Qızıl Xaç Komitəsi Aminlə Bayrama BAŞ ÇƏKİB

23 noyabr, 2020 12:31

Azərbaycanlı hərbi əsirlər - Amin Musayev və Bayram Kərimovun geri qaytarılması üçün dialoqlar davam etdirilir.

Azsiyasət.com xəbər verir ki, Beynəlxalq Qızıl Xaç Komitəsinin (BQXK) Azərbaycan nümayəndəliyinin İctimaiyyətlə əlaqələr şöbəsinin müdiri İlahə Hüseynova saxlanılan şəxslərlə əlaqədar münaqişə tərəflərilə dialoq aparıldığını bildirib: “Saxlanılan şəxslərin qaytarılması, azad olunması saxlayan tərəfdən asılıdır. Saxlayan tərəf azad etmək barədə arzu və qərarını bildirdikdə, Beynəlxalq Qızıl Xaç Komitəsi bu əməliyyatın həyata keçirilməsində vasitəçi olaraq iştirak edir”.

Qurumun mandatına uyğun olaraq, əsir düşmüş azərbaycanlı hərbçilər - Amin Musayev və Bayram Kərimova baş çəkməsinə gəlincə, İ.Hüseynova deyib ki, Komitənin əməkdaşları saxlanılan şəxslərə baş çəkib, konkret olaraq məlumat isə ailə üzvlərinə verilib, ictimaiyyətə açıqlanmır.

İ.Hüseynovanın sözlərinə görə, əsir və girovların dəyişdirilməsilə bağlı konkret müddət nəzərdə tutulmayıb:

“Bu qərar tamamilə münaqişə tərəflərindən asılıdır. Yəni münaqişə tərəfləri qərar verdikdə, Beynəlxalq Qızıl Xaç Komitəsi münaqişə tərəflərinə əməliyyatın yerinə yetirilməsində neytral vasitəçi kimi dəstək verir. Amma qərar tamamilə münaqişə tərəflərindən asılıdır”.

Xatırladaq ki, hərbçilərimiz Amin Musayev və Bayram Kərimov 44 günlük Vətən Müharibəsi zamanı yaralanaraq, ermənilərə əsir düşüblər. Onların Ermənistan ərazisində saxlanıldığına dair məlumat var. Düşmən tərəfindən əsir alınan Amin Musayev və Bayram Kərimovla bağlı ilk videonu ukraynalı jurnalist Aleksandr Xarçenko çəkərək, Youtube-dakı ANNA News kanalında paylaşıb. Azərbaycan tərəfi həmin əsirlərin geri alınması üçün beynəlxalq təşkilatlara, o cümlədər Avropa İnsan Hüquqları Məhkəməsinə müraciət edib.

23 oktyabr

18:42 - Maya dəyəri 5,7 manat olan mal əti 17 manata satılıb - Azərbaycanda heç kəs bazara nəzarət edə bilmir18:40 - Vuçiç məğlub oldu - Serbiyada ələbələr qalib gəldi18:38 - DİN və Baş Prokurorluq kafedəki qətllə bağlı məlumat yaydı

22 oktyabr

15:50 - Banklar kimlərə və niyə kredit vermir? - "Qara siyahı" ilə bağlı bilinməyənlər - ARAŞDIRMA15:47 - Ermənistan yeni Konstitusiya üçün növbədənkənar seçkiyə gedir15:45 - Paşinyan Azərbaycanla sülh sazişi üçün - Yeni tarix açıqladı15:31 - Şəhidin maaşı hələ də ailəsinə verilir - VİDEOMATERİAL

15 oktyabr

11:04 - Paşinyana sülh sazişini imzalamaq üçün vaxt verilib? 11:00 - Bakıdakı toplantının əhəmiyyəti nədir? 10:51 - Azərbaycanda bankların mənfəəti açıqlanıb

14 oktyabr

17:23 - Veysəloğlu Şirkətlər Qrupunun əməkdaşlarımızın övladları Prezident təqaüdünə layiq görülüblər

08 oktyabr

17:19 - Veysəloğlu MMC-nin Mərkəzi Sınaq Laboratoriyasının akkreditasiya sahəsi genişləndirilib - FOTOLAR

07 oktyabr

11:09 - "Neftin qiyməti 200 dollar olacaq" - "Financial Times"11:06 - Azad edilmiş ərazilərimizdə 32 kütləvi məzarlıq tapılıb11:05 - Azərbaycanı təhqir edən hesablar bağlanmalıdır

01 oktyabr

09:52 - Qondarma rejimin "televiziyası" bağlandı09:45 - Sumqayıtda 13 tibb işçisi bir gündə işdən çıxarılıb - Ölkədə ixtisar müəmması davam edir

29 sentyabr

19:07 - Döyüşdə iştirak edən hərbçilərə ikiqat ödəniş müddəası çıxarılır

27 sentyabr

17:24 - "Onun arvadını hamı tanıyır" - Zaxarova17:14 - Azərbaycana qarşı kampaniyaya qoşulan türkiyəli professor üzr istədi17:11 - ABŞ-nin daha bir məxfi silahı İranın əlinə keçdi17:09 - Husilərə görə Ər-Riyadda məktəblər bağlandı

21 sentyabr

13:05 - Veysəloğlu Şirkətlər Qrupu Qarabağda təhsilin inkişafına dəstək verəcək - FOTOLAR11:22 - Təhsildəki mafiya - Bu dəfə 3 milyonluq olimpiada biznesini araşdırdıq11:18 - Azərbaycana yük gətirib, yük aparan ölkələrin siyahısı

14 sentyabr

13:55 - Polşa da müharibəyə cəlb olunur? 13:43 - İranda minlərlə insan ölkənin müdafiəsinə qoşulur13:28 - İrəvan Azərbaycan qazından asılı qalacaq13:25 - Vüsal Şilderin qətli ilə bağlı məhkəmə başladı

09 sentyabr

11:21 - Avropanın yeni sağını kim formalaşdırır: Tramp, Bannon və İsrail detalı gündəmdə - "Milliyet"