Ermənilər unitazları da söküb apardılar

13 noyabr, 2020 13:17

Noyabrın 15-nə kimi Kəlbəcəri tərk etməli olan ermənilər köçərkən aparılması mümkün olan hər şeyi özləri ilə götürürlər.

Azsiyasət.com xəbər verir ki, bunu “BBC”nin hazırladığı reportajda da görmək mümkündür. Belə ki, videoreportajda düşmənin pəncərə çərçivələrini, unitazları belə apardığı görünür.

Materialda ermənilər həmçinin yaşadıqları evlərdə azərbaycanlıların yaşamaması üçün yanğınlar törətdiklərini etiraf ediblər.