Kremldən Ankaranın Qarabağ təklifinə REAKSİYA
09 noyabr, 2020 13:36
Türkiyə prezidenti Rəcəb Tayyip Ərdoğanın Qarabağ münaqişəsi ilə bağlı verdiyi təklifə Moskvadan reaksiya gəlib.
Azsiyasət.com Rusiya KİV-nə istinadən xəbər verir ki, Putinin mətbuat katibi Dmitri Peskov Moskva ilə Ankaranın Qarabağ üçün birgə işçi qrup yaratması barədə təklif aldıqlarını təsdiqləyib.
“Putinlə Ərdoğanın danışığı zamanı Qarabağ məsələsi müzakirə olunub”- deyə o əlavə edib.