Ədalət Vəliyev 4 siyasi partiya sədri ilə videokonfrans formatında GÖRÜŞ KEÇİRİB

05 dekabr, 2020 13:32

Siyasətdə sağlam münasibətlərin dəstəklənməsi və dialoq mühitinin təşviqi məqsədilə Azərbaycan iqtidarı davamlı olaraq müxtəlif təşəbbüslər ilə çıxış edir. Prezident cənab İlham Əliyevin ölkənin yeni siyasi konfiqurasiyasının formalaşması siyasətində “sağlam dialoq” məfhumu xüsusi yer tutur. Təqdirəlayiq haldır ki, ölkədə fəaliyyət göstərən siyasi partiyalarının mütləq əksəriyyəti həmin dialoqunun fəal iştirakçılarıdır. Etiraf olunmalıdır ki, siyasi münasibətlərdə dialoq mühitinin yaşanması konkret ölkənin demokratik ənənələrinin formalaşmasına zəmin yaradır.

Azsiyasət.com xəbər verir ki, bu barədə Prezident Administrasiyasının Siyasi partiyalar və qanunvericilik hakimiyyəti ilə əlaqələr şöbəsindən məlumat verilib.

Məlumatda qeyd olunub ki, Prezident Administrasiyasının Siyasi partiyalar və qanunvericilik hakimiyyəti ilə əlaqələr şöbəsinin müdiri Ədalət Vəliyevin davamlı şəkildə partiya rəhbərləri və ictimai fəallar ilə görüşləri təşkil olunur. Mövcud səpgidə növbəti görüşlər ayrı ayrılıqda videokonfrans formatında 4 dekabr tarixində Milli Məclisin deputatları, Azərbaycan Demokratik Maarifçilik Partiyasının sədri Elşən Musayev, Vəhdət Partiyasının sədri Tahir Kərimli, həmçinin Azərbaycan Sosial Rifah Partiyasının sədri Əsli Kazımova və Böyük Azərbaycan Partiyasının sədri Elşad Musayevlə keçirilib.

Görüşlərdə Vətən müharibəsində əldə olunmuş böyük qələbə, ordumuzun şücaəti, müharibədə iştirak etmiş və yaralanmış hərbiçilərə dövlət qayğısı, işğaldan azad olunmuş ərazilərə əhalinin məskunlaşması, siyasi həmrəylik istiqamətində əldə olunmuş uğurların qorunmasında partiyaların rolu, islahatların şaxələnməsi, siyasətdə qadın faktoru və gender məsələləri ilə bağlı mövzular, həmçinin COVİD-19 pandemiyası ilə mübarizədə vətəndaşların fəallığı, VI çağırış Milli Məclisin fəaliyyəti və ölkənin siyasi gündəmində olan bir sıra digər önəmli mövzular da müzakirə edilib.

Şanlı tariximizin unudulmaz və silinməz səhifələrindən olan Vətən müharibəsi ətrafında fikir mübadiləsi aparılaraq bildirilib ki, əldə olunan qələbənin əsas səbəbkarları Müzəffər Ali Baş Komandan İlham Əliyev, Azərbaycan ordusu və daim öz Dövlət Başçının ətrafında bir yumruq kimi toplaşan böyük Azərbaycan xalqıdır. Cəmi 44 gün ərzində aparılmış döyüşlər nəticəsində ölkəmiz bütün dünyaya malik olduğu hərbi gücünü və iqtisadi qüdrətini aşkar şəkildə nümayiş etdirdi.

Müharibədən sonrakı dövrdə ölkəmizə qarşı aparılacaq sərt informasiya təzyiqlər ilə mübarizədə qalib gəlmək üçün bu gün Azərbaycanda yaşanan milli və siyasi həmrəyliyinin qorunması olduqca vacibdir. Bu səbəbdən siyasi partiyalar arasında sağlam münasibətlərin saxlanılması strateji vəzifədir.

Administrasiyanın rəsmisi mövzunu inkişaf etdirərək, siyasi partiyaların rəhbərləri ilə təşkil olunan görüşlər zamanı Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 1 dekabr tarixli qələbə nitqinə müraciət edərək sözügedən çıxışdan sitat gətirib: 

“Bizim ölkəmiz üçün yeni dövr başlayır. Yeni quruculuq dövrü, inkişaf dövrü, azad edilmiş ərazilərimizin bərpası dövrü. Mən tam əminəm ki, Azərbaycan xalqı bu dövrdə də birlik, həmrəylik göstərəcək, güclü iradə göstərəcək. Azərbaycan xalqı yenə də birləşərək dağıdılmış bu şəhərləri, kəndləri bərpa etmək üçün əlindən gələni edəcək. Biz bundan sonra böyük və qürurlu xalq kimi yaşayacağıq. Beynəlxalq müstəvidə öz sözümüzü demişik, bölgədə öz sözümüzü demişik. İstədiyimizə nail olmuşuq və əminəm ki, bundan sonra bizim xalqımızı təhlükəsiz və xoşbəxt həyat gözləyir.”

Cənab Prezidentin bu sözləri cəmiyyətimizdə olan bütün potensialının səfərbər olunması kimi vacib vəzifəni qarşımızda müəyyən etdiyini vurğulayan Ə.Vəliyev Azərbaycanın hər bir vətəndaşı bu amallara xidmət etməsinin vacibliyini bildirib.  

Görüşlər əsnasında Vətən müharibəsində şəhidlərin qanı hesabına əldə olunmuş qələbənin əhəmiyyətini bəzi qüvvələrin ucuzlaşdırma cəhdləri sərt tənqid olunub və bu kimi hallar yalnız öz doğma xalqına və vətəninə qarşı xainlik kimi qiymətləndirilib. Ə.Vəliyev vurğulayıb ki, düşmənin mülki əhalini atəşə tutmasını da unutmaq olmaz və bu kimi faktların beynəlxalq ictimaiyyətin diqqətinə çatdırmaq prinsipial vəzifədir.

Ölkənin siyasi fəalları ilə təşkil olunan görüşlər çərçivəsində başlamış islahatların gözlənilən növbəti mərhələləri də müzakirə olunub.

İslahatların effektivliyi naminə vətəndaş cəmiyyətinin institutlarından fəallıq tələb olunduğunu bildirən Ə.Vəliyev vurğulayıb ki, əlverişli mühitin yaradılması üçün Milli Məclis tərəfindən yaxın gələcəkdə mütləq olaraq mütərəqqi qanunlar işlənilib qəbul olunacaq.  

Bütün bəşəriyyəti narahat edən COVİD-19 pandemiyası və müşahidə olunan tendensiyalar da görüşlər zamanı müzakirə edilib. Ölkəmizdə cənab Prezidentin rəhbərliyi altında qəbul edilmiş qərarlar nəticəsində koronavirusa yoluxma sayı mümkün qədər minimal səviyyədə saxlanıb. COVİD-19 qarşı vaksınaların hökumət tərəfindən Azərbaycana gətirilməsi və əhalinin peyvənləşdirilməsi məsələləri də müzakirə olunub.

Siyasi partiyaların fəallığının artırılması məsələləri də görüşlər zamanı xüsusi olaraq müzakirə olunub.

“Ölkəmizdə mövcud olan siyasi partiyaların sayı Azərbaycanda yaşanan siyasi plüralizmdən bilavasitə xəbər verir” – fikrini səsləndirən Ə.Vəliyev vurğulayıb ki, Azərbaycanda demokratik münasibətlərin inkişafı naminə partiyalara hökumət tərəfindən ayrılan diqqət daha da artacaq.

Müzakirələr zamanı Elşad Musayev, Elşən Musayev, Tahir Kərimli və Əsli Kazımova Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin “Zəfər Günü”, “Anım Günü”, həmçinin Vətən müharibəsində Qələbə ilə bağlı müvafiq  orden və medalların təsis olunması, habelə Bakı şəhərində Vətən müharibəsi memorial kompleksi və Zəfər muzeyinin yaradılması ilə bağlı qərarlarını yüksək qiymətləndirib və bu cür ali təşəbbüslərin böyük qələbənin əbədiləşdirməyə xidmət edəcəyini vurğulayıblar. Noyabrın 10-nun Türkiyədə Mustafa Kamal Atatürkün anım günü olduğunu nəzərə alaraq, Azərbaycan Respublikasında Zəfər Gününün tarixinin dəyişdirilməsi də partiya sədrləri tərəfindən alqışlanıb.

Görüşə görə öz təşəkkürlərini bildirən siyasilər dövlətçiliyimizin, iqtidar-müxalifət arasında dialoqun və yeni siyasi konfiqurasiyanın inkişafına hər zaman dəstək olacaqlarını bildiriblər.

musavat.com

25 iyun

19:16 - "ABŞ memorandumun iki bəndini pozub" - İran

19 iyun

11:29 - "Veysəloğlu" nümayəndə heyəti "Şölen"in Qaziantepdəki yeni zavodunun açılışında iştirak edib

16 iyun

17:17 - Veysəloğlu Şirkətlər Qrupu "Süni Zəka Dövründə Liderlik" mövzusunda forum keçirib - FOTOLAR

12 iyun

14:14 - Veysəloğlu Şirkətlər Qrupu AYİB-in 35-ci İllik Toplantısı və Biznes Forumunda təmsil olunub - FOTO

06 iyun

19:24 - "Ermənistan Rusiyasız mövcud ola bilməz" - Samvel Ayvazyan19:20 - "Azərbaycanda sülh sazişi imazalanmalı, Türkiyə ilə sərhəd açılmalıdır"19:17 - Azərbaycanda bank rəhbərləri nə qədər qazanır: İllik 20 milyonu keçir - SİYAHI19:15 - Paşinyanın partiyası seçkilərdə qalib gəldi

30 may

13:27 - Neft bazarında kəskin eniş - Bakı neftinin qiyməti belə dəyişdi13:23 - İranın Trampdan tələb etdiyi şərt..13:20 - Rusiyanın Ermənistandakı səfiri Moskvaya çağırıldı

18 may

19:12 - "Araz" supermarketlər şəbəkəsi yeni nəsil Tədarükçü Əməkdaşlıq Platformasını təqdim edib - FOTOLAR

16 may

18:42 - Azərbaycanın neft ixrac etdiyi ölkələr - SİYAHI18:37 - Avropa texnologiyaları gizli yollarla Rusiyaya ötürülüb?18:31 - Prezident WUF13-də çıxış edir - VİDEO/FOTOLAR

12 may

14:15 - "Azərbaycanla zəifləyən mədəni əlaqələri yenidən canlandırmağın vaxtıdır" - Rusiya XİN14:13 - Anklavlarla bağlı bir neçə variant nəzərdən keçirilir14:12 - Azərbaycan iqtisadiyyatı cüzi böyüdü14:10 - Veysəloğlu Şirkətlər Qrupunun rəhbər heyəti Fəxri xiyabanda Ümummilli Liderin xatirəsini anıb - FOTOLAR

28 aprel

15:04 - Ölkə başçısı Bəxtiyar Allahverdini "Tərəqqi" medalı ilə təltif edib14:56 - Prezidentdən 5 dövlət qurumuna tapşırıq - SİYAHI14:54 - Ermənistan bu kəndi Gürcüstana verib?14:47 - Zelenski İsraili sanksiyalarla hədələyib14:28 - "Senior Talks" layihəsinin davamı: Aydın Veysəloğlu ADA tələbələri ilə yenidən görüşdü - FOTOLAR

27 aprel

13:10 - İranın gizli gücü - Rusiya sabitliyin əsas səbəbini açıqladı13:05 - Pakistan və İrandan mühüm iqtisadi addım - Yeni tranzit dəhlizi açıldı13:01 - Azərbaycanla sərhədin delimitasiyası tezliklə davam etdiriləcək - Paşinyan

13 aprel

12:22 - Azərbaycana gəlmiş ermənilərlə görüşdən nə əldə edildi? 12:18 - 300 milyonluq uyğunsuzluq12:12 - Paşinyan və Qarabağ ermənisinin söhbəti - "Belə də davam edin"