“Xankəndi, Ağdərə, Xocavənd və faktiki olaraq Ermənistanın nəzarətində qalan digər bölgələrə...” - Brayzadan sensasion MÜSAHİBƏ

19 noyabr, 2020 20:29

ATƏT-in Minsk Qrupunun keçmiş həmsədri, ABŞ-ın ölkəmizdəki sabiq səfiri Metyu Brayza teleqraf.com-un suallarını cavablandırıb.

Azsiyasət.com müsahibəni təqdim edir:

- Azərbaycan, Rusiya və Ermənistan liderləri tərəfindən imzalanan bəyanatı necə şərh edirsiniz?

- 10 noyabr razılaşması Azərbaycanın tarixində böyük diplomatik nailiyyətdir. Ölkələr hərbçiləri öldürmək və ya hərbi texnikanı məhv etmək üçün müharibə etmir. Onlar siyasi məqsədlərə nail olmaq üçün hərbi əməliyyatlar aparır. Yeni razılaşma Azərbaycanı əvvəldən də razı olduğu tam siyasi hədəflərlə təmin etdi. 2009-cu ildə bu əsas prinsiplərlə Nikol Paşinyanın sələfi Serj Sərkisyan qeyri-rəsmi olaraq razılıq ifadə etmişdi, Paşinyan isə bunları qəbul etməyərək həll prosesindən qaçındı. Hələ 11 il əvvəl Prezident İlham Əliyev başa düşürdü ki, Dağlıq Qarabağ münaqişəsi ilə əlaqədar yeni razılaşmada göstərilən siyasi həll Azərbaycan üçün böyük bir qələbədir.

Biz anlayırıq ki, ordunun Xankəndi, Ağdərə, Xocavənd və faktiki olaraq Ermənistanın nəzarətində qalan digər bölgələrə qədər irəliləyib sonra razılaşma əldə olunması Azərbaycanda bəzi insanlarda narahatlığa səbəb oldu. Amma döyüşlər davam etsəydi, bu, son dərəcə ağır bir əməliyyat olardı. Buna səbəb ilkin olaraq savaşın Xankəndidən sonra çox çətin olması və hər iki tərəfdən itkiyə səbəb olacağı idi. Eyni zamanda yeni razılaşma ilə Azərbaycan onsuz da öz siyasi məqsədlərinə çatıb. Bu halda hər iki tərəf də niyə başqa hərbi və ya mülki itkilər vermək istəsin? Ən əsası Şuşanın işğaldan azad olunması həlledici məqam idi. İnsanlar müharibəni saxlamaqla Azərbaycanın tarixində ən böyük diplomatik qələbənin əldə edilməsinin səhv olduğunu düşünürdülərsə, onda niyə onlar özləri ön cəbhədə iştirak etmirdilər? Şuşa uğrunda gedən döyüşlər çox ağır idi. Hərbçilər əlbəyaxa, bıçaqlarla ölümcül vəziyyətdə döyüşürdülər. Həm də buna görə müharibəni Azərbaycanın şərtləri ilə bitirməklə Prezident Əliyev gələcək itkilərin qarşısını aldı.

- Artıq prosesə aktiv olaraq Rusiya və Türkiyə qoşulub. Sizcə ATƏT-in Minsk Qrupunun missiyasını bitmiş hesab etmək olarmı?

- Azərbaycan və Ermənistanın arasında beynəlxalq sərhəddə yaranan hərbi toqquşmalardan sonra Rusiya və Türkiyə bu ilin yanvarında hərəkətə keçdi. O vaxt ABŞ və Fransa gərginliyi azaltmaq və danışıqlar masasına qayıtmaq üçün heç bir addım atmırdı. Rusiyanın isə aktiv olaraq Ermənistan ilə hərbi təlimlər keçirməsi Türkiyənin indiyə qədər Azərbaycana verdiyindən daha artıq bir dəstək ifadə etməsinə səbəb oldu. Türkiyə Azərbaycana siyasi, texnoloji və hərbi istiqamətdə tam dəstək göstərdiyini bəyan elədi. Bu isə Cənubi Qafqazda geosiyasətin yeni bir mərhələsidir.

Tərəflərin münaqişəyə qoşulmasının səbəbi Paşinyanın eks-prezident Serj Sərkisyanın və Prezident İlham Əliyevin 2009-cu ilin yanvarında razılaşdığı həll çərçivəsini qəbul etməməsi idi. Əksinə olaraq o aqressivləşməyə və təhrikedici hərəkət edərək aydın şəkildə danışıqlar prosesini sabotaj etməyə çalışırdı. Bu vəziyyətdə Minsk Qrupu və ya hər hansı digər bir vasitəçinin edəcəyi bir şey yox idi. Vasitəçilərin qaydalara riayət etməyən tərəfi məcbur etmək qabiliyyəti yoxdur. Rusiya və Türkiyə bunu Nikol Paşinyanla etdilər. Türkiyə Azərbaycanı Ermənistanın hərbi qüvvəsini məhv etməyə yarayan texnika ilə təmin etdi. Rusiya Prezidenti Putin isə Ermənistana siyasi və ya hərbi yardım göstərmədi. Putin dəfələrlə qeyd edib ki, Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatı çərçivəsində Rusiyanın Ermənistanı qoruma öhdəliyi Azərbaycan ərazisinə deyil, yalnız Ermənistanın ərazisinə hərbi hücum olarsa, əsaslıdır.

Paşinyanın idarəçiliyində olan Ermənistanı Minsk Qrupu tərəfindən təməli qoyulan əsas prinsplərə razı salmaq və danışıqlar masasına qaytarmaq ancaq güc tətbiq etməklə mümkün idi. Gələcəyə baxsaq, noyabrın 10-da imzalanan razılaşmanı atəşkəs anlaşmasından tam sülh müqaviləsinə çevirməkdə Minsk Qrupunun mütləq rolu ola bilər. Bu isə çoxsaylı danışıqlar tələb edir. Amma Fransanın Prezidenti Emmanuel Makron və xarici işlər naziri tərəfindən verilən açıqlamalarda tamamilə Ermənistanı dəstəkləməsi və Azərbaycanı savaşdığına görə qınaması ilə Fransa özünü Minsk Qrupundan təcrid etdi, birtərəfli olaraq Ermənistanı dəstəkləmişdi. Son sülh müqaviləsində Minsk Qrupunun iştirak etməsi üçün Fransanı başqa bir ölkə və ya təşkilat əvəz etməlidir.

- Sizin də vaxtilə həmsədr kimi təmsil olunduğunuz ATƏT-in Minsk Qrupu niyə 30 ildə passiv oldu? Bunun səbəblərini nə ilə izah edərdiniz?

- Minsk Qrupunun passiv olduğunu düşünmürəm. Əksinə, Minsk Qrupu öz rolunu tamamilə yerinə yetirdi. Minsk Qrupun vəzifəsi iki suveren dövlət arasında vasitəçi olmaqdır. Bu, hakimin futbol meydançasında komandaların qaydalara uyğun oynaması və düzgün nəticənin almasından əmin olmasına bənzəyir. Minsk Qrupu 2009-cu ilin yanvarında əsas prinsiplərlə düzgün nəticəni təmin etdi. Əslində 2007-ci ilin noyabrında Madriddə imzalanan Madrid sənədinin əsas prinsiplərini müəyyənləşdirmişdi. 2009-cu ilin yanvarında isə Serj Sarkisyan və Prezident İlham Əliyev qeyri-rəsmi olaraq bu prinsiplərlə razılaşdı. Onlar bu prinsiplərin son sülh razılaşmasını təmin edəcək tək məntiqi yolun olduğunu bilirdilər. Bu prinsipləri qəbul etməyən şəxs isə Paşinyan idi. Bu mənada hesab edirəm ki, Minsk Qrupu öz işini gördü. Vasitəçi olaraq Minsk Qrupunun tərəfləri razılaşmağa tabe olmağa məcbur etmək missiyası yoxdur. Bunun üçün ciddi diplomatik təzyiq və ya hərbi güc gərəkdir və bunların hər ikisi Rusiya və Azərbaycan tərəfindən təmin edildi.

- Azərbaycana hərbi personal göndərilməsi ilə bağlı fərman layihəsi Türkiyə parlamentində qəbul edildi. Türk ordusunun bölgədə iştirakını necə dəyərləndirirsiniz?

- Rus sülhməramlıların yerləşdiyi ərazilərdə Türkiyə hərbi qüvvələrinin Azərbaycanda hər hansı bir barışıq əməliyyatında mövcudluğu sadəcə Azərbaycan üçün deyil, bütün NATO ölkələri üçün müsbət amildir. Son iki əsrdir ki, Türkiyə öz dəstələrinin Cənubi Qafqazda yerləşdirilməsini istəsə də Rusiya buna həmişə mane olurdu. Bu dəfə isə Rusiya İlham Əliyev və Azərbaycanın təkidi ilə bunu qəbul etməli oldu. İndiki reallığa görə isə NATO-nun ən güclü ikinci ordusuna malik olan Türkiyənin bölgəyə sülhməramlı qüvvə göndərməsi və ya regiondakı mövcudluğu, NATO üçün böyük geosiyasi məqamdır. Düşünürəm ki, ABŞ və ya Avropada kifayət qədər insan bunu başa düşmür. Türkiyə hərbi qüvvələrinin Azərbaycanda olmağı NATO üçün çox xeyirlidir.

17 avqust

12:03 - "Türkiyəni satın alaram" deyən iş adamı həbs edildi - Evindən narkotik tapıldı12:00 - Ermənistan Azərbaycana 17 milyon dollar ödədi

13 avqust

17:56 - Avtomobil idxalı kəskin azaldı, qiymətlər isə artdı

10 avqust

19:43 - "Avropa Rusiyadan qaz idxalını artırır" - "Welt am Sonntag"19:37 - "Azərbaycan bizə kömək oldu" - Pezeşkian19:35 - 10 milyon dövriyyəsi olan mərc şəbəkəsi ifşa edildi - VIDEO

03 avqust

11:52 - Kimin evində varsa, varlanacaq - Heç belə qiymətə olmamışdı11:49 - Azərbaycan ən güclü hərbi donanmaya sahib olub - "Forbes"11:46 - Azərbaycan Rusiyadan kibrit idxalını artırıb - Qiymət 21% bahalaşıb

30 iyul

11:35 - Veysəloğlu Şirkətlər Qrupunun sponsorluğu ilə şəhid övladları üçün keçirilən "Zəfər" Amerika Yay Düşərgəsi uğurla başa çadı - FOTOLAR

13 iyul

13:08 - Hakan Fidanın müqayisəsi təəccüblüdür - İran XİN13:06 - Azərbaycanın potensial daxili riskləri yoxdur13:04 - "Etibar Pirverdiyevin mənə qəzəbinin səbəbini bilmirəm"

01 iyul

20:13 - Tramp Türkiyədən nə istəyir? - CNN20:09 - Kiyev "İsgəndər"lə vuruldu20:07 - Azərbaycanlılar ən çox bu ölkələrin vətəndaşları ilə evlənir20:05 - Prezident ABŞ Senatının Xarici Əlaqələr Komitəsinin üzvünü qəbul edib - FOTO

25 iyun

19:16 - "ABŞ memorandumun iki bəndini pozub" - İran

19 iyun

11:29 - "Veysəloğlu" nümayəndə heyəti "Şölen"in Qaziantepdəki yeni zavodunun açılışında iştirak edib

16 iyun

17:17 - Veysəloğlu Şirkətlər Qrupu "Süni Zəka Dövründə Liderlik" mövzusunda forum keçirib - FOTOLAR

12 iyun

14:14 - Veysəloğlu Şirkətlər Qrupu AYİB-in 35-ci İllik Toplantısı və Biznes Forumunda təmsil olunub - FOTO

06 iyun

19:24 - "Ermənistan Rusiyasız mövcud ola bilməz" - Samvel Ayvazyan19:20 - "Azərbaycanda sülh sazişi imazalanmalı, Türkiyə ilə sərhəd açılmalıdır"19:17 - Azərbaycanda bank rəhbərləri nə qədər qazanır: İllik 20 milyonu keçir - SİYAHI19:15 - Paşinyanın partiyası seçkilərdə qalib gəldi

30 may

13:27 - Neft bazarında kəskin eniş - Bakı neftinin qiyməti belə dəyişdi13:23 - İranın Trampdan tələb etdiyi şərt..13:20 - Rusiyanın Ermənistandakı səfiri Moskvaya çağırıldı

18 may

19:12 - "Araz" supermarketlər şəbəkəsi yeni nəsil Tədarükçü Əməkdaşlıq Platformasını təqdim edib - FOTOLAR

16 may

18:42 - Azərbaycanın neft ixrac etdiyi ölkələr - SİYAHI