“Ermənistan Azərbaycana 50 milyard təzminat ödəməli olacaq” - Ermənistanın keçmiş baş prokuroru

12 noyabr, 2020 17:56

Ermənistanın keçmiş baş prokuroru, həmçinin Ermənistanı Avropa İnsan Hüquqları Məhkəməsində təmsil etmiş Gevork Kostanyan 12 noyabrda açıqlama yayıb.

Azsiyasət.com News.am saytına istinadən bildirir ki, keçmiş baş prokuror deyib: 

“Biz bu razılaşma ilə təkcə əraziləri itirmədik, eyni zamanda Ermənistanın üzərinə 50 milyard dollarlıq öhdəlik qoyulur, bu pulları biz və gələcək nəsillərimiz Azərbaycana ödəməli olacaqlar.

Hələ iki il qabaq biz xəbərdar etmişdik ki, Azərbaycan Ermənistana qarşı iddia hazırlayır, orada Arsax və yeddi rayonda Azərbaycana vurulan maddi zərər əks olunacaq. Ancaq Azərbaycan həmin dövrdə iddianı hazırlamaqda çətinlik çəkirdi, çünki Ermənistanın caavbdehlik daşıdığı haqda yetərincə sübutları əldə edə bilmirdi. Onlar maddi zərəri hesablamaqda ixtisaslaşan beynəlxalq təşkilatı işə cəlb etmişdilər və Azərbaycana dəyən zərər 50 milyard dollar hesablanmışdı. Təzəlikcə Azərbaycan prezidenti bəyan etmişdi ki, həqiqətən Azərbaycan Ermənistana qarşı belə bir iddia hazırlayır. İndi Ermənistan son razılaşmaya imza atmaqla həmin ərazilərdəki istənilən dağıntılara cavabdeh olması öhdəliyini də üzərinə götürmüş oldu. Əgər biz savadlı, hüquqi bir cavab hazırlamasaq, bu maddi məsuliyyət Ermənistana çox baha başa gələcək. O qədər pulu nəinki biz, gələcək nəsillərimiz də ödəyib qurtara bilməyəcək”.

Bəyanatın sonunda erməni hüquqşünas Paşinyanı istefaya çağırır: “İlk növbədə, Nikol Paşinyan istefa versə, biz bu maddi məsuliyyətdən də yayına bilərik, çünki imzanı sənədə atan odur”.

23 oktyabr

18:42 - Maya dəyəri 5,7 manat olan mal əti 17 manata satılıb - Azərbaycanda heç kəs bazara nəzarət edə bilmir18:40 - Vuçiç məğlub oldu - Serbiyada ələbələr qalib gəldi18:38 - DİN və Baş Prokurorluq kafedəki qətllə bağlı məlumat yaydı

22 oktyabr

15:50 - Banklar kimlərə və niyə kredit vermir? - "Qara siyahı" ilə bağlı bilinməyənlər - ARAŞDIRMA15:47 - Ermənistan yeni Konstitusiya üçün növbədənkənar seçkiyə gedir15:45 - Paşinyan Azərbaycanla sülh sazişi üçün - Yeni tarix açıqladı15:31 - Şəhidin maaşı hələ də ailəsinə verilir - VİDEOMATERİAL

15 oktyabr

11:04 - Paşinyana sülh sazişini imzalamaq üçün vaxt verilib? 11:00 - Bakıdakı toplantının əhəmiyyəti nədir? 10:51 - Azərbaycanda bankların mənfəəti açıqlanıb

14 oktyabr

17:23 - Veysəloğlu Şirkətlər Qrupunun əməkdaşlarımızın övladları Prezident təqaüdünə layiq görülüblər

08 oktyabr

17:19 - Veysəloğlu MMC-nin Mərkəzi Sınaq Laboratoriyasının akkreditasiya sahəsi genişləndirilib - FOTOLAR

07 oktyabr

11:09 - "Neftin qiyməti 200 dollar olacaq" - "Financial Times"11:06 - Azad edilmiş ərazilərimizdə 32 kütləvi məzarlıq tapılıb11:05 - Azərbaycanı təhqir edən hesablar bağlanmalıdır

01 oktyabr

09:52 - Qondarma rejimin "televiziyası" bağlandı09:45 - Sumqayıtda 13 tibb işçisi bir gündə işdən çıxarılıb - Ölkədə ixtisar müəmması davam edir

29 sentyabr

19:07 - Döyüşdə iştirak edən hərbçilərə ikiqat ödəniş müddəası çıxarılır

27 sentyabr

17:24 - "Onun arvadını hamı tanıyır" - Zaxarova17:14 - Azərbaycana qarşı kampaniyaya qoşulan türkiyəli professor üzr istədi17:11 - ABŞ-nin daha bir məxfi silahı İranın əlinə keçdi17:09 - Husilərə görə Ər-Riyadda məktəblər bağlandı

21 sentyabr

13:05 - Veysəloğlu Şirkətlər Qrupu Qarabağda təhsilin inkişafına dəstək verəcək - FOTOLAR11:22 - Təhsildəki mafiya - Bu dəfə 3 milyonluq olimpiada biznesini araşdırdıq11:18 - Azərbaycana yük gətirib, yük aparan ölkələrin siyahısı

14 sentyabr

13:55 - Polşa da müharibəyə cəlb olunur? 13:43 - İranda minlərlə insan ölkənin müdafiəsinə qoşulur13:28 - İrəvan Azərbaycan qazından asılı qalacaq13:25 - Vüsal Şilderin qətli ilə bağlı məhkəmə başladı

09 sentyabr

11:21 - Avropanın yeni sağını kim formalaşdırır: Tramp, Bannon və İsrail detalı gündəmdə - "Milliyet"