Erməni diversiya qrupları Qarabağdan çıxmaq istəmir - Sülhməramlılara müqavimət göstərirlər

16 noyabr, 2020 12:05

10 noyabr bəyanatına uyğun olaraq Kəlbəcərin Azərbaycana təhvil verilməsi üçün nəzərdə tutulan müddət 15 noyabrdan 25 noyabradək uzadılıb.

Bunun səbəbi barədə rəsmi açıqlama verildi ki, 5 gün ərzində Ermənistanın hərbi birləşmələrinin çıxarılması relyef, hava şəraiti, köçürülmə üçün cəmi bir yol olması, habelə Ağdamdakı hissələrin də eyni marşrutla danışması səbəbindən mümkün olmayıb.

Ermənistanın müraciəti əsasında Rusiya Prezidenti Vladimir Putin Azərbaycandan Kəlbəcərin qaytarılması üçün müddətin əlavə 10 gün uzadılması üçün xahiş edib.

Təbii ki, Azərbaycan diplomatik etikanı, himanizm prinsiplərini daim gözləyir, bütün ərazilərin qaytarılması üçün yekun tarixin 1 dekabr olmasını da nəzərə alaraq, Putinin xahişini qəbul edib. 

Şübhəsiz, məlum müqavilə imzalananda Paşinyan öhdəlik götürüb ki, Kəlbəcəri 5 günə təhvil verəcəklər. Yoxsa ölçü-biçisiz bu qərar imzalanmazdı.

Elə isə suallar da yaranır ki, Kəlbəcərdə yubanmada süni əngəllər ola bilərmi.

Bununla bağlı ilkin təhlillər, proqnozlar vardı, hələlik rəsmi təsdiqi olmayan informasiyalar da gəlməyə başlayıb: Artıq Rusiyanın teleqram kanalları da yazır ki, bəzi başıpozuq erməni hərbi birləşmələri 3 rayonu tərk etməmək üçün sülhməramlılara müqavimət göstərməyə başlayıblar, hətta onlara atəş açdıqları da iddia olunur.

İddialara görə, Kəlbəcər və Laçın meşələrində, qismən Ağdamda xeyli başıpozuq erməni diversiya qrupları gizlənir. Onlar Paşinyana, Ermənistanın mərkəzi hərbi komandanlığına tabe olmayacaqlarını deyirlər. Özlərini terrorçu kimi aparan bu lokal qruplar elə zənn edirlər ki, bu əməlləri ilə Azərbaycanı təxribata çəkə biləcəklər.

Ancaq anlamırlar ki, qarşılarındakı Rusiya sülhməramlısıdır və altında Azərbaycan Prezidenti İlham Əliyevin və Putinin imzası olan sənədin icrasından imtina heç cür mümkün deyil.

Lakin hələlik onlar hesab edir ki, bu davranışları ilə Ermənistanı daha da çıxılmaz duruma salırlar, ən azı Paşinyanı istefaya göndərə bilərlər. Məsələ ondadır ki, bu dəstələr Paşinyandan qisasçı olan siyasi qüvvələrdən təlimat alır...

Özlərinə "Smertnik" adı verən bəzi dəstələrin hətta 2-3 keşişi də yanlarına alaraq, Kəlbəcərdə kilsəyə girdikləri, "burada öləcəyik" kimi şüarlarla sülhməramlılara müaqavimət göstərdiklərini də bəzi rus və erməni mənbələri yaymaqdadır.

Proqnoz həm də budur ki, məlum durumda çıxılmaz vəziyyətə düşən Paşinyan "onlar məni eşitmir, tabe olmur" kimi yazıq görkəmdə Putindən kömək istəyib və nəticədə bu təxribatçı dəstələrin Qarabağdan qovulması üçün əlavə vaxt lazım olub.

Belə görünür ki, bu işin də məsuliyyətini Rusiya üzərinə götürməyə məcbur qalıb.

Bu baxımdan ehtimal olunur ki, 10 gün əlavə möhlət həm də o başıpozuq dəstələrin Kəlbəcərdən çıxarılmasını təmin etmək üçün nəzərdə tutula bilər...

23 oktyabr

18:42 - Maya dəyəri 5,7 manat olan mal əti 17 manata satılıb - Azərbaycanda heç kəs bazara nəzarət edə bilmir18:40 - Vuçiç məğlub oldu - Serbiyada ələbələr qalib gəldi18:38 - DİN və Baş Prokurorluq kafedəki qətllə bağlı məlumat yaydı

22 oktyabr

15:50 - Banklar kimlərə və niyə kredit vermir? - "Qara siyahı" ilə bağlı bilinməyənlər - ARAŞDIRMA15:47 - Ermənistan yeni Konstitusiya üçün növbədənkənar seçkiyə gedir15:45 - Paşinyan Azərbaycanla sülh sazişi üçün - Yeni tarix açıqladı15:31 - Şəhidin maaşı hələ də ailəsinə verilir - VİDEOMATERİAL

15 oktyabr

11:04 - Paşinyana sülh sazişini imzalamaq üçün vaxt verilib? 11:00 - Bakıdakı toplantının əhəmiyyəti nədir? 10:51 - Azərbaycanda bankların mənfəəti açıqlanıb

14 oktyabr

17:23 - Veysəloğlu Şirkətlər Qrupunun əməkdaşlarımızın övladları Prezident təqaüdünə layiq görülüblər

08 oktyabr

17:19 - Veysəloğlu MMC-nin Mərkəzi Sınaq Laboratoriyasının akkreditasiya sahəsi genişləndirilib - FOTOLAR

07 oktyabr

11:09 - "Neftin qiyməti 200 dollar olacaq" - "Financial Times"11:06 - Azad edilmiş ərazilərimizdə 32 kütləvi məzarlıq tapılıb11:05 - Azərbaycanı təhqir edən hesablar bağlanmalıdır

01 oktyabr

09:52 - Qondarma rejimin "televiziyası" bağlandı09:45 - Sumqayıtda 13 tibb işçisi bir gündə işdən çıxarılıb - Ölkədə ixtisar müəmması davam edir

29 sentyabr

19:07 - Döyüşdə iştirak edən hərbçilərə ikiqat ödəniş müddəası çıxarılır

27 sentyabr

17:24 - "Onun arvadını hamı tanıyır" - Zaxarova17:14 - Azərbaycana qarşı kampaniyaya qoşulan türkiyəli professor üzr istədi17:11 - ABŞ-nin daha bir məxfi silahı İranın əlinə keçdi17:09 - Husilərə görə Ər-Riyadda məktəblər bağlandı

21 sentyabr

13:05 - Veysəloğlu Şirkətlər Qrupu Qarabağda təhsilin inkişafına dəstək verəcək - FOTOLAR11:22 - Təhsildəki mafiya - Bu dəfə 3 milyonluq olimpiada biznesini araşdırdıq11:18 - Azərbaycana yük gətirib, yük aparan ölkələrin siyahısı

14 sentyabr

13:55 - Polşa da müharibəyə cəlb olunur? 13:43 - İranda minlərlə insan ölkənin müdafiəsinə qoşulur13:28 - İrəvan Azərbaycan qazından asılı qalacaq13:25 - Vüsal Şilderin qətli ilə bağlı məhkəmə başladı

09 sentyabr

11:21 - Avropanın yeni sağını kim formalaşdırır: Tramp, Bannon və İsrail detalı gündəmdə - "Milliyet"