MDB məkanında nələr baş verir? - Putin Təhlükəsizlik Şurasını topladı

05 dekabr, 2020 00:37

Rusiya Prezidenti Vladimir Putin ölkənin Təhlükəsizlik Şurasının daimi üzvləri ilə görüş keçirib.

Azsiyasət.com xəbər verir ki, bu barədə jurnalistlərə Rusiya Prezidentinin mətbuat katibi Dmitri Peskov məlumat verib.

Onun sözlərinə gərə, görüşdə MDB məkanındakı vəziyyət və Rusiya daxilində sosial-iqtisadi gündəmin aktual məsələləri müzakirə edilib.