Türkiyə hərbçiləri Qarabağda nə qədər qalacaq? - RƏSMİ

22 noyabr, 2020 13:00

“Mehmetçik Rusiya ilə yaradılacaq birgə mərkəzdə və bu mərkəzin icra edəcəyi fəaliyyətlərdə bir il müddətində xidmət edəcək”.

Azsiyasət.com xəbər verir ki, bu barədə Türkiyə Milli Müdafiə Nazirliyindən bildirilib.

Xatırladaq ki, Türkiyə parlamenti Azərbaycana hərbi qüvvələr göndərilməsi ilə bağlı qanun layihəsini təsdiqləyib.

Layihəyə əsasən, Türkiyə hərbçiləri bir il müddətinə Dağlıq Qarabağdakı Rusiya-Türkiyə Birgə Monitorinq Mərkəzində fəaliyyət göstərəcəklər.