Lavrovla Şoyqu Ermənistana gedir - Nələr danışılacaq?
20 noyabr, 2020 17:17
Rusiyanın Xarici İşlər naziri Serget Lavrov və Müdafiə naziri Sergey Şoyqu Ermənistana səfər edəcək.
Azsiyasət.com erməni mediasına istinadən xəbər verir ki, səfər noyabrın 21-də gerçəkləşdiriləcək. Səfərin gündəliyi hələlik açıqlanmayıb. Lakin ehtimal olunur ki, Lavrov və Şoyqunun Baş nazir Nikol Paşinyanla görüşü planlaşdırılır.
Nümayəndə heyətinə Rusiya Baş nazirinin müavini Aleksey Overçuk və İqtisadiyyat naziri Aleksandr Novak da daxildir.
Nümayəndə heyətinin səfəri bir neçə saat çəkəcək.