Türkiyədən Fransa Senatının Bakıya qarşı düşmənçilik addımına SƏRT REAKSİYA

27 noyabr, 2020 21:30

Türkiyə Böyük Millət Məclisində təmsil olunan Ədalət və İnkişaf Partiyası (AKP), Cümhuriyyət Xalq Partiyası (CHP), Milliyətçi Hərəkət Partiyası (MHP) və İYİ Partiyanın millət vəkillərinin qrup rəhbərləri Fransa Senatının Dağlıq Qarabağla bağlı qəbul etdiyi qətnaməni pisləyən birgə bəyanat yayıblar.

Azsiyasət.com “Anadolu”ya istinadən bildirir bəyanatda Senatın qərəzli qətnaməsinə etiraz ifadə olunub.

“Biz Fransa Senatının beynəlxalq hüquqa, əxlaqa və ədalətə zidd olaraq Dağlıq Qarabağla bağlı noyabrın 25-də qəbul etdiyi qətnaməni şiddətlə qınayırıq. Fransa Senatı özünü görməməzliyə vursa da Birləşmiş Millətlər Təşkilatı Təhlükəsizlik Şurasının 1993-cü ildə qəbul etdiyi 822, 853, 874 və 884 saylı qətnamələrinə əsasən Dağlıq Qarabağ Azərbaycan torpağıdır və Fransa Senatının qətnaməsi beynəlxalq hüquqa görə yox dərəcəsindədir. Dağlıq Qarabağın Azərbaycan torpağı olduğu Fransa Prezidenti Emmanuel Makron tərəfindən bir neçə gün əvvəl bəyan edilib, Qarabağ Ermənistan tərəfindən belə tanınmadığı halda Fransa Senatının həqiqətlərdən uzaq bir qərar qəbul etdiyi çox açıq şəkildə görünməkdədir”, - deyə bəyanatda bildirilib.

Sənəddə daha sonra deyilir:

“30 il müddətində Ermənistanın işğalı altında qalan Azərbaycan torpaqları Azərbaycan Ordusunun son aylarda qəhrəmancasına mübarizəsi nəticəsində işğaldan azad edilib, Azərbaycanın ərazi bütövlüyü bərpa edilib. Türkiyə olaraq bu haqlı mübarizənin və qazanılan zəfərin hər anında qardaş Azərbaycanın yanında olmaqdan qürur duyuruq. Azərbaycan Ordusunun BMT Nizamnaməsinin 51-ci maddəsinə uyğun olaraq özünü müdafiə çərçivəsində apardığı əks-həmlə əməliyyatı nəticəsində öz sahiblərinə qayıdan Azərbaycan torpaqlarının əbədi olaraq Azərbaycanın hakimiyyəti altında qalacağına zərrə qədər şübhəmiz yoxdur.

ATƏT-in Minsk Qrupunun həmsədrlərindən biri olmasına baxmayaraq, təxminən 30 il boyunca Ermənistanın qanunsuz işğalını görmək istəməyən, bitərəf olmaq əvəzinə bütün hallarda işğalçı Ermənistanın yanında yer alan və Azərbaycanın haqqını və hüququnu tanıyan bütün BMT qətnamələrini heçə sayan, son zamanlarda Türkiyəyə qarşı ədavətdə sərhəd tanımayan Fransanın bu addımı bizim üçün təəccüblü olmayıb. Qətnamənin Fransa Senatında böyük çoxluğun səsi ilə qəbul edilməsi Fransanın gələcəyi haqqında narahatlığımızın artmasına səbəb olub.

Fransa hökumətinin beynəlxalq hüquq və bölgədəki həqiqətlərlə ziddiyyət təşkil edən, əsassız iddialar, böhtanlar və ciddiyə alınmayacaq təkliflər ehtiva edən bu qətnaməyə diqqət göstərməyəcəyinə ümid edirik. Bu cür təxribatçı təşəbbüslərin bölgəmizə və dünyaya sülh və sabitlik gətirməkdən uzaq olduğunu xatırlatmaqla bərabər, ölkəmiz və qardaş ölkə Azərbaycan əleyhinə belə düşməncəsinə addımları atanların Məclisimiz və əziz Millətimiz tərəfindən qeydə alındığını elan edirik”.

23 oktyabr

18:42 - Maya dəyəri 5,7 manat olan mal əti 17 manata satılıb - Azərbaycanda heç kəs bazara nəzarət edə bilmir18:40 - Vuçiç məğlub oldu - Serbiyada ələbələr qalib gəldi18:38 - DİN və Baş Prokurorluq kafedəki qətllə bağlı məlumat yaydı

22 oktyabr

15:50 - Banklar kimlərə və niyə kredit vermir? - "Qara siyahı" ilə bağlı bilinməyənlər - ARAŞDIRMA15:47 - Ermənistan yeni Konstitusiya üçün növbədənkənar seçkiyə gedir15:45 - Paşinyan Azərbaycanla sülh sazişi üçün - Yeni tarix açıqladı15:31 - Şəhidin maaşı hələ də ailəsinə verilir - VİDEOMATERİAL

15 oktyabr

11:04 - Paşinyana sülh sazişini imzalamaq üçün vaxt verilib? 11:00 - Bakıdakı toplantının əhəmiyyəti nədir? 10:51 - Azərbaycanda bankların mənfəəti açıqlanıb

14 oktyabr

17:23 - Veysəloğlu Şirkətlər Qrupunun əməkdaşlarımızın övladları Prezident təqaüdünə layiq görülüblər

08 oktyabr

17:19 - Veysəloğlu MMC-nin Mərkəzi Sınaq Laboratoriyasının akkreditasiya sahəsi genişləndirilib - FOTOLAR

07 oktyabr

11:09 - "Neftin qiyməti 200 dollar olacaq" - "Financial Times"11:06 - Azad edilmiş ərazilərimizdə 32 kütləvi məzarlıq tapılıb11:05 - Azərbaycanı təhqir edən hesablar bağlanmalıdır

01 oktyabr

09:52 - Qondarma rejimin "televiziyası" bağlandı09:45 - Sumqayıtda 13 tibb işçisi bir gündə işdən çıxarılıb - Ölkədə ixtisar müəmması davam edir

29 sentyabr

19:07 - Döyüşdə iştirak edən hərbçilərə ikiqat ödəniş müddəası çıxarılır

27 sentyabr

17:24 - "Onun arvadını hamı tanıyır" - Zaxarova17:14 - Azərbaycana qarşı kampaniyaya qoşulan türkiyəli professor üzr istədi17:11 - ABŞ-nin daha bir məxfi silahı İranın əlinə keçdi17:09 - Husilərə görə Ər-Riyadda məktəblər bağlandı

21 sentyabr

13:05 - Veysəloğlu Şirkətlər Qrupu Qarabağda təhsilin inkişafına dəstək verəcək - FOTOLAR11:22 - Təhsildəki mafiya - Bu dəfə 3 milyonluq olimpiada biznesini araşdırdıq11:18 - Azərbaycana yük gətirib, yük aparan ölkələrin siyahısı

14 sentyabr

13:55 - Polşa da müharibəyə cəlb olunur? 13:43 - İranda minlərlə insan ölkənin müdafiəsinə qoşulur13:28 - İrəvan Azərbaycan qazından asılı qalacaq13:25 - Vüsal Şilderin qətli ilə bağlı məhkəmə başladı

09 sentyabr

11:21 - Avropanın yeni sağını kim formalaşdırır: Tramp, Bannon və İsrail detalı gündəmdə - "Milliyet"