Könül Nurullayeva Ermənistandan təzminat alınmasını istəmir - O, Prezidentin siyasətini sabotaj edir

13 noyabr, 2020 12:43

Azərbaycan Ordusunun sentyabr ayının 27-dən etibarən həyata keçirdiyi əks-hücum əməliyyatları nəticəsində Füzuli, Qubadlı, Cəbrayıl, Zəngilan, Şuşa işğaldan azad edildi. Cəmi 44 gün ərzində 4 qəsəbə və 300 kəndin işğaldan azad edilməsi Azərbaycanın parlaq qələbəsi idi. Dekabrın 1-nə qədər Kəlbəcər, Ağdam və Laçın da düşmənlərdən təmizlənir və heç bir qan tökülmədən bu rayonlarımızı da geri alacağıq. Noyabrın 10-da Ermənistan təslim oldu, Paşinyan hərbi kapitulyasiyaya imza atdı, o, Azərbaycan Prezidenti İlham Əliyevin bütün şərtlərini qəbul etdi. Qısası, artıq Qarabağ işğal altında deyil, Azərbaycan öz ərazi bütövlüyünü təmin edib.

Amma çox təəssüf ki, bəzi şəxslər 44 günlük müharibənin nəticələri barədə yersiz danışmaqla ciddi siyasi səhvlərə yol verirlər. Onlar təkcə siyasi səbatsızlıqlarını sübut etmirlər, həm də Ali Baş Komandanın BİRİNCİ ƏSGƏR kimi reallaşdırdığı yeni tarixi mərhələyə kölgə salmağa çalışırlar, Dövlət başçısının tarixi addımlarını sabotaj etməyə cəhd göstərirlər.

Məsələn, Milli Məclisin deputatı Könül Nurullayevanın Türkiyə kanalına verdiyi müsahibə zamanı səsləndirdiyi fikirlər milli maraqlarımıza tamamilə ziddir. Diqqət edək:

- Aparıcı belə bir sual verir: "Azərbaycan Ermənistandan təzminat tələb edə bilərmi?"

- Deputat Könül Nurullayev sualı belə cavablandırır: “Azərbaycan istədiyinə nail oldu, torpaqlarını azad etdi. Ermənistanın iqtisadiyyatı çöküb, xarici borcu artıb, əhalinin sosial təminatı sahəsində fəlakətli durum yaranıb. Belə bir vəziyyətdə Azərbaycanın təzminat istəyi o qədər də önəmli deyil”.

Noyabrın 11-də Müzəffər Ali Baş Komandan İlham Əliyev 1 saylı Kliniki Tibbi Mərkəzdə müalicə olunan hərbçilərlə görüşündə dedi:

SİTAT: “İşğaldan azad edilmiş ərazilərimizin demək olar ki, 99 faizində bütün binalar dağıdılıbdır - yaşayış binaları, məktəblər, xəstəxanalar, ictimai binalar, tarixi abidələr, əcdadlarımızın qəbirləri, məscidlərimiz. İndi biz bu görüntüləri yayırıq, mətbuatda hər kəs bunu görə bilər. Bu, vəhşilikdir, vandallıqdır, bu, hərbi cinayətdir”.

SİTAT: “Düşmən hərbi cinayət törədib və artıq göstəriş verilib ki, dəymiş ziyanın hesablanması, onun uçotu təmin edilsin. Artıq qruplar səfərbər edilib, beynəlxalq ekspertlər dəvət ediləcək. Beynəlxalq ekspertlərin iştirakı ilə bütün dağıntıların maddi və mənəvi ziyanı hesablanacaq və biz - həm insanlar fərdi qaydada, eyni zamanda, mütəşəkkil qaydada düşməni beynəlxalq məhkəmələrə verəcəyik, ONLAR TƏZMİNAT ÖDƏYƏCƏKLƏR, öz çirkin əməllərinə cavab verəcəklər və cavab verirlər”.

Sual yaranır: Könül Nurullayeva əldə etdiyimiz müsbət nəticələri niyə sıfırlamaq istəyir? O, Prezidentin çıxışlarına qulaq asmırmı? Yox, əgər ölkənin Ali Baş Komandanın çıxışlarına qulaq asmayan şəxs Milli Məclisdə niyə oturur? K.Nurullayeva Ermənistanın təzminatdan xilas olmasını nə üçün istəyir? Tamamilə borclanan, iqtisadiyyatı çökən Ermənistanı təzminatdan xilas etmək istəyi Könül xanımın nəyinə lazımdır? Bu, təkcə siyasi savadsızlqıdır, yoxsa nə!? Adamın təzminatdan anlayışı yoxdursa, lap ayıb! Nədir, gedib indi Ermənistan iqtisadiyyatını dirçəldək, erməni əhalisini fəlakətli durumdan çıxaraq!? Siz kimsinz ki, dövlətin həll etməli olduğu məsələyə "önəmli deyil" deyə cavab verirsiniz. Suallar çoxdur. Amma bir vacib məqamı da xatırladaq.

Ermənistanın keçmiş baş prokuroru, həmçinin Ermənistanı Avropa İnsan Hüquqları Məhkəməsində təmsil etmiş Gevork Kostanyan 12 noyabrda belə bir açıqlama yaydı:

“Biz bu razılaşma ilə təkcə əraziləri itirmədik, eyni zamanda Ermənistanın üzərinə 50 milyard dollarlıq öhdəlik qoyulur, bu pulları biz və gələcək nəsillərimiz Azərbaycana ödəməli olacaqlar. İndi Ermənistan son razılaşmaya imza atmaqla həmin ərazilərdəki istənilən dağıntılara cavabdeh olması öhdəliyini də üzərinə götürmüş oldu. Əgər biz savadlı, hüquqi bir cavab hazırlamasaq, bu maddi məsuliyyət Ermənistana çox baha başa gələcək. O qədər pulu nəinki biz, gələcək nəsillərimiz də ödəyib qurtara bilməyəcək”.

Deputat K.Nurullayeva ermənilərin belə etiraf etdiyi həqiqətləri niyə gizlətməyə çalışır? Amma qısa xatırlatmalar edək:

1. Zəngəzur, İrəvan, Göyçə hələ də ermənilərin işğalı altındadır. Ermənilərin üzrəinə qoyulan təzmnat onların uzun illər boyu bizə qarşı yenidən Qarabağa olan ərazi iddilarının tamamilə tarixə gömülməsi deməkdir.

2. Müharibə aparmaq, müharibədə iştirak etmək hansısa yolla deputat seçilmək qədər asan məsələ deyil.

3. Bütün müharibələrdə məğlub tərəf təzminat ödəməyə məhkum edilib. Bu, ən vacib və zəruri addımlardan biridir.

4. Ermənilər bizim məcburi köçkünlərin evlərini dağıtdılar, tarixi abidələrimiz məhv etdilər, məscidlərimiz tövləyə çevrildi, meşələrimiz yandırıldı, sərvətlərimizin bir hissəsini taladılar.  Könül xanım, bütün bu ziyanı kim ödəməlidir?

P.S. Müharibə bir həqiqəti də ortaya çıxardı: K.Nurullayeva kimi deputat ölkənin taleyüklü məsələlərinin həll olunduğu situasiyalara hazırlıqlı şəxslərdən deyil. Belələri sabah öz naşılıqları ucbatından istənilən sənədə də imza ata, millətin taleyi ilə oynaya bilərlər. Odur ki, bu adamı Milli Məclisə zəmanət götürüb təyin etdirən şəxslər düşünsünlər. Vidalaşın belə deputatlarla... Qarşıda hələ bizi ağır və məsuliyyətli dövr gözləyir... Ali Baş Komandanın ətrafında sağlam və güclü şəkildə birləşmək lazımdır.  Bütün savadsız sabotajçılara “YOX” deyirik!!!

Samir FEYRUZOV

25 iyun

19:16 - "ABŞ memorandumun iki bəndini pozub" - İran

19 iyun

11:29 - "Veysəloğlu" nümayəndə heyəti "Şölen"in Qaziantepdəki yeni zavodunun açılışında iştirak edib

16 iyun

17:17 - Veysəloğlu Şirkətlər Qrupu "Süni Zəka Dövründə Liderlik" mövzusunda forum keçirib - FOTOLAR

12 iyun

14:14 - Veysəloğlu Şirkətlər Qrupu AYİB-in 35-ci İllik Toplantısı və Biznes Forumunda təmsil olunub - FOTO

06 iyun

19:24 - "Ermənistan Rusiyasız mövcud ola bilməz" - Samvel Ayvazyan19:20 - "Azərbaycanda sülh sazişi imazalanmalı, Türkiyə ilə sərhəd açılmalıdır"19:17 - Azərbaycanda bank rəhbərləri nə qədər qazanır: İllik 20 milyonu keçir - SİYAHI19:15 - Paşinyanın partiyası seçkilərdə qalib gəldi

30 may

13:27 - Neft bazarında kəskin eniş - Bakı neftinin qiyməti belə dəyişdi13:23 - İranın Trampdan tələb etdiyi şərt..13:20 - Rusiyanın Ermənistandakı səfiri Moskvaya çağırıldı

18 may

19:12 - "Araz" supermarketlər şəbəkəsi yeni nəsil Tədarükçü Əməkdaşlıq Platformasını təqdim edib - FOTOLAR

16 may

18:42 - Azərbaycanın neft ixrac etdiyi ölkələr - SİYAHI18:37 - Avropa texnologiyaları gizli yollarla Rusiyaya ötürülüb?18:31 - Prezident WUF13-də çıxış edir - VİDEO/FOTOLAR

12 may

14:15 - "Azərbaycanla zəifləyən mədəni əlaqələri yenidən canlandırmağın vaxtıdır" - Rusiya XİN14:13 - Anklavlarla bağlı bir neçə variant nəzərdən keçirilir14:12 - Azərbaycan iqtisadiyyatı cüzi böyüdü14:10 - Veysəloğlu Şirkətlər Qrupunun rəhbər heyəti Fəxri xiyabanda Ümummilli Liderin xatirəsini anıb - FOTOLAR

28 aprel

15:04 - Ölkə başçısı Bəxtiyar Allahverdini "Tərəqqi" medalı ilə təltif edib14:56 - Prezidentdən 5 dövlət qurumuna tapşırıq - SİYAHI14:54 - Ermənistan bu kəndi Gürcüstana verib?14:47 - Zelenski İsraili sanksiyalarla hədələyib14:28 - "Senior Talks" layihəsinin davamı: Aydın Veysəloğlu ADA tələbələri ilə yenidən görüşdü - FOTOLAR

27 aprel

13:10 - İranın gizli gücü - Rusiya sabitliyin əsas səbəbini açıqladı13:05 - Pakistan və İrandan mühüm iqtisadi addım - Yeni tranzit dəhlizi açıldı13:01 - Azərbaycanla sərhədin delimitasiyası tezliklə davam etdiriləcək - Paşinyan

13 aprel

12:22 - Azərbaycana gəlmiş ermənilərlə görüşdən nə əldə edildi? 12:18 - 300 milyonluq uyğunsuzluq12:12 - Paşinyan və Qarabağ ermənisinin söhbəti - "Belə də davam edin"