"Araik dedi ki, müharibəni dayandırmaq lazımdır, mən Putinə zəng etdim, o isə Əliyevə..." - Paşinyandan SENSASİON açıqlama

29 noyabr, 2020 21:41

Ermənistanın baş naziri Nikol Paşinyan hərbi əməliyyatlar zamanı Qarabağla bağlı danışıqların necə getdiyi barədə gün ərzində ikinci bəyanatla çıxış edib.

Azsiyasət.com xəbər verir ki, o, bu bəyanatı “Facebook” səhifəsində yayımlayıb.

Onun sözlərinə görə, oktyabrın 19-da "dqr" in rəhbəri Araik Arutyunyan ona zəng edib. O, nəinki öz fikrini, həm də Qarabağ separatçılarının sabiq liderləri Arkadi Qukasyan və Bako Saakyanın, həmçinin Ermənistanın sabiq prezidentləri Levon Ter-Petrosya, Robert Koçaryan və Serj Sarqsyanın mövqelərini çatdırıb.

Bundan sonra Paşinyan, Rusiyanın təkliflərinin məntiqinə uyğun olaraq, hərbi əməliyyatların dayandırılmalı olduğunu deyən Rusiya Prezidenti Vladimir Putinə zəng edib: Qarabağın statusu məsələsinin həllini təxirə salmaq, keçmiş DQMV ətrafındakı rayonları vermək, Rusiya sülhməramlılarını yerləşdirmək.

Paşinyan yazır ki, o vaxt səslənən təklifə görə, sülhməramlılar keçmiş DQMV-nin sərhədləri boyu və Laçın dəhlizində yerləşməli idilər.

Baş nazir bu variantı Qarabağ separatçılarının başçısına çatdırıb və Araik Arutyunyan razılaşdığını bildirib. Bundan sonra Paşinyan parlamentdənkənar qüvvələrin nümayəndələrinin iştirakı ilə müşavirə çağırıb və qəbul etdiyi qərarı təqdim edib. Görüşün bir çox iştirakçıları narazılıqla reaksiya veriblər, müşavirədən sonra isə bəziləri sosial şəbəkələrdə yazıblar ki, Qarabağ uğrunda ümumxalq mübarizəsini əngəlləyənlər xəyanətkardırlar, başqa adları yoxdur.

Elə həmin gün Paşinyan parlament fraksiyalarının nümayəndələrinin iştirakı ilə Təhlükəsizlik Şurasının (TŞ) iclasını da toplayıb. İclasda respublikanın prezidenti və bütün ermənilərin katolikosu da iştirak ediblər.

"Müxalifəti əmin etdim ki, onların üzərinə heç bir məsuliyyət qoymayacağam. Sadəcə bu addımı atıram ki, xalqda ondan gizli nəsə bir şey etmək istədiyim barədə fikir yaranmasın”, - deyə o bəyan edib.

Onun sözlərinə görə, o vaxt o, açıq bəyanatla çıxış etsəydi, Azərbaycan təklif olunan ssenaridən imtina edərdi, Ermənistan tərəfi isə çətin vəziyyətə düşərdi. Buna görə də TŞ-nin iclasından sonra Paşinyan Putinə zəng edib və bu təklifə razı olduğunu bildirib. Putin cavab verib ki, bu məsələləri səhərə qədər Əliyevlə müzakirə edib nəticəsini Paşinyana deyəcək.

Növbəti gün səhər Bako Saakyan və Arkadi Qukasyan Paşinyanla görüşdə bildiriblər ki, Qarabağın statusu dəqiqləşdirilmədən hər hansı Sazişə qarşı çıxırlar. Baş nazir hesab edir ki, əslində, onlar bunu həm də Ermənistanın keçmiş prezidentlərinin  adından bəyan ediblər.

"Lakin bütün bunlar vacib deyildi, çünki mən artıq qərar qəbul etmişdim və işi axıra çatdırmaq istəyirdim", - deyə Paşinyan bildirib.

Ertəsi gün Rusiya Prezidenti, şərtləşdikləri kimi, zəng edib. O bildirib ki, Əliyev buna razıdır, lakin sülhməramlılar keçmiş DQMV — nin sərhədləri boyu deyil, faktiki təmas xəttinin uzunluğu boyu yerləşdirilməlidir-çünki Hadrut və Talış Azərbaycanın nəzarəti altındadır və onlar tutduqları mövqedən geri çəkilməyə razı deyillər. Bundan başqa, Ermənistan tərəfi öhdəlik götürməlidir ki, azərbaycanlılar Şuşaya qayıdacaqlar.

"Beləliklə, atəşin dayandırılması mümkün olmadı, çünki mən dedim ki, Hadrutla razılaşsam belə, Şuşanın verilməsini təsəvvür edə bilmirəm. Rusiya Prezidenti təəccübləndi ki, mən nə üçün azərbaycanlıların qayıtmasının əleyhinəyəm. Mən öz arqumentlərimi təqdim edəndə o dedi ki, onlar məntiqlidir", - deyə Paşinyan bildirib və əlavə edib ki, bu halda şəhər əhalisinin əksəriyyəti azərbaycanlılar olardı və Xankəndinə (Stepanakert) yolu kimin və necə idarə etməsi məsələsini qaldırardı.

Paşinyan əmindir ki, əgər Şuşa ilə bağlı bu ssenariyə razılıq versəydi, Azərbaycan yeni şərt irəli sürərdi – Şuşadan Qırmızı Bazar kəndinə gedən yola nəzarətlə bağlı.

17 avqust

12:03 - "Türkiyəni satın alaram" deyən iş adamı həbs edildi - Evindən narkotik tapıldı12:00 - Ermənistan Azərbaycana 17 milyon dollar ödədi

13 avqust

17:56 - Avtomobil idxalı kəskin azaldı, qiymətlər isə artdı

10 avqust

19:43 - "Avropa Rusiyadan qaz idxalını artırır" - "Welt am Sonntag"19:37 - "Azərbaycan bizə kömək oldu" - Pezeşkian19:35 - 10 milyon dövriyyəsi olan mərc şəbəkəsi ifşa edildi - VIDEO

03 avqust

11:52 - Kimin evində varsa, varlanacaq - Heç belə qiymətə olmamışdı11:49 - Azərbaycan ən güclü hərbi donanmaya sahib olub - "Forbes"11:46 - Azərbaycan Rusiyadan kibrit idxalını artırıb - Qiymət 21% bahalaşıb

30 iyul

11:35 - Veysəloğlu Şirkətlər Qrupunun sponsorluğu ilə şəhid övladları üçün keçirilən "Zəfər" Amerika Yay Düşərgəsi uğurla başa çadı - FOTOLAR

13 iyul

13:08 - Hakan Fidanın müqayisəsi təəccüblüdür - İran XİN13:06 - Azərbaycanın potensial daxili riskləri yoxdur13:04 - "Etibar Pirverdiyevin mənə qəzəbinin səbəbini bilmirəm"

01 iyul

20:13 - Tramp Türkiyədən nə istəyir? - CNN20:09 - Kiyev "İsgəndər"lə vuruldu20:07 - Azərbaycanlılar ən çox bu ölkələrin vətəndaşları ilə evlənir20:05 - Prezident ABŞ Senatının Xarici Əlaqələr Komitəsinin üzvünü qəbul edib - FOTO

25 iyun

19:16 - "ABŞ memorandumun iki bəndini pozub" - İran

19 iyun

11:29 - "Veysəloğlu" nümayəndə heyəti "Şölen"in Qaziantepdəki yeni zavodunun açılışında iştirak edib

16 iyun

17:17 - Veysəloğlu Şirkətlər Qrupu "Süni Zəka Dövründə Liderlik" mövzusunda forum keçirib - FOTOLAR

12 iyun

14:14 - Veysəloğlu Şirkətlər Qrupu AYİB-in 35-ci İllik Toplantısı və Biznes Forumunda təmsil olunub - FOTO

06 iyun

19:24 - "Ermənistan Rusiyasız mövcud ola bilməz" - Samvel Ayvazyan19:20 - "Azərbaycanda sülh sazişi imazalanmalı, Türkiyə ilə sərhəd açılmalıdır"19:17 - Azərbaycanda bank rəhbərləri nə qədər qazanır: İllik 20 milyonu keçir - SİYAHI19:15 - Paşinyanın partiyası seçkilərdə qalib gəldi

30 may

13:27 - Neft bazarında kəskin eniş - Bakı neftinin qiyməti belə dəyişdi13:23 - İranın Trampdan tələb etdiyi şərt..13:20 - Rusiyanın Ermənistandakı səfiri Moskvaya çağırıldı

18 may

19:12 - "Araz" supermarketlər şəbəkəsi yeni nəsil Tədarükçü Əməkdaşlıq Platformasını təqdim edib - FOTOLAR

16 may

18:42 - Azərbaycanın neft ixrac etdiyi ölkələr - SİYAHI