"Moskva Qarabağ müharibəsinə qarışmayacaq" - Rusiya XİN

10 noyabr, 2020 00:39

Rusiya Dağlıq Qarabağ münaqişənin həllində daha fəal iştirak etməyi planlaşdırır, lakin ona müdaxilə etmək niyyətində deyil.

Azsiyasət.com xəbər verir ki, Rusiya Xarici İşlər Nazirliyinin spikeri Mariya Zaxarova bunu "Exo Moskvı"nın efirində deyib.

M.Zaxarova vurğulayıb ki, Rusiyaya görə Dağlıq Qarabağda münaqişənin güc yolu ilə həlli mövcud deyil - "burada mövqeyimiz Türkiyənin mövqeyindən fərqlənir".

Spiker qeyd edib ki, Moskva münaqişənin həlli üçün əlindəki bütün imkanlardan istifadə etmək niyyətindədir.