Rus qoşunlarının Qarabağa girişindən narahat olmaq lazımdırmı? - Deputat şərh edir

11 noyabr, 2020 12:17

Sosial medianın Azərbaycan seqmentində bir həyəcan, narahatlıq, ajiotaj hökm sürür. Sosial şəbəkə istifadəçilərinin bir çoxu rus sülhməramlı qoşunlarının Qarabağa yerləşməsi ilə bağlı ümidsiz proqnozlar yazırlar. Onlara elə gəlir ki, yenə köhnə əyyamlardır, 1920-ci illər, 1990-cı illər təkrarlanır, onlara elə gəlir ki, Rusiya bizi tələyə salır, rus əsgəri əbədi bu ərazilərə nəzarət edəcək, nəticədə suverenliyimiz risklidir və sair.

Amma vətəndaşlarımız unudurlar ki, bölgədə təkcə rus yox, həm də türk sülhməramlıları keşik çəkəcəklər.

Prezident İlham Əliyev xalqa müraciətində vurğuladı ki, müqavilənin 5-ci bəndində bu məsələ öz əksini tapıb. Noyabrın 10-da, saat 18:00-da Türkiyə sülhməramlıları Qarabağa gəlməliydi. Ona görə də rahat olmaq gərəkdir və Ali Baş Komandana güvənmək lazımdır. Sadəcə, bəzi sosial şəbəkə fəallarında qorxu yaranıb ki, Rusiyanın istəyi elə bu prosesin yekununda qoşunlarını Qarabağa yerləşdirmək olub.

Hətta rus qoşunlarının Qarabağa yerləşməsini Xankəndi, Xocavənd, Ağdərə, Əsgərandakı erməniləri qorumaq kimi qiymətləndirənlər var. Müzakirələrin ən çox dartışılan hissəsi Xankəndi, Ağdərə, Xocalı, Əsgəran, Xocavənd rayonlarında Ermənistan silahlı qüvvələrinin və yerli özünümüdafiə qüvvələrinin tərk-silah olacağı məsələsidir.

Bu ərazilərdə ermənilərin silahlı birləşmələri, xarici muzdlular, terrorçular var. Onların tərk-silah olunması hansı prinsip və qrafiklə, razılaşma ilə həyata keçiriləcək?

Rusiya Federasiya Şurasının Beynəlxalq Əlaqələr Komitəsinin sədri Konstantin Kosaçevin sözlərinə görə, Qarabağda təmas xəttinə yalnız rusiyalı sülhməramlılar yerləşdiriləcək.

Ancaq Ankaranın masaya oturmasını nəzərdən qaçırmaq olmaz. Əksinə, Türkiyə-Rusiya ortaq əməkdaşlığının təmin olunması üçün yeni imkanlar yaranır, regionda münasibətlər daha da inkişaf edəcək.

Azsiyasət.com xəbər verir ki, deputat Vahid Əhmədov musavat.com-a a açıqlamasında da Rusiya sülhməramlılarının gəlişindən əndişələnənlərə səslənib: 

“Heç kim narahat olmasın. Əvvəla, Rusiya 90-cı illərdəkindən fərqli olaraq bu əməliyyatlar dönəmində səmimiyyətini və digər vasitəçi dövlətlərdən, Ermənistanın aşkar-gizli havadarlarından fərqli olaraq neytrallığını qorumaqla Azərbaycanın səmimi dostu olduğunu və bizimlə strateji müttəfiqlik münasibətlərində olmaq istəyini ortaya qoydu. Eyni zamanda bölgəyə azsaylı sülhyaradıcı rus kontingentinin gəlməsi heç bir halda Rusiyanın Azərbaycanda yenidən hərbi baza yaratması kimi qiymətləndirilməsin. Bu, sadəcə, Türkiyə hərbçiləri ilə birlikdə məhdud sayda sülhmərmalı hərbçilərin mövcudluğundan ibarət olacaq. Bir vacib məqamı da unutmayaq ki, bölgədəki sülhün qarantı təkcə Rusiya deyil, qardaş ölkəmiz Türkiyə də olacaq”.

23 oktyabr

18:42 - Maya dəyəri 5,7 manat olan mal əti 17 manata satılıb - Azərbaycanda heç kəs bazara nəzarət edə bilmir18:40 - Vuçiç məğlub oldu - Serbiyada ələbələr qalib gəldi18:38 - DİN və Baş Prokurorluq kafedəki qətllə bağlı məlumat yaydı

22 oktyabr

15:50 - Banklar kimlərə və niyə kredit vermir? - "Qara siyahı" ilə bağlı bilinməyənlər - ARAŞDIRMA15:47 - Ermənistan yeni Konstitusiya üçün növbədənkənar seçkiyə gedir15:45 - Paşinyan Azərbaycanla sülh sazişi üçün - Yeni tarix açıqladı15:31 - Şəhidin maaşı hələ də ailəsinə verilir - VİDEOMATERİAL

15 oktyabr

11:04 - Paşinyana sülh sazişini imzalamaq üçün vaxt verilib? 11:00 - Bakıdakı toplantının əhəmiyyəti nədir? 10:51 - Azərbaycanda bankların mənfəəti açıqlanıb

14 oktyabr

17:23 - Veysəloğlu Şirkətlər Qrupunun əməkdaşlarımızın övladları Prezident təqaüdünə layiq görülüblər

08 oktyabr

17:19 - Veysəloğlu MMC-nin Mərkəzi Sınaq Laboratoriyasının akkreditasiya sahəsi genişləndirilib - FOTOLAR

07 oktyabr

11:09 - "Neftin qiyməti 200 dollar olacaq" - "Financial Times"11:06 - Azad edilmiş ərazilərimizdə 32 kütləvi məzarlıq tapılıb11:05 - Azərbaycanı təhqir edən hesablar bağlanmalıdır

01 oktyabr

09:52 - Qondarma rejimin "televiziyası" bağlandı09:45 - Sumqayıtda 13 tibb işçisi bir gündə işdən çıxarılıb - Ölkədə ixtisar müəmması davam edir

29 sentyabr

19:07 - Döyüşdə iştirak edən hərbçilərə ikiqat ödəniş müddəası çıxarılır

27 sentyabr

17:24 - "Onun arvadını hamı tanıyır" - Zaxarova17:14 - Azərbaycana qarşı kampaniyaya qoşulan türkiyəli professor üzr istədi17:11 - ABŞ-nin daha bir məxfi silahı İranın əlinə keçdi17:09 - Husilərə görə Ər-Riyadda məktəblər bağlandı

21 sentyabr

13:05 - Veysəloğlu Şirkətlər Qrupu Qarabağda təhsilin inkişafına dəstək verəcək - FOTOLAR11:22 - Təhsildəki mafiya - Bu dəfə 3 milyonluq olimpiada biznesini araşdırdıq11:18 - Azərbaycana yük gətirib, yük aparan ölkələrin siyahısı

14 sentyabr

13:55 - Polşa da müharibəyə cəlb olunur? 13:43 - İranda minlərlə insan ölkənin müdafiəsinə qoşulur13:28 - İrəvan Azərbaycan qazından asılı qalacaq13:25 - Vüsal Şilderin qətli ilə bağlı məhkəmə başladı

09 sentyabr

11:21 - Avropanın yeni sağını kim formalaşdırır: Tramp, Bannon və İsrail detalı gündəmdə - "Milliyet"