"Real təhlükə var, ehtiyatlı olun" - ABŞ-dakı səfirimiz

27 iyul, 2020 11:01

"Azsiyasət.com" xəbər verir ki, Azərbaycanın ABŞ-dakı səfiri Elin Süleymanov “Report”un yerli bürosuna müsahibə verib.

Səfir müsahibəsində ABŞ-da yaşayan həmvətənlərimizi təmkinli olmağa və erməni təxribatına uymamağa çağırıb.

“ABŞ-da yaşayan hər bir soydaşımıza, hər bir vətəndaşımıza müraciət edərək bildiririk ki, təhlükəsizlik məsələlərinə həssaslıqla, ehtiyatla yanaşsınlar. Bu gün erməni radikal dairələrdən kifayət qədər real təhlükə var və xahiş edirəm hər hansı bir şübhə olsa, təhlükə yaransa, dərhal yerli hüquq-mühafizə orqanları ilə əlaqə saxlasınlar, Azərbaycanın Vaşinqtondakı səfirliyinə və ya Los Ancelesdəki Baş konsulluğumuza xəbər versinlər.

Səfirliyimizdə 24 saat fəaliyyət göstərən “qaynar xətt” var. Xahiş edirəm çəkinmədən, hansısa bir şübhə və təhlükə olsa, mütləq xəbər verin. Artıq bu mövzuda Azərbaycanın Birinci vitse-prezidenti Mehriban xanım Əliyevanın müraciəti və bəyanatı olub, hamıdan xahiş və tövsiyə edirəm ki, onunla tanış olsun.

Gəlin heç bir təxribata uymayaq. Ermənilər bu gün haqlı olan Azərbaycan xalqını və soydaşlarımızı müxtəlif təxribatlara çəkmək istəyirlər. İstəyirlər ki, Azərbaycan vətəndaşları təxribata uysun, zorakılığa məruz qalsın və qarşıdurmada iştirak etsin. Bundan çəkinmək, heç bir təxribata və zorakılığa uymamaq lazımdır. Bu Azərbaycan üçün vacibdir və təxribatlar Vətənimiz üçün heç bir fayda verməyəcək”.

Səfir qeyd edib ki, son günlər dünyanın müxtəlif ölkələrindəki diplomatik missiyalarımıza, vətəndaşlarımıza və soydaşlarımıza qarşı intensiv zorakılıq və hücum kampaniyaları aparılır: “Bu məsələdə yenə də sizdən təmkinli olmağı xahiş edirəm. Hanısa bir aksiya və tədbirdə iştirak edirsinizsə, hüquq və qanun çərçivəsində davranmağı vacib hesab edirik. Yalnız və yalnız əvvəlcədən icazə alınmış və təhlükəsizliyi tam təmin olunmuş, heç bir qarşıdurmaya gedilməyən aksiyalarda iştirak etmək lazımdır.

Gördüyünüz kimi Los Anceles şəhərində baş verən aksiyada şəhər rəhbərliyi və polis kifayət qədər laqeyd yanaşdılar və aksiyada iştirak edən vətəndaşlarımızın təhlükəsizliyini tam təmin etmədilər. Belə halların heç bir şəkildə təkrarlanmasını istəmirik, ona görə də hər kəsi təmkinli olmağa çağırıram”.

Digər bir məsələ isə erməni lobbisindən və Azərbaycan qarşı çıxan digər qruplar tərəfindən yalan xəbərlərin və uydurma məlumatların yayılmasıdır: “Onlar bizim vətəndaşlarımızın birliyini pozmaq və bir-birindən ayırmağa çalışırlar. Bunlara uymamaq lazımdır. Bu yalnız səngərdə gedən bir müharibə deyil, eyni zamanda informasiya müharibəsidir. Təmkinli olmaq, təxribata imkan yaratmamaq və yalnız və yalnız təsdiq olunmuş, doğru məlumatlara güvənmək vacibdir”.

Səfir bildirib ki, rəsmi missiyanın önündə duran əsas prioritet ondan ibarətdir ki, vətəndaşlarımız və soydaşlarımız heç bir zorakılığa məruz qalmasınlar və onlara heç bir ziyan dəyməsin: “Mən yenə də Los-Anceles şəhərindəki erməni təxribatının qurbanına çevrilmiş qəhrəman və cəsur soydaşlarımıza təşəkkür edir, xəsarət alanlara isə şəfa diləyirəm. Eyni zamanda şəhidlərimizin əziz xatirəsi qarşısında baş əyir, ailələrinə səbir diləyirəm”.

23 oktyabr

18:42 - Maya dəyəri 5,7 manat olan mal əti 17 manata satılıb - Azərbaycanda heç kəs bazara nəzarət edə bilmir18:40 - Vuçiç məğlub oldu - Serbiyada ələbələr qalib gəldi18:38 - DİN və Baş Prokurorluq kafedəki qətllə bağlı məlumat yaydı

22 oktyabr

15:50 - Banklar kimlərə və niyə kredit vermir? - "Qara siyahı" ilə bağlı bilinməyənlər - ARAŞDIRMA15:47 - Ermənistan yeni Konstitusiya üçün növbədənkənar seçkiyə gedir15:45 - Paşinyan Azərbaycanla sülh sazişi üçün - Yeni tarix açıqladı15:31 - Şəhidin maaşı hələ də ailəsinə verilir - VİDEOMATERİAL

15 oktyabr

11:04 - Paşinyana sülh sazişini imzalamaq üçün vaxt verilib? 11:00 - Bakıdakı toplantının əhəmiyyəti nədir? 10:51 - Azərbaycanda bankların mənfəəti açıqlanıb

14 oktyabr

17:23 - Veysəloğlu Şirkətlər Qrupunun əməkdaşlarımızın övladları Prezident təqaüdünə layiq görülüblər

08 oktyabr

17:19 - Veysəloğlu MMC-nin Mərkəzi Sınaq Laboratoriyasının akkreditasiya sahəsi genişləndirilib - FOTOLAR

07 oktyabr

11:09 - "Neftin qiyməti 200 dollar olacaq" - "Financial Times"11:06 - Azad edilmiş ərazilərimizdə 32 kütləvi məzarlıq tapılıb11:05 - Azərbaycanı təhqir edən hesablar bağlanmalıdır

01 oktyabr

09:52 - Qondarma rejimin "televiziyası" bağlandı09:45 - Sumqayıtda 13 tibb işçisi bir gündə işdən çıxarılıb - Ölkədə ixtisar müəmması davam edir

29 sentyabr

19:07 - Döyüşdə iştirak edən hərbçilərə ikiqat ödəniş müddəası çıxarılır

27 sentyabr

17:24 - "Onun arvadını hamı tanıyır" - Zaxarova17:14 - Azərbaycana qarşı kampaniyaya qoşulan türkiyəli professor üzr istədi17:11 - ABŞ-nin daha bir məxfi silahı İranın əlinə keçdi17:09 - Husilərə görə Ər-Riyadda məktəblər bağlandı

21 sentyabr

13:05 - Veysəloğlu Şirkətlər Qrupu Qarabağda təhsilin inkişafına dəstək verəcək - FOTOLAR11:22 - Təhsildəki mafiya - Bu dəfə 3 milyonluq olimpiada biznesini araşdırdıq11:18 - Azərbaycana yük gətirib, yük aparan ölkələrin siyahısı

14 sentyabr

13:55 - Polşa da müharibəyə cəlb olunur? 13:43 - İranda minlərlə insan ölkənin müdafiəsinə qoşulur13:28 - İrəvan Azərbaycan qazından asılı qalacaq13:25 - Vüsal Şilderin qətli ilə bağlı məhkəmə başladı

09 sentyabr

11:21 - Avropanın yeni sağını kim formalaşdırır: Tramp, Bannon və İsrail detalı gündəmdə - "Milliyet"