"Makron bu qətnaməni təsdiq edərsə, Türkiyə ordusu..." - Türk generaldan MÜHÜM AÇIQLAMA

27 noyabr, 2020 00:21

Fransa Senatının qəbul etdiyi qətnamə zibil kağız parçasıdır. Hüquqsuz, haqsızdır. Yalan və şərlə doludur. Tarixi reallıqları təhrif edir. Bu qərar əvvəlcə hökumət, daha sonra Prezident Emmanuel Makron tərəfindən təsdiqlənməlidir. Makron isə ötən həftə Dağlıq Qarabağın Azərbaycan torpağı olduğunu bildirib. Senatda çıxış edən hökumət sözçüsü isə bu qətnamənin dövlətin mövqeyinə uyğun olmadığını, qondarma respublikanın Ermənistan tərəfindən belə tanınmadığını, sənədin nə Ermənistana, nə Azərbaycana, nə Fransaya, nə də Minsk Qrupuna faydası olduğunu bəyan edib. Bu bəsit kağız parçası yeni Ermənistan-Azərbaycan müharibəsi başlatmaq qüdrətində deyil.

Azsiyasət.com xəbər verir ki, bu sözləri publika.az-a açıqlamasında Türkiyənin Azərbaycandakı keçmiş hərbi attaşesi, general Yücel Karauz deyib.

General bildirib ki, bu qərarın Türkiyə-Azərbaycan münasibətlərinə də heç bir təsiri olmayacaq: “Daha əvvəl də ifadə etdiyimiz kimi, Türkiyə keçmişdə, bu gün və gələcəkdə Can Azərbaycanın yanında olub, olmağa davam edəcək. Bunun haqsız qərarlarla heç bir əlaqəsi yoxdur. Belə hadisələr bizi ancaq bir-birimizə daha da yaxınlaşdıra bilər. Onsuz da Azərbaycan-Türkiyə münasibətləri tarixinin ən yüksək zirvəsindədir. Bizim davamız haqq davasıdır. Belə yalanlarla təhrif edilə bilməz. Rusiya Prezidenti Vladimir Putinin də dediyimi kimi, Türkiyə ilə bağlı hər şey deyilə bilər, amma beynəlxalq hüquqla uzlaşması ilə bağlı heç bir neqativ fikir səsləndirilə bilməz”.

Y.Karauz Türkiyənin ATƏT-in Minsk Qrupunun həmsədrliyinə keçməsini real siyasət hesab etmir: “Bu, çox da gərəkli və əhəmiyyətli deyil. Buna dünyanı idarə edənlər – BMT-nin 5 daimi üzvü və digərləri çox da müsbət yanaşmaz. Amma Türkiyə həm meydanda, həm də masada Rusiya və Azərbaycanla birgə sözünü deməyə, davranışlarını və mövqelərini sərgiləməyə qadirdir. Nəticə olaraq, Türkiyənin Minsk Qrupunun həmsədrliyinə keçməsini çox da real dəyərləndirmirəm”.

General diqqəti Fransanın son 200-300 illik tarixinə yönəldib:

“Bu tarix çərçivəsində hüquq, insan haqları, demokratiya, müharibə cinayətləri baxımından yaxşı şeylər görmürük. Daha əvvəl Ruandada, Barbadosda və Qvineyada həm haqsızlıq, həm də hərbi cinayətlərə kifayət qədər yol veriblər. Dolayısı ilə Fransanın nə Türkiyəyə, nə də Azərbaycana qarşı bu çərçivədə deyəcək heç bir sözü olmamalıdır. Fransa Senatının verdiyi bu qərar, keçmişindəki hadisələr və islamofobiyaya qarşı insan haqlarına, demokratiyaya zidd hərəkətlərin dilə gətirilməsinin faydası olmadığını düşünürəm. Senatın qətnaməsində Azərbaycanın Qarabağda terror cinayətləri törətdiyini bəyan edir və bu cinayətlərin araşdırılmasını tələb edirlər. Ermənilərin 44 gün ərzində 94 mülki insanımızı şəhid etməsi faktları, işğaldan azad olunan ərazilərdə mədəni, dini və təbiətə qarşı törətdikləri terror fəaliyyətləri ortada ikən 27 ildir bütün bunlara səsini çıxarmayan Fransanın Azərbaycanın hüquqa zidd davranışlar sərgilədiyini dilə gətirməsi iftiradır”.

General Fransa Senatının qətnaməsinin Fransa hökuməti və Makron tərəfindən təsdiq edilməyəcəyini düşünür:

“Fransa Senatının davranışı ölkənin daxili siyasətdə erməni lobbisinin təsiri altında qalması ilə bağlıdır. Qətnamənin qəbulunun iqtisadiyyatda və pandemiya ilə mübarizədə uğursuzluqlarının üzərindən diqqətləri başqa istiqamətə çəkmək cəhdləri kimi qəbul edirəm. Buna görə bu məsələyə çox da böyük diqqət ayırmamaq, lakin birliyimizi həm beynəlxalq məkanda, həm də regional platformada yüksək səslə ifadə etmək lazım olduğunu düşünürəm”.

Onun sözlərinə görə, Ermənistanın 1994-cü ildə beynəlxalq səviyyədə tanınmış sərhədləri yoxdur: “Bu, yalan bəyandır. BMT-nin 4 qətnaməsi və ATƏT qanunları çərçivəsində Dağlıq Qarabağ və ətraf ərazilərinin Azərbaycana aid olduğu bəllidir. Fransa hökuməti və Makron bu qətnaməni təsdiq etməz, amma hazırda Avropadakı kiçik ölkələri təhrik etməkdədirlər. 2-3 gün sonra Belçika parlamentində Ermənistanın bu fəaliyyətinə dəstək qərarı verilməsi gözlənilir. Bunlara reaksiya bildirməliyik, amma çox da şişirməməliyik. Yox, hökumət və Makron qətnaməni təsdiq edərsə, səfirlərini diplomatik korpuslara dəvət edərək sorğuya çəkməli, Fransa mallarını boykot etməli, Fransanın Xəzər dənizindəki fəaliyyəti çərçivəsində Azərbaycanda iqtisadi maraqlarını yenidən dəyərləndirməli, türk əsgərlərinin Qarabağda yerləşdirilməsini sürətləndirməli, Pakistan və Türkiyə kimi ölkələrlə ortaq qərarlar və reaksiyalar verməli, Fransa xalqı və ağlı başında olan ziyalılarına haqq davamızın uyğun formada çatdırmalıyıq. Bu mövzunu Rusiya ilə koordinasiyalı şəkildə inkişaf etdirməkdə də fayda var”.

Hərbi attaşe bildirib ki, bu qətnamə Fransanın tarixində qara ləkə olacaq. Beynəlxalq miqyasda heç bir ağırlığı yoxdur. Bir teatr oynamaq, gələnilki seçkilərə hazırlıq görmək məqsədilə, uğursuzluqlarını erməni lobbisinin dəstəyi ilə ört-basdır etmək istəyirlər.

25 iyun

19:16 - "ABŞ memorandumun iki bəndini pozub" - İran

19 iyun

11:29 - "Veysəloğlu" nümayəndə heyəti "Şölen"in Qaziantepdəki yeni zavodunun açılışında iştirak edib

16 iyun

17:17 - Veysəloğlu Şirkətlər Qrupu "Süni Zəka Dövründə Liderlik" mövzusunda forum keçirib - FOTOLAR

12 iyun

14:14 - Veysəloğlu Şirkətlər Qrupu AYİB-in 35-ci İllik Toplantısı və Biznes Forumunda təmsil olunub - FOTO

06 iyun

19:24 - "Ermənistan Rusiyasız mövcud ola bilməz" - Samvel Ayvazyan19:20 - "Azərbaycanda sülh sazişi imazalanmalı, Türkiyə ilə sərhəd açılmalıdır"19:17 - Azərbaycanda bank rəhbərləri nə qədər qazanır: İllik 20 milyonu keçir - SİYAHI19:15 - Paşinyanın partiyası seçkilərdə qalib gəldi

30 may

13:27 - Neft bazarında kəskin eniş - Bakı neftinin qiyməti belə dəyişdi13:23 - İranın Trampdan tələb etdiyi şərt..13:20 - Rusiyanın Ermənistandakı səfiri Moskvaya çağırıldı

18 may

19:12 - "Araz" supermarketlər şəbəkəsi yeni nəsil Tədarükçü Əməkdaşlıq Platformasını təqdim edib - FOTOLAR

16 may

18:42 - Azərbaycanın neft ixrac etdiyi ölkələr - SİYAHI18:37 - Avropa texnologiyaları gizli yollarla Rusiyaya ötürülüb?18:31 - Prezident WUF13-də çıxış edir - VİDEO/FOTOLAR

12 may

14:15 - "Azərbaycanla zəifləyən mədəni əlaqələri yenidən canlandırmağın vaxtıdır" - Rusiya XİN14:13 - Anklavlarla bağlı bir neçə variant nəzərdən keçirilir14:12 - Azərbaycan iqtisadiyyatı cüzi böyüdü14:10 - Veysəloğlu Şirkətlər Qrupunun rəhbər heyəti Fəxri xiyabanda Ümummilli Liderin xatirəsini anıb - FOTOLAR

28 aprel

15:04 - Ölkə başçısı Bəxtiyar Allahverdini "Tərəqqi" medalı ilə təltif edib14:56 - Prezidentdən 5 dövlət qurumuna tapşırıq - SİYAHI14:54 - Ermənistan bu kəndi Gürcüstana verib?14:47 - Zelenski İsraili sanksiyalarla hədələyib14:28 - "Senior Talks" layihəsinin davamı: Aydın Veysəloğlu ADA tələbələri ilə yenidən görüşdü - FOTOLAR

27 aprel

13:10 - İranın gizli gücü - Rusiya sabitliyin əsas səbəbini açıqladı13:05 - Pakistan və İrandan mühüm iqtisadi addım - Yeni tranzit dəhlizi açıldı13:01 - Azərbaycanla sərhədin delimitasiyası tezliklə davam etdiriləcək - Paşinyan

13 aprel

12:22 - Azərbaycana gəlmiş ermənilərlə görüşdən nə əldə edildi? 12:18 - 300 milyonluq uyğunsuzluq12:12 - Paşinyan və Qarabağ ermənisinin söhbəti - "Belə də davam edin"