“Qarabağ müharibəsinə son qoymaq üçün bir bəyanat imzaladım” - Paşinyan təslim oldu

10 noyabr, 2020 02:15

Ermənistanın Baş naziri Nikol Paşinyan Dağlıq Qarabağda müharibənin dayandırılması sənədinə imza atdığını bildirib.

Azsiyasət.com xəbər verir ki, bu barədə o özünün feysbuk səhifəsində yazıb.

“Əziz həmvətənlər, bacılar və qardaşlar. Şəxsən özüm və hamımız üçün çox çətin bir qərar verdim.

Saat 01:00-dan etibarən Rusiya və Azərbaycan Prezidentləri ilə Qarabağ müharibəsinə son qoymaq üçün bir bəyanat imzaladım. Artıq yayımlanan bəyanatın mətni mənim üçün və xalqımız üçün inanılmaz dərəcədə ağrılıdır”, - deyə o qeyd edib.