""TOTAL" şirkəti qovulsun, səfirimiz geri çağrılsın" - Fransanın addımına Bakıdan reaksiyalar

21 noyabr, 2020 13:28

Noyabrın 18-də Fransa Senatı “Dağlıq Qarabağ Respublikasının tanınması zərurəti haqqında” qətnaməni səsverməyə çıxarmaq qərarı qəbul edib.Elə həmin gün Paris şəhər şurası Qarabağı tanımağa çağırıb. 

Qətnamə noyabrın 25-də səsverməyə çıxarılmalıdır. Yeri gəlmişkən, Fransa Qarabağ münaqişəsinin tənzimlənməsində vasitəçi olan ATƏT-in Minsk Qrupunun (MQ) həmsədrlərindən biridir.

Azərbaycan prezidenti yanında Siyasi İdarəetməİnstitutunun müəllimi Zaur Məmmədovbu məsələ ilə bağlı“Turan” agentliyinə bunları deyib:

“Fransa Senatı belə bir qərar qəbul etsə, o, başqa ölkələr üçün presedent ola bilər. Azərbaycan buna cavab olaraq Fransa mallarını boykot edə, Fransanın “Total”şirkətini Azərbayandan kənarlaşdıra, Parisdəki səfirimizi geri çağıra bilər”.

Ekspert əlavə edib ki, Fransa Senatının qərarları bu ölkənin hökuməti üçün mütləq qüvvəyə malik deyil.

Cənubi Koreyanın “Hankuk” Xarici Araşdırmalar Universitetinin professoru Rövşən İbrahimov isə bunları söyləyib:  

“ATƏT-in Minsk Qrupunun üzvü olaraq Fransanın üzərinə bitərəf olmaq öhdəliyi qoyulub. Orada Dağlıq Qarabağ tanınsa, bu, paradoks olacaq, Parisin hərəkətləri təkcə Azərbaycan üçün deyil, bütün Avropa ictimaiyyəti üçün anlaşılmaz olacaq. Belə ki, Fransa ATƏT Minsk Qrupunda bütün Avropanı təmsil edir”.

R.İbrahimovun fikrincə, Azərbaycanda Fransanın müxtəlif sahələrdə iqtisadi maraqları var: 

““Total” şirkəti enerji sahsində iştirak edir. Fransa Azərbaycanın aerokosmik, nəqliyyat, otel biznesində iştirak edir. Birgə Azərbaycan-Fransa Universiteti fəaliyyət göstərir. Bütün bunlar çökə bilər. Fransanın Rusiya, Azərbaycan və Türkiyə ilə siyasi münasibətlərinə ziyan dəyəcək...”

Milli Məclisin deputatı Asim Mollazadə isə deyib ki, Qarabağ prosesində Fransanın rolu heçə enib. Onun fikrincə, Azərbaycan ordusu BMT Təhlükəsizlik Şurasının işğal edilən ərazilərin boşaldılmasına dair 1993-ci ildə qəbul edilən dörd qətnaməsini özü yerinə yetirib. A.Mollazadə də qeyd edib ki, orada planlaşdırılan qərarların hüquqi qüvvəsi yoxdur, gözlənilən sənədlərin siyasi əhəmiyyəti isə minimaldır.

“Fransa rəhbərlərinin addımları bu ölkəyə ziyan vurur, Fransanı və bu ölkənin böyük rol oynadığı bütün Avropanı biabır edir”- deyə, deputat bildirib.

A.Mollazadə hesab edir ki, baş verənlər demokratik dəyərlərlə də səsləşmir. “Fransa prezidenti E. Makronun hərəkətləri onun ölkəsində və Avropada demokratik dəyərləri şübhə altına qoyur, bu addımlar milli vəzifələrimizin həllində Azərbaycana mane ola bilməz”

Artıq, Azərbaycanda Fransaya qarşı etirazlar özünü açıq da göstərməyə başlayıb. Dünən, noyabrın 20-də Fransanın Bakıdakı səfirliyi qarşısında etiraz aksiyası keçirilib. Aksiyada ölkənin bir sıra ictimai təşkilatlarının nümayəndələri iştirak ediblər. Onlar Fransa Senatında müzakirə olunan Dağlıq Qarabağın tanınması haqqında təklifə etiraz ediblər.

Tənqidi fikirlərə və etiraza, hələlik, Fransanın Azərbaycandakı səfirliyindən hər hansı münasibət öyrənmək mümkün olmayıb.

Bölgədə döyüşlərin getdiyi vaxt isə Fransa prezidenti E.Makron bir neçə dəfə Azərbaycan prezidentinə zəng vuraraq bundan narahatlığını ifadə etmişdi.

23 oktyabr

18:42 - Maya dəyəri 5,7 manat olan mal əti 17 manata satılıb - Azərbaycanda heç kəs bazara nəzarət edə bilmir18:40 - Vuçiç məğlub oldu - Serbiyada ələbələr qalib gəldi18:38 - DİN və Baş Prokurorluq kafedəki qətllə bağlı məlumat yaydı

22 oktyabr

15:50 - Banklar kimlərə və niyə kredit vermir? - "Qara siyahı" ilə bağlı bilinməyənlər - ARAŞDIRMA15:47 - Ermənistan yeni Konstitusiya üçün növbədənkənar seçkiyə gedir15:45 - Paşinyan Azərbaycanla sülh sazişi üçün - Yeni tarix açıqladı15:31 - Şəhidin maaşı hələ də ailəsinə verilir - VİDEOMATERİAL

15 oktyabr

11:04 - Paşinyana sülh sazişini imzalamaq üçün vaxt verilib? 11:00 - Bakıdakı toplantının əhəmiyyəti nədir? 10:51 - Azərbaycanda bankların mənfəəti açıqlanıb

14 oktyabr

17:23 - Veysəloğlu Şirkətlər Qrupunun əməkdaşlarımızın övladları Prezident təqaüdünə layiq görülüblər

08 oktyabr

17:19 - Veysəloğlu MMC-nin Mərkəzi Sınaq Laboratoriyasının akkreditasiya sahəsi genişləndirilib - FOTOLAR

07 oktyabr

11:09 - "Neftin qiyməti 200 dollar olacaq" - "Financial Times"11:06 - Azad edilmiş ərazilərimizdə 32 kütləvi məzarlıq tapılıb11:05 - Azərbaycanı təhqir edən hesablar bağlanmalıdır

01 oktyabr

09:52 - Qondarma rejimin "televiziyası" bağlandı09:45 - Sumqayıtda 13 tibb işçisi bir gündə işdən çıxarılıb - Ölkədə ixtisar müəmması davam edir

29 sentyabr

19:07 - Döyüşdə iştirak edən hərbçilərə ikiqat ödəniş müddəası çıxarılır

27 sentyabr

17:24 - "Onun arvadını hamı tanıyır" - Zaxarova17:14 - Azərbaycana qarşı kampaniyaya qoşulan türkiyəli professor üzr istədi17:11 - ABŞ-nin daha bir məxfi silahı İranın əlinə keçdi17:09 - Husilərə görə Ər-Riyadda məktəblər bağlandı

21 sentyabr

13:05 - Veysəloğlu Şirkətlər Qrupu Qarabağda təhsilin inkişafına dəstək verəcək - FOTOLAR11:22 - Təhsildəki mafiya - Bu dəfə 3 milyonluq olimpiada biznesini araşdırdıq11:18 - Azərbaycana yük gətirib, yük aparan ölkələrin siyahısı

14 sentyabr

13:55 - Polşa da müharibəyə cəlb olunur? 13:43 - İranda minlərlə insan ölkənin müdafiəsinə qoşulur13:28 - İrəvan Azərbaycan qazından asılı qalacaq13:25 - Vüsal Şilderin qətli ilə bağlı məhkəmə başladı

09 sentyabr

11:21 - Avropanın yeni sağını kim formalaşdırır: Tramp, Bannon və İsrail detalı gündəmdə - "Milliyet"