“Can Azərbaycan meydanda və masada önəmli qalibiyyət əldə etdi” - Mövlud Çavuşoğlu
10 noyabr, 2020 10:41
Türkiyə Xarici İşlər naziri Mövlud Çavuşoğlu Azərbaycana qələbə qazanması münasibətilə təbrik ünvanlayıb.
“Twitter” hesabından paylaşdığı təbrikində türkiyəli nazir qeyd edib:
“Can Azərbaycan meydanda və masada əhəmiyyətli qalibiyyət əldə edib. Bu mübarək uğuru ürəkdən təbrik edirəm.
Azərbaycanlı qardaşlarımızla bir millət, bir ürək olmağa davam edəcəyik”.