İqor Korotçenko Azərbaycanın Qarabağda qalib gəlməsinin səbəbləri haqda danışdı

12 noyabr, 2020 00:04

Rusiyalı məşhur politoloq və hərbi ekspert İqor Korotçenko Azərbaycanın Dağlıq Qarabağ uğrunda Ermənistanla müharibədə qalib gəlməsinin səbəblərini izah edib.

Azsiyasət.com xəbər verir ki, bu barədə hərbi ekspert “Telegram” kanalında yazıb: 

“Azərbaycan nəyə görə Dağlıq Qarabağ uğrunda Ermənistanla müharibədə qalib gəldi:

1. Güclü və iradəli Prezident, Ali Baş Komandan İlham Əliyev.

2.  Effektiv hazırlıqlı, texniki cəhətdən təchiz edilmiş müasir ordu.

3. Azərbaycan əsgərlərinin və zabitlərinin ruh yüksəkliyi.

4. Müharibənin ədalətli xarakteri – işğal altındakı ərazilərin azad edilməsi.

5. Səriştəli hərbi planlaşdırma, döyüş əməliyyatlarının hərtərəfli işlənməsi.

6. Ordu və xalqın birliyi.

7. İnkişaf etmiş hərbi-sənaye kompleksi.

8. Güclü və çoxşaxəli iqtisadiyyat.

9. Ölkə üçün optimal siyasi hakimiyyət sistemi”, - deyə İ.Korotçenko qeyd edib.