"Ölkəmin etibarı puç oldu, Azərbaycanla münasibətlər tamamilə korlandı" - Serbiyanın sabiq Prezidenti

22 iyul, 2020 15:15

"Son illərdə təhlükəsizlik sahəsində hərtərəfli təcrübəni nəzərə alaraq, mən öz ölkəmdə silah ixracına nəzarətin kifayət qədər olmaması ilə bağlı bütün riskləri, eləcə də Serbiyada adları qara siyahıya salınmış silah alverçilərinə məxsus özəl şirkətlərin fəaliyyətini bərpa etməsi faktını açıq şəkildə bəyan etmişəm".

Bu fikirlər Serbiyanın sabiq Prezidenti, Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin Qəyyumlar Şurasının üzvü Boris Tadiçin məktubunda əksini tapıb.

Sabiq Prezident bildirib ki, o, hakimiyyətdə olduğu dövrdə həmin şəxslər silah ticarəti ilə məşğul olmağa icazə ala bilməyiblər.

“Təəssüf ki, mənim açıq müraciətlərim Serbiyanın hazırkı rəhbərliyi tərəfindən nəzərə alınmayıb və bunun nəticəsində mənim ölkəmin beynəlxalq etibarı puç olub. Daha pisi isə odur ki, bu məsələyə görə bizim Azərbaycanla münasibətlərimiz ağlasığmaz dərəcədə və tamamilə korlanıb. İyirmi ildən çoxdur Azərbaycanla Serbiya arasında ən sıx səmimi və strateji münasibətlərin qurulmasından, beynəlxalq təşkilatlarda hər iki ölkənin ərazi bütövlüyünün, habelə beynəlxalq hüququn əsas prinsiplərinin müdafiəsinə qarşılıqlı dəstək verildikdən, müstəsna iqtisadi əməkdaşlıqdan, infrastruktur obyektlərinin inşasından və mədəni mübadilələrdən sonra dost Azərbaycanın əleyhinə hərbi əməliyyatda istifadə edilən silahların Serbiyadan nəzarətsiz ixracına görə xalqlarımızın və ölkələrimizin səyləri üzərinə nəhəng kölgələr salınıb. Mən hadisələrin bu cür cərəyan etməsinə görə öz dərin təəssüf hissimi ifadə etməliyəm. İlk növbədə ona görə ki, hakimiyyətdə olduğum dövrdə mən öz dostum, Prezident İlham Əliyevlə birlikdə iki ölkə arasında strateji tərəfdaşlığın təşəbbüskarı olmuşam. Həmin dövrdə beynəlxalq təhlükəsizlik və iqtisadiyyat sahəsində çox mürəkkəb şərait mövcud idi, habelə Azərbaycana və Serbiyaya zərbə vurmağa sövq edən əhəmiyyətli amillər var idi.

Mən bu məktub vasitəsilə bir daha son vəziyyət barəsində təəssüfləndiyimi ifadə edirəm. Serbiyanın sabiq Prezidenti və Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin Qəyyumlar Şurasının üzvü kimi mən ölkələrimiz arasındakı münasibətlərin yenidən strateji tərəfdaşlıq səviyyəsinə qaytarılması üçün əlimdən gələni əsirgəməməyə hazıram.

İki ölkə arasındakı dostluq toxunulmaz olaraq qalmalıdır”, - deyə məktubda qeyd olunub.

Xatırladaq ki, Boris Tadiç ölkəsinin 3-cü Prezidenti olub. O, Serbiyaya 2004-cü ilin 11 iyulundan 2012-ci ilin 5 aprelinə qədər rəhbərlik edib.  (virtualaz)

23 oktyabr

18:42 - Maya dəyəri 5,7 manat olan mal əti 17 manata satılıb - Azərbaycanda heç kəs bazara nəzarət edə bilmir18:40 - Vuçiç məğlub oldu - Serbiyada ələbələr qalib gəldi18:38 - DİN və Baş Prokurorluq kafedəki qətllə bağlı məlumat yaydı

22 oktyabr

15:50 - Banklar kimlərə və niyə kredit vermir? - "Qara siyahı" ilə bağlı bilinməyənlər - ARAŞDIRMA15:47 - Ermənistan yeni Konstitusiya üçün növbədənkənar seçkiyə gedir15:45 - Paşinyan Azərbaycanla sülh sazişi üçün - Yeni tarix açıqladı15:31 - Şəhidin maaşı hələ də ailəsinə verilir - VİDEOMATERİAL

15 oktyabr

11:04 - Paşinyana sülh sazişini imzalamaq üçün vaxt verilib? 11:00 - Bakıdakı toplantının əhəmiyyəti nədir? 10:51 - Azərbaycanda bankların mənfəəti açıqlanıb

14 oktyabr

17:23 - Veysəloğlu Şirkətlər Qrupunun əməkdaşlarımızın övladları Prezident təqaüdünə layiq görülüblər

08 oktyabr

17:19 - Veysəloğlu MMC-nin Mərkəzi Sınaq Laboratoriyasının akkreditasiya sahəsi genişləndirilib - FOTOLAR

07 oktyabr

11:09 - "Neftin qiyməti 200 dollar olacaq" - "Financial Times"11:06 - Azad edilmiş ərazilərimizdə 32 kütləvi məzarlıq tapılıb11:05 - Azərbaycanı təhqir edən hesablar bağlanmalıdır

01 oktyabr

09:52 - Qondarma rejimin "televiziyası" bağlandı09:45 - Sumqayıtda 13 tibb işçisi bir gündə işdən çıxarılıb - Ölkədə ixtisar müəmması davam edir

29 sentyabr

19:07 - Döyüşdə iştirak edən hərbçilərə ikiqat ödəniş müddəası çıxarılır

27 sentyabr

17:24 - "Onun arvadını hamı tanıyır" - Zaxarova17:14 - Azərbaycana qarşı kampaniyaya qoşulan türkiyəli professor üzr istədi17:11 - ABŞ-nin daha bir məxfi silahı İranın əlinə keçdi17:09 - Husilərə görə Ər-Riyadda məktəblər bağlandı

21 sentyabr

13:05 - Veysəloğlu Şirkətlər Qrupu Qarabağda təhsilin inkişafına dəstək verəcək - FOTOLAR11:22 - Təhsildəki mafiya - Bu dəfə 3 milyonluq olimpiada biznesini araşdırdıq11:18 - Azərbaycana yük gətirib, yük aparan ölkələrin siyahısı

14 sentyabr

13:55 - Polşa da müharibəyə cəlb olunur? 13:43 - İranda minlərlə insan ölkənin müdafiəsinə qoşulur13:28 - İrəvan Azərbaycan qazından asılı qalacaq13:25 - Vüsal Şilderin qətli ilə bağlı məhkəmə başladı

09 sentyabr

11:21 - Avropanın yeni sağını kim formalaşdırır: Tramp, Bannon və İsrail detalı gündəmdə - "Milliyet"