Azərbaycan ordusunun düşmənə qarşı istifadə etdiyi unikal fənd - Ukrayna ordusu da sınaqdan keçirir

30 noyabr, 2020 12:33

Azərbaycan ordusunun ikinci Qarabağ müharibəsi zamanı düşmənə qarşı tətbiq etdiyi unikal fənd Ukrayna ordusunun bu günlərdə keçirdiyi genişmiqyaslı hərbi təlimlərdə sınqdan keçirilib. Azsiyasət.com Ukrayna KİV-lərinə istinadən xəbər verir ki, söhbət düşmənin hava hücumundan müdafiə sistemlərinin yerini pilotsuz idarə olunan kiçikhəcmli mülki təyyarələrlə aşkarlamaqdan gedir.

Qeyd edək ki, bu faktikanı dünya hərb tarixində ilk dəfə Azərbaycan ordusu tətbiq edib. Belə ki, Qarabağda hərbi əməliyyatların lk günlərində və həftələrində Ermənistan Müdafiə Nazirliynin məşhur sözçüsü Arsurun Ovanisyan az qala hər gün Azərbaycan qırıcı-bombardmançılarının vurulduğu haqda raport verirdi. Müharibənin ilk iki həftəsindən sonra “vurulan” təyyarələrin sayı artıq onlarla ölçülürdü və belə qənaət yaranırdı ki, artıq Azərbaycan Hərbi Hava Qüvvələrinin arsenalında döyüş təyyarələri qalmayıb. Buna baxmayaraq düşmən yenə də təyyarələri vurmaqda davam edirdi. Və hər dəfə bu təyyarələrdən pilotların niyə katapult etmədiyini görüb təəcüblənirdi.

Nəhayət məlum oldu ki, düşmənin vurduğu bu təyyarələr Azərbaycanda sovet dövründən qalan və bir neçə il əvvəl sadə pilotsuz idarətmə sistemi ilə təchiz olunan, “kukruznik” kimi tanınan An-2 təyyarələridir. Onlar bilərəkdən düşmən mövqelərinə tərəf istiqamətləndirilir və hava hücumundan müdafiə sistemlərinin radarları dərhal bu hədəfləri “tutur”. 

Və onlara atəş açılır. Pilotsuz “kukruznik” itirilir, amma əvəzində Azərbaycan ordusu düşmənin hava hücumundan müdafiə kompleksinin mövqe rayonunu müəyyən edir və onu artilleriya, yaxud kamikadze-dron vasitəsilə məhv edir. 

İndi Ukrayna ordusu Donbassdakı separatçılara qarşı mümkün hərbi əməliyyatlara hazırlıq çərçivəsində Azərbaycan ordusunun Qarabağdakı döyüş təcrübəsini, o cümlədən “Bayraktar TB2” pilotsuz zərbə təyyarəsinin və kamikadze-dronların digər qüvvələrlə qarşılıqlı əlaqə şəklində tətbiq olunmasını öyrənməkdədir. Ötən həftə Nikolayev vilayətindəki təlim mərkəzində keçirilən təlimlər zamanı 6 ədəd “Aeroprakt A-22” yüngül təyyarəsi də istifadə edilib. Həmin təyyarələr iki yerlikdir və Ukrayna özəl şirkəti tərəfindən istehsal olunur.

Ukrayna Silahlı Qüvvələrinin quru qoşunlarının komandanı, general-leytenant Aleksandr Pavlyuk bildirib ki, bu tipli təyyarələr Azərbaycan ordusu tərəfindən Qarabağda gedən döyüşlərdə fəal tətbiq olunub. “Onlar düşmənin Hava Hücumundan Müdafiə sisteminin mövqe rayonlarını aşkarlamaq və məhv etmək üçün istifadə edilib”,-general bildirib.

Ehtimal olunur ki, Ukrayna ordusu həmin “Aeroprakt A-22” yüngül təyyarələrini pilotsuz təyyarələrə çevirməyi və onu hava hücumundan müdafiə sistemlərinin yerini müəyyənləşdirmək üçün istifadə etməyi planlaşdırır.

virtualaz.org

23 oktyabr

18:42 - Maya dəyəri 5,7 manat olan mal əti 17 manata satılıb - Azərbaycanda heç kəs bazara nəzarət edə bilmir18:40 - Vuçiç məğlub oldu - Serbiyada ələbələr qalib gəldi18:38 - DİN və Baş Prokurorluq kafedəki qətllə bağlı məlumat yaydı

22 oktyabr

15:50 - Banklar kimlərə və niyə kredit vermir? - "Qara siyahı" ilə bağlı bilinməyənlər - ARAŞDIRMA15:47 - Ermənistan yeni Konstitusiya üçün növbədənkənar seçkiyə gedir15:45 - Paşinyan Azərbaycanla sülh sazişi üçün - Yeni tarix açıqladı15:31 - Şəhidin maaşı hələ də ailəsinə verilir - VİDEOMATERİAL

15 oktyabr

11:04 - Paşinyana sülh sazişini imzalamaq üçün vaxt verilib? 11:00 - Bakıdakı toplantının əhəmiyyəti nədir? 10:51 - Azərbaycanda bankların mənfəəti açıqlanıb

14 oktyabr

17:23 - Veysəloğlu Şirkətlər Qrupunun əməkdaşlarımızın övladları Prezident təqaüdünə layiq görülüblər

08 oktyabr

17:19 - Veysəloğlu MMC-nin Mərkəzi Sınaq Laboratoriyasının akkreditasiya sahəsi genişləndirilib - FOTOLAR

07 oktyabr

11:09 - "Neftin qiyməti 200 dollar olacaq" - "Financial Times"11:06 - Azad edilmiş ərazilərimizdə 32 kütləvi məzarlıq tapılıb11:05 - Azərbaycanı təhqir edən hesablar bağlanmalıdır

01 oktyabr

09:52 - Qondarma rejimin "televiziyası" bağlandı09:45 - Sumqayıtda 13 tibb işçisi bir gündə işdən çıxarılıb - Ölkədə ixtisar müəmması davam edir

29 sentyabr

19:07 - Döyüşdə iştirak edən hərbçilərə ikiqat ödəniş müddəası çıxarılır

27 sentyabr

17:24 - "Onun arvadını hamı tanıyır" - Zaxarova17:14 - Azərbaycana qarşı kampaniyaya qoşulan türkiyəli professor üzr istədi17:11 - ABŞ-nin daha bir məxfi silahı İranın əlinə keçdi17:09 - Husilərə görə Ər-Riyadda məktəblər bağlandı

21 sentyabr

13:05 - Veysəloğlu Şirkətlər Qrupu Qarabağda təhsilin inkişafına dəstək verəcək - FOTOLAR11:22 - Təhsildəki mafiya - Bu dəfə 3 milyonluq olimpiada biznesini araşdırdıq11:18 - Azərbaycana yük gətirib, yük aparan ölkələrin siyahısı

14 sentyabr

13:55 - Polşa da müharibəyə cəlb olunur? 13:43 - İranda minlərlə insan ölkənin müdafiəsinə qoşulur13:28 - İrəvan Azərbaycan qazından asılı qalacaq13:25 - Vüsal Şilderin qətli ilə bağlı məhkəmə başladı

09 sentyabr

11:21 - Avropanın yeni sağını kim formalaşdırır: Tramp, Bannon və İsrail detalı gündəmdə - "Milliyet"