"Qarabağ həmişə Azərbaycanın ayrılmaz hissəsi olub" - Putin

17 noyabr, 2020 23:03

"Beynəlxalq hüquqa görə, Qarabağ həmişə Azərbaycanın ayrılmaz hissəsi olub".

Azsiyasət.com xəbər verir ki, bunu "Rossiya-24" telekanalına müsahibəsində Rusiya Prezidenti Vladimir Putin deyib.

Putin bildirib ki, Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatı bu münaqişəyə müdaxilə edə bilməzdi: "Ermənistana heç kim təcavüz etməyib".

Rusiya Prezidenti onu da bildirib ki, Ermənistanın Qarabağla bağlı hazırkı razılaşmadan imtina etməsi ölkə üçün intihar olardı.