Azərbaycan müxalifəti Putinin son müsahibəsi barədə...

19 noyabr, 2020 00:15

Respublikaçı Alternativ-ReAL Partiyasının sədri İlqar Məmmədov hesab edir ki, hazırki həssas məqamda Rusiya prezidentinin müsahibəsində ifadə olunan münasibətlərin dərinliyinə getməyin faydası olmaya bilər.

“Rusiya prezidentinin dedikləri ərazidə 1 dekabr daxil olmaqla nələrin baş verəcəyi kontekstində qiymətləndirilə bilər. Yəni, sadəcə, sözlərə qiymət vermək düzgün olmaz. Ona görə bu ərazidə, yəni Ağdam, Laçın, Kəlbəcərdə 1 dekabra qədər baş verənlərin tamamlanmasını görəndən sonra biz onun sözlərinə qiymət verə bilərik. Mən bütövlükdə belə düşünürəm. Bunun da səbəbi odur ki, bu saat danışıqların, münasibətlərin ən həssas məqamıdır. Hər bir söz bu danışıqlara mənfi təsir göstərə bilər və ya kontekstdən çıxarıla bilər. Qrafik var, Ağdam, Kəlbəcər, Laçın. Bunlar baş verəndən sonra biz Putinin dediklərinə ətraflı münasibət bildirə bilərik”,- o qeyd edib.

Müsavat Partiyasının başqanı Arif Hacılı hesab edir ki, Vladimir Putin müsahibəsində bəzi həqiqətləri dilə gətirib və Azərbaycan Ordusunun qələbəsindən danışıb.

“Ancaq Rusiyanın bu münaqişədə rolu ilə bağlı dedikləri bir qədər həqiqəti əks etdirmədi. Müharibə Rusiya sülhməramlılarının müdaxiləsi ilə deyil, Ermənistanın müharibəni davam etdirə bilməməsi səbəbindən dayandırıldı. Ermənistan Ordusu darmadağın edilmişdi. Başqa məsələ, Dağlıq Qarabağdakı erməni əhalisi ilə bağlı onun narahatlığı ilə əlaqədardır. Əslində hazırda Dağlıq Qarabağdan kənarda otuz minədək, o cümlədən Bakıda on mindən çox erməni millətindən olan Azərbaycan vətəndaşları yaşayır. Onların hər hansı təhlükəsizlik problemi yoxdur. Azərbaycan bütün ərazisində, o cümlədən Yuxarı Qarabağda yaşayan xalqların, həmçinin ermənilərin təhlükəsizliyini və vicdan azadlığını təmin etməyə qadir bir dövlətdir. Bunun üçün Azərbaycanın hər hansı bir dövlətin dəstəyinə, xüsusilə hərbi dəstəyinə ehtiyacı yoxdur”.

Müsavat başqanı hesab edir ki, Rusiya prezidenti Dağlıq Qarabağın statusu məsələsindən dövlətinin Qafqazda mövcudluğunu möhkəmləndirmək üçün istifadə edir. “Əslində, Dağlqı Qarabağda və ölkənin bütün ərazisində yaşayan insanların statusu bəllidir, Azərbaycan vətəndaşlarıdır”, - Müsavat başqanı qeyd edib.

Turan

23 oktyabr

18:42 - Maya dəyəri 5,7 manat olan mal əti 17 manata satılıb - Azərbaycanda heç kəs bazara nəzarət edə bilmir18:40 - Vuçiç məğlub oldu - Serbiyada ələbələr qalib gəldi18:38 - DİN və Baş Prokurorluq kafedəki qətllə bağlı məlumat yaydı

22 oktyabr

15:50 - Banklar kimlərə və niyə kredit vermir? - "Qara siyahı" ilə bağlı bilinməyənlər - ARAŞDIRMA15:47 - Ermənistan yeni Konstitusiya üçün növbədənkənar seçkiyə gedir15:45 - Paşinyan Azərbaycanla sülh sazişi üçün - Yeni tarix açıqladı15:31 - Şəhidin maaşı hələ də ailəsinə verilir - VİDEOMATERİAL

15 oktyabr

11:04 - Paşinyana sülh sazişini imzalamaq üçün vaxt verilib? 11:00 - Bakıdakı toplantının əhəmiyyəti nədir? 10:51 - Azərbaycanda bankların mənfəəti açıqlanıb

14 oktyabr

17:23 - Veysəloğlu Şirkətlər Qrupunun əməkdaşlarımızın övladları Prezident təqaüdünə layiq görülüblər

08 oktyabr

17:19 - Veysəloğlu MMC-nin Mərkəzi Sınaq Laboratoriyasının akkreditasiya sahəsi genişləndirilib - FOTOLAR

07 oktyabr

11:09 - "Neftin qiyməti 200 dollar olacaq" - "Financial Times"11:06 - Azad edilmiş ərazilərimizdə 32 kütləvi məzarlıq tapılıb11:05 - Azərbaycanı təhqir edən hesablar bağlanmalıdır

01 oktyabr

09:52 - Qondarma rejimin "televiziyası" bağlandı09:45 - Sumqayıtda 13 tibb işçisi bir gündə işdən çıxarılıb - Ölkədə ixtisar müəmması davam edir

29 sentyabr

19:07 - Döyüşdə iştirak edən hərbçilərə ikiqat ödəniş müddəası çıxarılır

27 sentyabr

17:24 - "Onun arvadını hamı tanıyır" - Zaxarova17:14 - Azərbaycana qarşı kampaniyaya qoşulan türkiyəli professor üzr istədi17:11 - ABŞ-nin daha bir məxfi silahı İranın əlinə keçdi17:09 - Husilərə görə Ər-Riyadda məktəblər bağlandı

21 sentyabr

13:05 - Veysəloğlu Şirkətlər Qrupu Qarabağda təhsilin inkişafına dəstək verəcək - FOTOLAR11:22 - Təhsildəki mafiya - Bu dəfə 3 milyonluq olimpiada biznesini araşdırdıq11:18 - Azərbaycana yük gətirib, yük aparan ölkələrin siyahısı

14 sentyabr

13:55 - Polşa da müharibəyə cəlb olunur? 13:43 - İranda minlərlə insan ölkənin müdafiəsinə qoşulur13:28 - İrəvan Azərbaycan qazından asılı qalacaq13:25 - Vüsal Şilderin qətli ilə bağlı məhkəmə başladı

09 sentyabr

11:21 - Avropanın yeni sağını kim formalaşdırır: Tramp, Bannon və İsrail detalı gündəmdə - "Milliyet"