu yalnız İslam və Qərb cəmiyyətləri arasında ayrılıq divarlarını qaldırır. Qarşılıqlı güvənə çox ehtiyac duyduğumuz bir vaxtda inamsızlıq hissini dərinləşdirir.

Bu şiddətə qarşı çıxmaq Fransa, Avstriya və digər yerlərdə terrorçuların cinayətlərinə bəraət qazandırmaq deyil. Dini və ya dünyəvi olmaqla, ekstremizmin bütün formalarını rədd etmək vətəndaşlıq borcu və siyasi vəzifədir.

Bəli, şiddət şiddəti doğurur. Bu qəzəbli dövrü bütün formalarında pozmalıyıq”.

 

17 avqust

12:03 - "Türkiyəni satın alaram" deyən iş adamı həbs edildi - Evindən narkotik tapıldı12:00 - Ermənistan Azərbaycana 17 milyon dollar ödədi

13 avqust

17:56 - Avtomobil idxalı kəskin azaldı, qiymətlər isə artdı

10 avqust

19:43 - "Avropa Rusiyadan qaz idxalını artırır" - "Welt am Sonntag"19:37 - "Azərbaycan bizə kömək oldu" - Pezeşkian19:35 - 10 milyon dövriyyəsi olan mərc şəbəkəsi ifşa edildi - VIDEO

03 avqust

11:52 - Kimin evində varsa, varlanacaq - Heç belə qiymətə olmamışdı11:49 - Azərbaycan ən güclü hərbi donanmaya sahib olub - "Forbes"11:46 - Azərbaycan Rusiyadan kibrit idxalını artırıb - Qiymət 21% bahalaşıb

30 iyul

11:35 - Veysəloğlu Şirkətlər Qrupunun sponsorluğu ilə şəhid övladları üçün keçirilən "Zəfər" Amerika Yay Düşərgəsi uğurla başa çadı - FOTOLAR

13 iyul

13:08 - Hakan Fidanın müqayisəsi təəccüblüdür - İran XİN13:06 - Azərbaycanın potensial daxili riskləri yoxdur13:04 - "Etibar Pirverdiyevin mənə qəzəbinin səbəbini bilmirəm"

01 iyul

20:13 - Tramp Türkiyədən nə istəyir? - CNN20:09 - Kiyev "İsgəndər"lə vuruldu20:07 - Azərbaycanlılar ən çox bu ölkələrin vətəndaşları ilə evlənir20:05 - Prezident ABŞ Senatının Xarici Əlaqələr Komitəsinin üzvünü qəbul edib - FOTO

25 iyun

19:16 - "ABŞ memorandumun iki bəndini pozub" - İran

19 iyun

11:29 - "Veysəloğlu" nümayəndə heyəti "Şölen"in Qaziantepdəki yeni zavodunun açılışında iştirak edib

16 iyun

17:17 - Veysəloğlu Şirkətlər Qrupu "Süni Zəka Dövründə Liderlik" mövzusunda forum keçirib - FOTOLAR

12 iyun

14:14 - Veysəloğlu Şirkətlər Qrupu AYİB-in 35-ci İllik Toplantısı və Biznes Forumunda təmsil olunub - FOTO

06 iyun

19:24 - "Ermənistan Rusiyasız mövcud ola bilməz" - Samvel Ayvazyan19:20 - "Azərbaycanda sülh sazişi imazalanmalı, Türkiyə ilə sərhəd açılmalıdır"19:17 - Azərbaycanda bank rəhbərləri nə qədər qazanır: İllik 20 milyonu keçir - SİYAHI19:15 - Paşinyanın partiyası seçkilərdə qalib gəldi

30 may

13:27 - Neft bazarında kəskin eniş - Bakı neftinin qiyməti belə dəyişdi13:23 - İranın Trampdan tələb etdiyi şərt..13:20 - Rusiyanın Ermənistandakı səfiri Moskvaya çağırıldı

18 may

19:12 - "Araz" supermarketlər şəbəkəsi yeni nəsil Tədarükçü Əməkdaşlıq Platformasını təqdim edib - FOTOLAR

16 may

18:42 - Azərbaycanın neft ixrac etdiyi ölkələr - SİYAHI