"Bu sənədi imzalamağa məcbur idik" - Arayik Harutyunyan

10 noyabr, 2020 10:38

"Əgər döyüş əməliyyatları eyni tempdə davam etsəydi, bir neçə gün ərzində bütün Dağlıq Qarabağı itirmiş olardıq."

Azsiyasət.com xəbər verir ki, bu sözləri qondarama Dağlıq Qarabağ Respublikasının dırnaqarası lideri Arayik Arutyunyan qeyd edib.

O bildirib ki, noyabrın 7-də Şuşa şəhərini tamamilə itirdik:

"Biz geri çəkilməyə, bu sənədi imzalamağa məcbur idik. Tarixin bu qərara hansı qiymət verəcəyini bilmirəm, amma bunu zorla etdik".